reklam

Manşet

Zümrüd Yağmur:"Ey Gənclik! Ey Türk gəncliyi!"

Yazar Unknown 3 Aralık 2015 Perşembe 0 yorum
Sənin öhdəndə böyük bir vəzifə var!
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!"
Bu M. Ə. Rəsulzadənin Azərbaycan gəncliyinə müraciətidir. 
Bayraq qaldırılıb, amma nə qədər ki, o bayraq özünü bilməz adi və aşağılıq olanların arxasında görünür, nə qədər ki, bu bayraq YAP iqtidarının təmsilciliyində əsiridr, uca ola bilməz.
Və sən ey gənclik, nə yazıq ki, bu gün susdun...
Demək ki, o bayrağı ucaltmaq üçün ilk öncə sən özün ucalmalısan, özünə layiq bildiyin o köləlikdən, laqeyidlikdən və qürursuzluqdan ucalıb qalxmalısan...
İndi, bu halınla Rəsulzadə sənə müraciət edə bilməz "ey gənclik" deyə....
Çünki sənin ruhun qocalmış...
İçimdən gəlmir sənə "gənclik" deyə müraciət etməyə...
Çünki sənin ruhunu qorxu əsir almış...
Sənin qanındakı cəsarət və hayqırtını öz köləiyində, susqunluğunda məhv etməkdəsən..
Və "ey gənclik" deyə müraciət edəcək gənclik yoxmu...
Əmin ol, Rəsulzadənin ruhundan qopan ah yəqin ki, sən qalxmayanca, özünü və o bayrağı ucaltmayınca vicdanında bir ağrı olaraq qalacaqdır.

Hiç yorum yok: