Manşet
“Noyabrın 26-sında Nardaranda böyük faciə yaşanıb. 2-si polis olmaqla 6 vətəndaşımız qətlə yetirilib. Zülmün, ədalətsizliyin, səriştəsizliyin və dövlət məsuliyyətsizliyinin qurbanı olmuş bütün soydaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyir, onların açılarını paylaşırıq.
Demokratik Qüvvələrin Milli Şurası olaraq bəyan edirik ki, şərtlər nə qədər ağır və ədalətsiz olsa da siyasi mübarizədə zorakılıq, silah tətbiqi yolverilməzdir və bu, bizim rəhbər tutduğumuz dinc mübarizə prinsipləri ilə ziddiyyət təşkil edir. Üzləşdiyimiz bütün haqsızlıqlara baxmayaraq dövlət hakimiyyətini təmsil edən qüvvələrə, polisə müqavimət göstərməkdən çəkinmək lazımdır və əgər baş veribsə, belə hallar tərəfimizdən qətiyyətlə pislənilir.
Azərbaycan hakimiyyəti Nardaranda konkret bir qrup şəxsin dövlət çevrilişinə cəhd etdiyini, şəriət dövləti qurmaq istədiyini, İrandan yönəldildiyini iddia edir. Biz bu iddiaları əsassız hesab edirik. Lakin bu, gerçəkdən, belədirsə, həmin qüvvələrin qarşısına başı milyardlar toplamağa, quldur dəstələri yaradıb insanlara zülm etməyə, reketliyə qarışmış iqtidardan əvvəl bizlər- demokratik qüvvələr çıxacağıq.
Əgər həqiqətən də Azərbaycanda silahlı çevriliş yolu ilə dövlət quruluşunu dəyişmək, şəriət dövləti qurmaq istəyənlər olarsa, hökumətə münasibətimizdən asılı olmayaraq, belə qüvvələrə qarşı səfərbər olacağıq.
Nardaran kəndinə inanclı vətəndaqşlarımızın müqəddəs dini mərasimə hazırlaşdığı bir ərəfədə, dövlət hakimiyyətinə yaraşmayan bir tərzdə-zibil maşınlarında daxil olaraq dindarların öz konstitusion hüquqlarını yerinə yetirərək dini ayin icra etdiyi- namaz qıldığı bir vaxtda silahlı hücum edilməsi insan hüquq və azadlıqlarının kobul şəkildə pozulması, dövlətin öz vətəndaşına qarşı yolverilməz qəddar davranışı kimi qətiyyətlə pislənilməlidir. 6 vətəndaşımızın ölümünə səbəb olan bu basqın hadisəsi həm də hüquq-mühafizə olqanlarının qeyri-peşəkarlığının və səriştəsizliyinin əyani sübutudur.
Hakimiyyətin məqsədi Hacı Taleh Bağırzadəni həbs etmək idisə, buna görə Nardarana silahlı hücum təşkil edib 6 vətəndaşımızın ölümünə səbəb olmağa ehtiyac yox idi. Onu daha əvvəllər də dəfələrlə olduğu kimi hüquq-mühafizə orqanlarına dəvət etmək kifayət idi. Hacı Taleh heç vaxt belə çağırışlardan yayınmamışdı.
Hər zaman dinc, sivil mübarizənin tərəfdarı kimi çıxış edən Taleh Bağırzadəyə və tərəfdarlarına qarşı səsləndirilən ittihamları əsassız, saxta və uydurma hesab edir, bütövlükdə hadisəni hakimiyyətin inanclı vətəndaşlarımıza qarşı təxribatı hesab edirik. Hadisə barədə faktların gizlədilməsi, hadisənin videoçəkilişlərinin yayımlanmaması, altı nəfər vətəndaşımızın, o cümlədən iki nəfər polis işçisinin konkret kimin tərəfindən öldürülməsi barədə sübutların cəmiyyətə təqdim edilməməsi, eyni zamanda, Taleh Bağırzdə və digər həbs edilənlərlə vəkillərin görüşünə imkan verilməməsi bu qənaətimizi daha da gücləndirir.
Bu dəhşətli faciədən, haqsızlıqdan sarsılmış inanclı Nardaran sakinlərinə müraciət edirik. Nə qədər ağır olsa da emosiyalarınızın sizi daha böyük faciələrə cəlb etməsinə, yeni təxribatların baş verməsinə, vəziyyətin daha da gərginləşməsinə imkan verməyin. Daşla, kəsəklə, armaturla silahlanmaq, Nardaranın giriş və çıxış yollarını bağlamaq, dövlət hakimiyyəti nümayəndələrinə müqavimət göstərmək vəziyyətdən çıxış yolu deyil və yolverilməzdir. Nardaran camaatına qarşı edilən haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizə yalnız və yalnız dinc yolla aparılmalıdır və belə mübarizədə Milli Şura olaraq haqqı pozulan hər bir vətəndaşımızın yanındayıq”.
