reklam

Manşet

Şahvələd Çobanoğlu.Hakimiyyətin tamam yeni bir oyunu

Yazar Unknown 1 Aralık 2015 Salı 0 yorum
Shahveled Chobanogluİqtisadi nağıllar neft daşlarına dəydikdən sonra daha ağır duruma düşən xalqın gözündə bu hakimiyyətin heç bir dəyəri qalmayıb. Ona görə də Nardaranda həyata keçirilən qanlı hədə-qorxu əməliyyatı təkcə repressiv xarakter daşımır. Rejim xalqa yeni mesaj verir, özünün yeni uydurma “dəyər”liliyini (lazımlılığını) təqdim edir: “Baxın, biz olmasaq, dindarlar gələr hakimiyyətə, sizi məhv edər, hamını terrora məruz qoyarlar”.
Əvvəllər bu mesajı xaricə verirdilər. Amma artıq xaricdə bu çağırışlara inanan yoxdur. Xaricdə artıq qərar budur ki, dini radikalizmin və terrorun qaynağı elə avtoritar hakimiyyətlərin zülmü, onların zərərli idarəçiliyi, korrupsiya və haqsızlığıdır. Bu dəfə “Biz olmasaq, qorxulu dindarlar gələr” mesajı xalqa yönəlib, ölkə daxilinə ünvanlanıb.
Hakimiyyəti saxlamaq üçün hər amansız oyuna gedirlər.

Hiç yorum yok: