reklam

Manşet

Devamını Oku...

Zümrüd Yağmur:"Ey Gənclik! Ey Türk gəncliyi!"

Yazar Unknown 0 yorum
Sənin öhdəndə böyük bir vəzifə var!
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!"
Bu M. Ə. Rəsulzadənin Azərbaycan gəncliyinə müraciətidir. 
Bayraq qaldırılıb, amma nə qədər ki, o bayraq özünü bilməz adi və aşağılıq olanların arxasında görünür, nə qədər ki, bu bayraq YAP iqtidarının təmsilciliyində əsiridr, uca ola bilməz.
Və sən ey gənclik, nə yazıq ki, bu gün susdun...
Demək ki, o bayrağı ucaltmaq üçün ilk öncə sən özün ucalmalısan, özünə layiq bildiyin o köləlikdən, laqeyidlikdən və qürursuzluqdan ucalıb qalxmalısan...
İndi, bu halınla Rəsulzadə sənə müraciət edə bilməz "ey gənclik" deyə....
Çünki sənin ruhun qocalmış...
İçimdən gəlmir sənə "gənclik" deyə müraciət etməyə...
Çünki sənin ruhunu qorxu əsir almış...
Sənin qanındakı cəsarət və hayqırtını öz köləiyində, susqunluğunda məhv etməkdəsən..
Və "ey gənclik" deyə müraciət edəcək gənclik yoxmu...
Əmin ol, Rəsulzadənin ruhundan qopan ah yəqin ki, sən qalxmayanca, özünü və o bayrağı ucaltmayınca vicdanında bir ağrı olaraq qalacaqdır.
Devamını Oku...

Elnur Astanbəyli.ANS yenə ikili oynadı

Yazar Unknown 0 yorum
Elnur AstanbəyliBelə başa düşürəm, ANS Rəsulzadə haqqında süjetlə yenə xeyli xal yığıb, artıq növbəti dəfə rahat-rahat müxalifətçilərə "ermənipərəst", siyasi məhbuslara "cinayətkar" deyə bilər. 
Bu telekanal illərdir eyni oyundan çıxır: həlledici məsələlərdə murdarlıq edir, hər hansı təhlükəsiz mövzuda "vicdan" göstərir, beləcə, olur hamının sevimlisi. 
Onun uca xalq, sevgili millətimizi barmağında bu cür oynada bilməsinə həqiqətən heyranam. Artıq buna qəzəblənmək də olmur, bu qədər aldanmağa meylli insan varsa, düz edirlər, əcəb edirlər, yaxşı edirlər.
Devamını Oku...

3 ildir davam edən RÜSVAYÇILIQ!

Yazar Unknown 0 yorum
Devamını Oku...
Ali Karimli (Əli Kərimli)Gün o gün olsun ki, bayrağımız erməni işğalı altında olan ərazilərimizdə dalğalansın. Amma bunu edə bilmədiyimizə görə hökumət təklif edir ki, hələlik bayrağımızın Nardarana asılmasından təsəlli tapaq. Hərçənd bayrağımız Nardaranda əvvəl də asılmışdı. Hətta Tale Bağırzadəyə qarşı əməliyyatın keçirildiyi evdə də divardan milli bayrağımız asılmışdı. O başqa məsələ ki, Nardaran küçələrində milli bayrağımızdan başqa, çoxlu sayda bizlər üçün anlaşılmaz olan qara rəngli dini bayraqlar da vardı. Məqsəd həmin bayraqları yığışdırmaq idisə, bunu o boyda həngamə çıxarmadan da etmək olardı.
Nardaranda problem var idimi? Əlbəttə, var idi və qalır. Lakin bu problem terrorçuluq, dövlətə qarşı silahlı üsyan, konstitusion quruluşu zorla dəyişmək deyildi. Nardaranın problemi qəsəbədə dini mühafizəkarlığın və bunun nəticəsi olaraq İran təsirinin güclü olmasında idi. Lakin hakmiyyət bu vəziyyətdən məmnun idi. Nəinki vəziyyəti dəyişmək üçün məqsədyönlü iş aparmırdı, əksinə, bu vəziyyətdən yararlanırdı. Ona görə də hakimiyyət ötən illərdə bu qəsəbənin bütövlükdə böyük Bakı ilə sosial, iqtisadi, siyasi, mədəni inteqrasiyasına nail olmağa çalışmadı, əksinə, sanki Bakı yaxınlığındakı bu “dini anklavı” özü qoruyub saxladı. Qəsəbədə uzun illər ərzində təhsil, səhiyyə, mədəniyyət, idman, hətta bütövlükdə dövlət idarəetməsi başlı-başına buraxılmışdı. Nardaran “regionların sosial iqtisadi inkişafı” proqramından da kənarda saxlanmışdı. Orada iş yerləri açılmırdı, biznesə şərait yaradılmırdı, hətta başqa yerlərdə aparılan abadlıq işləri də Nardaranda aparılmırdı. Hakimiyyət maraqlı idi ki, Nardaran zahirən də Bakının digər hissələrindən fərqlənsin, özünəməxsusluğunu saxlasın. Saxlasın ki, günün birində “Nardaran təhlükəsi”ndən danışa bilsin. Amma istəsəydi, ötən illərdə Nardaranda təhsilin, səhiyyənin səviyyəsini qaldırardı, cəmi bir neçə min iş yeri açmaqla məşğulluq problemini həll edərdi, qəsəbəni abadlaşdırardı, dini ənənələri də müəyyən çərçivəyə salardı. Yox, hakimiyyət problemi həll etmək istəmirdi. Əksinə, Nardaranı “tarixi abidə” kimi - olduğu kimi saxlayıb həm dünya ictimaiyyətini, həm də Azərbaycan cəmiyyətini “radikal islamçılar” təhlükəsi ilə şantaj edirdi.
Hər şeydən görünürdü ki, hökumət bir gün Nardarandan daha ciddi istifadə edəcək. Və belə məlum oldu ki, həmin gün gəlib artıq. Hökumət Nardaranda çoxdan planlaşdırdığı əməliyyatı xüsusi təmtəraqla keçirdi. Nardaranlılar da sağ olsunlar, heç bir müqavimət göstərmədilər, daha ciddi təxribatlar üçün əsas vermədilər.
Beləliklə, Nardaran əməliyyatında hökumət aşağıdakı məqsədlərə nail olmaq istəyirdi:
1. Tale Bağırzadə və komandasının uzunmüddətli həbsi üçün bəhanə əldə etmək.
2. Beynəlxalq aləmə Azərbaycanda da “radikal islam” təhlükəsi olduğunu və hökumətin bu təhlükə ilə ciddi mübarizə apardığı görüntüsünü təqdim etmək. Bununla da “terrorla mübarizə aparan” hökumətin avtoritar idarəetməsinə bəraət istəmək.
3. Hökumət xeyli vaxtdır xalqı şantaj edib qorxudur ki, öz haqlarınız uğrunda fəal mübarizə aparmayın, yoxsa bura da Suriya, Liviya kimi olar. Ssenari müəlliflərinin fikrincə, Nardaran “əməliyyatı” bu Suriya, Liviya söz-söhbətinə bir az inandırıcılıq qatmalı idi.
4. Sosial-iqtisadi böhran dərinləşir, hakimiyyət isə böhranı aradan qaldırmaq üçün heç bir əhəmiyyətli tədbir görə bilmir. Ona görə də, Nardaran “əməliyyatı” hökumətin gücünü və qəddarlığını nümayiş etdirməklə, cəmiyyətdə günü-gündən azalmaqda olan qorxunun bərpasına xidmət etməli idi.
5. MTN işi hakimiyyəti çox nüfuzdan salırdı. Paradoksal vəziyyət yaranmışdı. Hökumət mətbuatı öz aləmində Eldar Mahmudov, Akif Çovdarov və digərlərini ifşa edirdi, amma bütövlükdə hakimiyyət ifşa olunurdu. Çünki bu hökumətin nazir və generallarının törətdiyi dəhşətli cinayətlər ifşa olunduqca, insanlar başa düşürdü ki, həmin nazir və generallar bu əməllərində tək olmayıblar. Bu hökumətin əksər nazir və generalları həmin çirkabın içindədirlər. Nardaran “əməliyyatı” gündəmi ciddi şəkildə dəyişib, MTN işini arxa plana keçirməli idi.
Hakimiyyət bu məqsədlərdən hələlik birinə nail olub. Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatı rəhbərliyi həbs olunub. Digər məqsədlərinə nail olub-olmayacağı isə əsasən bizdən - Azərbaycan ictimaiyyətindən asılıdır. Mən inanıram ki, hökumət Nardaranda növbəti səhvini etdi. Xalqı nə aldada, nə qorxuda biləcək - bu öz yerində. Üstəlik, Nardaranda nümayiş etdirdiyi yersiz qəddarlıqla son vaxtlara qədər siyasətə qarışmayan çoxlu sayda vətəndaşı da öz qatı əleyhdarına çevirdi. Bəs siz necə düşünürsünüz, hökumət Nardaran “əməliyyatı” ilə qarşısına qoyduğu digər məqsədlərinə də nail ola biləcəkmi?
Devamını Oku...
Natiq Ədilov.                                                      Elmira Ismaylova: "Həmişə deyirdim ki, «Xədicə, düz yoldasan, mən də cavan olsaydım, sənə qoşulardım, sənlə birlikdə bu yolu gedərdim». Mən bilirdim ki, bu iş təhlükəlidir, həbs oluna bilər. Heç kəs düz sözü xoşlamır, o ki qala hakimiyyət olsun. Düz sözü eşitmək onlar üçün çox ağırdır. Ona görə də indi Xədicəni gizlədirlər.
Hakimiyyət xalqını sevər, öz torpağını sevər. Hakimiyyət xalqı üçün atadır, onun üçün hər şey etməlidir. Amma mən bunu burada görmürəm, ancaq onu görürəm ki, quldur xalqın sərvətini talayır. Ona görə də hakimiyyəti tanımıram. Xalqa isə demək istəyirəm ki, oyanın, bu, sizin torpağınız, sərvətinizdir. Sevin bu xalqı, əl-ələ tutub mübarizə aparın ki, bu xalq da azadlığa çıxsın, sevinclə yaşasın, ac olmasın. Elə xalqımızın 30 faizi indi çörək tapa bilmir, özünü asır, yandırır. Bunu eşitmək, oxumaq mənim üçün çox çətindir."
Devamını Oku...