Əziz həmvətənlər, bu gün Nardaranda baş verənlərlə bağlı aşağıdakı məqamları sizlərlə bölüşmək istədim.
1. Nardaranda keçirilən əməliyyat nəticəsində 6 nəfər soydaşımızın öldürülməsindən çox narahatam. Allah ölənlərə rəhmət etsin. Yaxınlarına baş sağlığı verirəm.
2. Siyasi mübarizədə zorakılığı, silahlı mübarizəni qəti şəkildə pisləyirəm. Şərtlər nə qədər ağır olur-olsun, rejimlə mübarizəni yalnız dinc yollarla aparmaq lazımdır. Polisə silahlı müqavimət yolverilməzdir.
3. Əgər həqiqətən də Azərbaycanda silahlı çevriliş yolu ilə dövlət quruluşunu dəyişmək istəyənlər olarsa, hökumətə münasibətimizdən asılı olmayaraq, belə qüvvələrə qarşı səfərbər olmalıyıq və olarıq.
4. Biz hüquq mühafizə orqanlarının Hacı Tale və tərəfdarları haqda yaydığı məlumata niyə gözüyumulu inanmalıyıq? Həmin DİN-in, prokurorluğun əməkdaşları 100-lərlə soydaşımızı, o cümlədən tanınmış ziyalılarımızı, hüquqşünaslarımızı, siyasətçilərimizi, hüquq müdafiəçilərimizi etmədiyi əməllərə görə şərləyib, həbs etməyibmi? Dünənə qədər belə şok əməliyyatları həyata keçirən MTN rəhbərliyi özü hökumət tərəfindən mütəşəkkil cinayətkar dəstə elan edilmədimi?
5. Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub, məgər Hacı Tale istintaqdan yayınırdı ki? Onu sadəcə polisə çağırıb, istintaq hərəkətləri etmək olmazdımı? Ölkə ictimaiyyəti yaxşı bilir ki, son aylarda Hacı Tale həm MTN-ə, həm də polis idarəsinə çağrılmışdı və həmin çağırışların heç birindən yayınmamışdı. Bu dəfə niyə dəvət etmədilər, polis idarəsinə?
6. Sübut etmək ittiham tərəfinin vəzifəsidir. Öldürülən polisləri konkret kimin və hansı şəraitdə öldürdüyü müəyyənləşdirilməlidir. Nardaran əhalisi israr edir ki, polisləri onlar öldürməyib. Polisə güllə atan şəxsi tanımayıblar. DİN əməliyyatın operativ çəkilişini ictimaiyyətə təqdim etməlidir. Belə əməliyyatlarda bir qayda olaraq çəkiliş aparılır. Bu gün həbs edilən şəxslər dərhal vəkillə təmin edilməli, baş verənlərlə bağlı onların da mövqeyi cəmiyyətə çatdırılmalı, istintaq şəffaf aparılmalıdır.
7. Mən şəxsən Hacı Talenin silahlı dəstə yaratmasına, silahlı yolla hakimiyyət dəyişikliyi hazırlamasına inanmıram. Hacı Tale heç polis idarəsində zorakılığa məruz qalanda belə, dinc mübarizədən kənara çıxmayıb. Hacı Tale özü facebook səhifəsində yazmışdı ki, hökumət əleyhinə tənqidi çıxışlarına görə ona qarşı təxribat hazırlanır, həbsinə hazırlıq görülür. Bunları bildiyi halda, hansı məntiqlə ətrafında silahlı adamlar gəzdirsin, hansı məntiqlə dövlətə qarşı silahlı müqavimət fikrinə düşsün?
8. Mətbuatda Nardaran kəndində keçirilən mitinqdən yayılan foto və videoçəkilişlərdə narahatedici məqamlar gördüm. O dəmir və taxta dəyənəkləri, daşları meydana gətirənlər ya emosiyaya qapılırlar, ya da təxribat məqsədilə edirlər. Hər cür zorakılıqdan çəkinmək lazımdır. Zordan istifadə etmək cəhdləri vəziyyəti daha da gərginləşdirər. Oradakı həmvətənlərimizə müraciət edirəm, etiraz aksiyalarını istisnasız olaraq dinc yolla keçirmək lazımdır.

Son çağlar baş verənlər Azərbaycanla bağlı ümidsizliyi artırır, istər-istəməz bizi bədbinləşdirir, fikirləşirik ki, xeyri yoxdur, onsuz da artıq onu xilas etmək mümkün deyil.
