reklam

Manşet

"Gilan" holdinqdə də ixtisarlar başlandı

Yazar Unknown 2 Aralık 2015 Çarşamba 0 yorum
Neftin dünya bazarında ucuzlaşması fonunda Azərbaycanda iqtisadi böhran bütün boyu ilə özünü göstərməkdə davam edir. Tikinti və xidmət sahəsində iş yerlərinin bir-birinin ardınca bağlanmasının ardınca böhran real sektora da təsir etməyə başlayıb.
Belə ki, Azərbaycanda fəaliyyət göstərən istehsal müəssisələri də işçiləri ixtisar etməyə başlayıb.
AzToday.az-a daxil olan məlumatlara görə, Azərbaycan müasir zavod və istehsal müəssisələri açdığını iddia edən fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olan "Gilan" Holdingdə kütləvi ixtisarlara start verilib. Məlumatda bildirilir ki, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi holdinqin zavodlarında çalışan minlərlə insan işdən çıxarılıb. Hazırda da ixtisarlar davam etməkdədir. "Gilan" Holdinqin zavodlarında çalışan işçilərin bildirdiyinə görə, artıq xeyli sayda mühafizəçi də işdən çıxarılıb. İşçilərin sözlərinə inansaq, ixtisarlar elə bir səviyyədə aparılır ki, tapşırılan işçilərə belə "rəhm" edilmir.
Göründüyü kimi, "Gilan" Holdinq iddia edildiyi səviyyədə müasir texnologiyalardan və menecmentdən istifadə etməyib. Əksinə vəzifə səlahiyyətlərindən yararlanan "fövqəlnazir" "Gilan" Holdinqin biznesi üçün şərait yaradırmış.
Qeyd edək ki, istehsal etdiyi malları əsasən Azərbaycan bazarında reallaşdıran "Gilan" Holdingin ixrac təyinatlı məhsulları da var. Ancaq şirkət xarici bazarda Azərbaycandakı kimi "uğurlu" fəaliyyət göstərə bilmir.

Hiç yorum yok: