reklam

Manşet

Taleh TalehMəmməd Əmin Rəsulzadə ilə bağlı məsələni qoyaq bir qırağa, nəticədə Milli Məclisin birinci iclasına Naqif kimi qatılan şəxs, üçüncü iclasda Naqis kimi yadda qaldı. Amma gəlin onunla bağlı digər nüanslara da diqqət yetirək:
1) Gəncə kimi yerdə YAP-ın yerli şöbəsinə sədr, İH başçısının müavini olub, deputat mandatı qazanıb, amma ağlının bir köşəsinə yaza bilməyib ki, KİV nümayəndələrinin təkcə səsli yazılmış müsahibəni yox, qeyri-rəsmi toplantılarda səslənən fikirləri, söylənən rəyləri də oxucuya çatdırmaq ixtiyarı var. Deməli, statusuna adekvat olmayan şəxsiyyət problemi var.
2) Bu günkü açıqlamalarından da görünür ki, onun Rəsulzadəyə münasibəti birmənalı olaraq neqativdir. Tamam, haqqı, hüququdur. Hətta onun şəxsi mövqeyi YAP-ın ümumi mövqeyindən də kənara çıxa bilər. Bu da sorun deyil. Amma bunu hansı üslubda, hansı əsaslandırma ilə deyir? Şəxsin intellekt və nəzakət problemi var.
3) "Mənə qarşı kampaniya aparırlar", "mən provokasiyaya çəkməyin", "mənim yeganə liderim Heydər Əliyevdir" (Bəs, üzvü olduğun partiyanın sədri İlham Əliyev?). Bu günkü açıqlamalarında önə çıxan ştrixlərdir. Birinci aqoniya, ikinci qorxaqlıq, üçüncü növbəti siyasi xətadır. Deməli, şəxsin səriştə problemi var.
4) Yaşından, cinsindən, himayədarından asılı olmayaraq açıq debatlarda püxtələşməmiş fərdləri Milli Məclisə transfer etmək dövlətə də, hakimiyyətə də, parlamentə də, cəmiyyətə də zərərdir. Əgər xatırlayırsınızsa, hələ seçkilərdən xeyli əvvəl demişdim ki, hakim komanda Milli Məclisə mümkün adayları nəzərdən keçirərkən sosial şəbəkələri bir indikator kimi nəzərə almalıdır. Bu cənab isə fəxrlə deyir ki, FB-da yoxdur, sosial şəbəkələrdən uzaqdır. Halbuki, sosial şəbəkələrin gücünü başa düşsəydi, məsələ heç bu yerə gəlməyəcəkdi. Deməli, şəxs asosialdır.

Hiç yorum yok: