reklam

Manşet

Gültəkin Hacıbəyli.Niyə Rəsulzadənın büstü və ya heykəli qoyulmalıdır ki?!

Yazar Unknown 1 Aralık 2015 Salı 0 yorum
Gültəkin HacıbəyliBu fikirləri YAP siyahısı ilə Gəncədən deputat seçilmiş Naqif Həmzəyev "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində deyib. O, bununla da Şərqdə ilk demokratik müsəlman dövlətinin- Azərbaycan Respublikasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni ağır formada təhqir edib və buna görə hüquqi, siyasi və mənəvi məsuliyyət daşımalıdır. 
"Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.
-Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!"
P.S. Naqif adı "naqafə" ərəb kök felindən əmələ gəlib. Mənası "yumurtadan təzə çıxan cücə" deməkdir. Məncə, Boran, Tufan kimi kifayət qədər normal adları qadağan olunmuş adlar siyahısına salan Toponimiya Komissiyası Naqif adı barədə ciddi düşünməli və qərar verməlidir.

Hiç yorum yok: