Manşet
İqtisadi nağıllar neft daşlarına dəydikdən sonra daha ağır duruma düşən xalqın gözündə bu hakimiyyətin heç bir dəyəri qalmayıb. Ona görə də Nardaranda həyata keçirilən qanlı hədə-qorxu əməliyyatı təkcə repressiv xarakter daşımır. Rejim xalqa yeni mesaj verir, özünün yeni uydurma “dəyər”liliyini (lazımlılığını) təqdim edir: “Baxın, biz olmasaq, dindarlar gələr hakimiyyətə, sizi məhv edər, hamını terrora məruz qoyarlar”.
Əvvəllər bu mesajı xaricə verirdilər. Amma artıq xaricdə bu çağırışlara inanan yoxdur. Xaricdə artıq qərar budur ki, dini radikalizmin və terrorun qaynağı elə avtoritar hakimiyyətlərin zülmü, onların zərərli idarəçiliyi, korrupsiya və haqsızlığıdır. Bu dəfə “Biz olmasaq, qorxulu dindarlar gələr” mesajı xalqa yönəlib, ölkə daxilinə ünvanlanıb.
Hakimiyyəti saxlamaq üçün hər amansız oyuna gedirlər.

Bu fikirləri YAP siyahısı ilə Gəncədən deputat seçilmiş Naqif Həmzəyev "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində deyib. O, bununla da Şərqdə ilk demokratik müsəlman dövlətinin- Azərbaycan Respublikasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni ağır formada təhqir edib və buna görə hüquqi, siyasi və mənəvi məsuliyyət daşımalıdır.
"Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.
-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!"
P.S. Naqif adı "naqafə" ərəb kök felindən əmələ gəlib. Mənası "yumurtadan təzə çıxan cücə" deməkdir. Məncə, Boran, Tufan kimi kifayət qədər normal adları qadağan olunmuş adlar siyahısına salan Toponimiya Komissiyası Naqif adı barədə ciddi düşünməli və qərar verməlidir.

Lap əvvələ qayıdırıq. Şablon səslənəcək, şüarçılığa oxşayacaq, amma nə etməli ki, ağlın yolu birdir: bu zalım, gücünü təhsilsizlikdən, cəhalətdən alan, kitabxanaları kababxanalara çevirən, ələmuçuranları, cinçıxaranları xalqa dəyər kimi sırıyan, Elgizlərdən, Ay Zaurlardan dəyər yaradan bu idbar idaretmə tarixin arxivinə göndərilməlidir. Respublika bərpa olunmalıdır. Cümhuriyyət dəyərlərinin önü açılmalıdır .
Başqa yolu yoxdur. Əks halda bu ölkə hər cür çağdışı, modern sivilizasiyadan uzaq. bir ucunda İrandan, o biri ucunda Səudiyyədən gəlmə əyləmlərə "hamilə"dir.
Ziyanın harasından qayıtsaq xeyirdir. Yoxsa hər gün daha dərin dibə vuracağıq. Çapaladıqca batacağıq.

“Bu arada başım qarışıqdır, səhərdən axşama qədər uşaqları məktəbə hazırlayıram, cəmi 13 uşaqdır. Bir çoxları mənə şübhəli davranırlar – necə olur da bu qədər vaxtımı qarşılıqsız olaraq sərf edirəm, anlamırlar...” - bu sətirlər Xalq Cümhuriyyətinin qurucularından biri və ilk təhsil naziri (sonralar isə Baş naziri) olmuş Nəsib bəy Yusifbəylinin dərs keçdiyi, bir növ təmənnasız repetitorluq etdiyi uşaqlar barədə həyat yoldaşına məktubundandır.
Biz belə bir insanın təhsil naziri olduğu ölkədən hansısa təyyarə reysində stüardessaya şeşələnməyi böyük mərifət zənn edən Mikayıl Cabbarovun təhsil naziri olduğu ölkəyə gəlib çıxmışıqsa, bu, əlbəttə ağırdır.
Ancaq bununla barışmalı, razılaşmalı da deyilik. Arxamızda ləyaqətli bir irs var. Ona dirsəklənib yenidən ayağa dura bilərik. Bunu heç vaxt unutmayaq.

MTN hadisələri başlayanda buradakı müdriklər yazırdılar ki, məqsəd 1 noyabr seçkisini arxa plana atmaq, ürəkləri istəyən kimi keçirməkdi. Sonra Nardaran hadisələri başladı, buradakı müdriklər bu dəfə də götürüb yazdılar ki, MTN məsələsini ört-basdır edirlər, imkan vermək olmaz bunu gündəmdən çıxarsınlar. İndi də Rəsulzadənin təhqirinin Nardaran məsələsini unutdurmağa xidmət etdiyini deyirlər.
Ən yaxşısı odur, Azərbaycanda heç nə baş verməsin. Nəsə baş verəndə nə qədər başsız olduğumuz ortaya çıxır.