reklam

Manşet

Əli Kərimli:"Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub"

Yazar Unknown 28 Kasım 2015 Cumartesi 0 yorum
Əli Kərimli:
Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub, məgər Hacı Tale istintaqdan yayınırdı ki? Onu sadəcə polisə çağırıb, istintaq hərəkətləri etmək olmazdımı? Ölkə ictimaiyyəti yaxşı bilir ki, son aylarda Hacı Tale həm MTN-ə, həm də polis idarəsinə çağrılmışdı və həmin çağırışların heç birindən yayınmamışdı. Bu dəfə niyə dəvət etmədilər, polis idarəsinə?
Sübut etmək ittiham tərəfinin vəzifəsidir. Öldürülən polisləri konkret kimin və hansı şəraitdə öldürdüyü müəyyənləşdirilməlidir. Nardaran əhalisi israr edir ki, polisləri onlar öldürməyib. Polisə güllə atan şəxsi tanımayıblar. DİN əməliyyatın operativ çəkilişini ictimaiyyətə təqdim etməlidir. Belə əməliyyatlarda bir qayda olaraq çəkiliş aparılır. Bu gün həbs edilən şəxslər dərhal vəkillə təmin edilməli, baş verənlərlə bağlı onların da mövqeyi cəmiyyətə çatdırılmalı, istintaq şəffaf aparılmalıdır.
Devamını Oku...
Arif HacılıAyaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaq bizə çox baha başa gəlmişdi. Azadlığımızla, hətta həyatımızla risk etmişdik. Məğlub olsaydıq bizi məhv edəcəkdilər.
Lakin biz sonra Mütəllibovu təqib etmədik.
Televiziyanın canlı yayımında parlamentin tribunasından AXC adından çıxış edərək ona qarşı təqibin olmayacağını bəyan etdim.
Çünki cəmiyətə barış lazım idi, həm də Mütəllibov fəaliyyətindəki bütün qüsurlara baxmayaraq hakimiyyətini qorumaq üçün xalqa qarşı silahlı qüvvələrdən istifadə qərarı verməmişdi.
Elçibəy "Mən əskərə, ya da polisə xalqa atəş aç"- əmri verə bilmərəm" - deyirdi. Vermədi də.
Bu tabu 95 ci ildə OMON- un ağ bayraq qaldıraraq təslim olduğunu bildirməsindən sonra gülləbaran edilməsi ilə aradan qalxdı.
Belə davranış bu gün də davam edir.
Nardaran kəndində azı 7 nəfərin həlak olması ilə nəticələnən silahlı əməliyyata biganə qalmaq, belə hadisələrin adiləşməsi ilə barışmaq olmaz.
Hakimiyyət Azərbaycan xalqına daimi yaşayış yeri Nardaran kəndi olmayan Taleh Bağırzadənin həbsinin bu kənddə həyata keçirilməsinin səbəbləri və bu əməliyyat nəticəsində vətəndaşlarımızın həlak olması ilə bağlı izahat verməlidir.
Devamını Oku...

Super comedy

Yazar Unknown 0 yorum
Devamını Oku...
Fuad QəhrəmanlıHaradadır İmam Hüseyn üçün ağlayıb,Yezidi lənətləyənlər. Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyin dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə, o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Tale kimi meydanda tək buraxardınız. Bu gün haqqı söylədiyi, zülmə etiraz etdiyi üçün zalımın qəzəbinə tuş gələni meydanada tək buraxıb,sonra da ildə bir dəfə məhərrəmlik ayında Məscidə gedib ağlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz.
Elə təbliğat aparılır ki, sanki, Nardaran kəndi düşmən məskənidir. Bəlkə Nardaran bizmki deyil? Bu insanlara Azərbaycan dövləti sahib çıxmayanda, kim sahib çıxacaq? Dövlətdəmi öz vətndaşalrını blokadaya alar?
Naradaranda günahsız insanları qətlə yetiriblər,indi də uşaqların, yaşlıların,qadınların olduğu kəndi düşmən məskəni kimi blokadaya alıb,qazını,işığını,telefonunu,nəqliyyatını kəsiblər,çörək buraxmırlar.
Bu rejimə qarşı çıxdığına görə Hacı Talehi İranın adamı kimi damğalayıb, guya dini dövlət qurmaq istədiyi böhtanını atırlar. Bu yolla onu xalqın dəstəyindən məhrum etmək istəyirlər.
Əksinə, Hacı Tale İranın təsirində olan bəzi dindar qrupları nəzarətdən çıxararaq öz ətrafına cəmləydiyi üçün, İran onun sıradan çıxarılmasında maraqlı idi. O heç vaxt da dini dövlət tərəfdarı olduğunu dilə gətitməmişdi. İrana bağlı olanlardan fərqli olaraq, Hacı Tale yeganə dini lider idi ki, Güney Azərbaycandakı etiraz aksiyalarına dəstək verdi.
Hacı Tale hakimiyyətin dəyib toxunmadığı din xadimlərindən fərqli olaraq, yeganə adadır ki, dindarları demokratik mübarizəyə qoşaraq onları rejimə qarşı müxalifət mövqeyinə yönəldirdi. Bu səbəblərə görə də onun həbs edilməsi məsələsində İranın və Azərbaycan hökumətinin maraqları üst- üstə düşür.
İndi həbsdə olan Tale Bağrzadəyə xalq olaraq biz sahib çıxmalıyıq. Məgər bizim müstəqil, dindar insanları da demokartik mübarizəyə səsləyən din xadimlərimiz ola bilməz? Rejim kimləri ləkələmədi, kimlərə böhtan atmadı. Bu gün həbsdə olan Xədicə İsmayıla, Leyla Yunusa Qərbin agenti damğasını vurmayıblarmı? O halda Hacı Tale Bağrzadəyə də İranın adamı damğasını niyə də vurmasınlar? Bizə təlqin etmək istəyirlər ki, bu ölkədə haqq ədalət urunda mübarizə aparan din xadimi yetişə bilməz. Bu gün ölkəmizdə İranın hizbullahçıları sərbəst şəkildə təşkilatlanırlar, cənub bölgəmizdə məscidlərin çoxu İrana bağlı şəbəkənin nəzarətindədir. Ancaq, hökumət buna göz yumur,çünki bu İran şəbəkəsi dindarları siyasətdən,haqq uğrunda mübarizədən kənarda tutmağa çalışır. İqtidara da məhz belə dindarlıq sərf edir. Ona görə də Hacı Talehi ləkələyib məhv etmək istəyirlər.
Devamını Oku...

Cümşüd Nuriyev:"Azərbaycan canlı ölülər ölkəsidir"

Yazar Unknown 0 yorum
Devamını Oku...

Tale Bağırzadənin son çıxışı

Yazar Unknown 0 yorum
Devamını Oku...
Nardaran faciəsinə görə tutlanların heç birindən xəbər yoxdur. Onlar müstəqil vəkillə təmin edilməyib və harda saxlanılmaları ilə bağlı məlumat yoxdur.
Bu o deməkdir ki, indi onlara işgəncə verib AZTV üçün "səmimi açıqlama" almaq istəyirlər. Hələ ki bu mümkün olmayıb. Amma biz bilmirik onlar nə qədər işgəncəyə davam gətirəcək, axı insanlar daşdan, dəmirdən deyil.
Ona görə əziz dostlar, bu günlərədə AZTV və başqa kanalizasiyaların yayacağı "şok süjetlər" heç kimi çaşdırmasın.
Biz gözləməliyik Tale Bağırzadənin, Zülfüqarın müstəqil vəkillərindən hansı açıqlama gələcək. İşgəncə ilə alınan izahatların heç birinin hüquqi əsası yoxdur.
Devamını Oku...