"Gilan" holdinqdə də ixtisarlar başlandı

Yazar Unknown 2 Aralık 2015 Çarşamba 0 yorum
Neftin dünya bazarında ucuzlaşması fonunda Azərbaycanda iqtisadi böhran bütün boyu ilə özünü göstərməkdə davam edir. Tikinti və xidmət sahəsində iş yerlərinin bir-birinin ardınca bağlanmasının ardınca böhran real sektora da təsir etməyə başlayıb.
Belə ki, Azərbaycanda fəaliyyət göstərən istehsal müəssisələri də işçiləri ixtisar etməyə başlayıb.
AzToday.az-a daxil olan məlumatlara görə, Azərbaycan müasir zavod və istehsal müəssisələri açdığını iddia edən fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olan "Gilan" Holdingdə kütləvi ixtisarlara start verilib. Məlumatda bildirilir ki, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi holdinqin zavodlarında çalışan minlərlə insan işdən çıxarılıb. Hazırda da ixtisarlar davam etməkdədir. "Gilan" Holdinqin zavodlarında çalışan işçilərin bildirdiyinə görə, artıq xeyli sayda mühafizəçi də işdən çıxarılıb. İşçilərin sözlərinə inansaq, ixtisarlar elə bir səviyyədə aparılır ki, tapşırılan işçilərə belə "rəhm" edilmir.
Göründüyü kimi, "Gilan" Holdinq iddia edildiyi səviyyədə müasir texnologiyalardan və menecmentdən istifadə etməyib. Əksinə vəzifə səlahiyyətlərindən yararlanan "fövqəlnazir" "Gilan" Holdinqin biznesi üçün şərait yaradırmış.
Qeyd edək ki, istehsal etdiyi malları əsasən Azərbaycan bazarında reallaşdıran "Gilan" Holdingin ixrac təyinatlı məhsulları da var. Ancaq şirkət xarici bazarda Azərbaycandakı kimi "uğurlu" fəaliyyət göstərə bilmir.

Devamını Oku...