Amma bu proseslərin önəmi də ondadır ki, hər birimizin bu gözəl ölkənin taleyini yaxşılığa doğru dəyişmək üçün müəyyən bir missiyası, vəzifəsi var. Bu çətindir, məşəqqətlidir, yorucudur, üzücüdür, tab gətirmək çətindir, bəzən hətta mümkünsüzdür, amma "hazıra nazir olmamağın" - arzularımızdakı Azərbaycanın qurulmasında bacardığı qədər, əlindən gələn qədər iştirak etməyin özü də bir şansdır, bir fürsətdir, qürurvericidir.
Rəsulzadənin, Axundovun, Mirzə Cəlilin, Ömər Faiqin, Üzeyir bəyin, Haqverdiyevin, Sabirin, Nəsib bəy Yusifbəylinin, Xoyskinin, Zərdabinin vətəni quldurluğun heç bir növünə asanlıqla təslim olmamalıdır. Olmayacaq da!
Gərəkirsə, onların çəkdiyinin artığını çəkəcəyik, onların qatlaşdığının artığına qatlaşacağıq, amma bu ölkəni verməyəcəyik - nə monarxiyaya, nə də monarxiyanın istehsal etdiyi cürbəcür pisliklərə.
Qısası, heç nəyə görə bu gözəl ölkədən küsməyin, iyrənməyin, soyumayın.
O baş verənlərin, başına gətirilənlərin heç birinə layiq deyil...
Daha çox sarılın Azərbaycana, daha çox sahib çıxın ona! Gün belə bir gündür.

Bakıda Ənvər Məmmədxanlı adına kitabxana vardı, Mahnı Teatrının arxasında yerləşirdi, 2000-ci illərdə mən ən çox o kitabxanaya gedərdim, kollektivi gülərüz idi, qapını açıb içəri girən adam görəndə üzlərində işıq parlayırdı. Hər halda mən belə görmüşdüm.
Müğənni Yalçın Rzazadənin həyat yoldaşı (adı səhv xatırlamıramsa, Roza xanım idi) kitabxananın müdiri idi. Günlərin birində həmin kitabxanaya gedəndə dəhşətli mənzərə ilə rastlaşdım: oranı dağıdırdılar. kitablar barbarcasına daşınıb çölə tökülürdü.
Soruşanda məlum oldu ki, kitabxananın yerini AZAL prezidenti Cahangir Əsgərova satıblar. Kitabxana kollektivi xeyli dirəşdi, axırda buldozerəcən gətirdilər, Yalçın Rzazadənin həyat yoldaşını döyüb şil-küt elədilər, xeyli xəstəxanada yatdı, hətta sonra sussun deyə şərləməyə başladılar ki, bəs korrupsiya ilə məşğul imiş, cinayət işi açılmalıdır-filan.
Dediyim odur ki, Azərbaycan bu günlərə elə-belə gəlmədi.
Azərbaycanı bu günə saldılar. Bilərəkdən. Məqsədli. Sadə səbəbdən: "Cəhalət bütün pisliklərin anasıdır" (Kamyu)
Hamı və hər şey bir yana dursun. Mən Ənvər Məmmədxanlı kitabxanasının zibil kimi çölə atılan o kitablarının ahına inanıram.
O kitabların ahı bir gün bunları tutacaq.

Bizim hərb müəllimimiz (BDU-da Nurəddin Abdullayev), danışırdı ki, onların rayonunda-Şəmkirdə bir kişi olub. O, fəhlə yeməkxanasında hər dəfə bir qab, çaydan sındırarmış. Bir yoldaş soruşub ki, niyə belə edirsən?
O da deyib, Sovet İttifaqına zərbə vururam.
"Çaynik sındırmaqla" sualına ağsaqqalın cavabı belə olub: bala mənim gücüm çaynikə çatır, sən qüvvəlisənsə get qatarın aşır".
Bu hekayət nə dərəcədə düz-səhvdi, babalı polkovnik Abdullayevin boynuna, sözüm başqadır.

Başa düşdüm ki, Tale Bağırzadədən xoşunuz gəlmədi, Nardarandan lap zəndeyi zəhləniz gedir, İslam barədə də heç danışmıram. Amma bu adam gücü çatan qədər, şüurlu bir formada müqavimət göstərdi. Ədalətsizliyi qamçıladı. 3-cü dəfə həbs olunma, ailəsin, əzizlərin gözü yaşlı buraxma riski ilə burun buruna dayansa da. Bəzilərinizin adını eşidəndə titrədiyiniz ifarələrdə hədələr almasına rəğməm...siz bunu bəyənmirsiz, haqqınızdır, amma nə olar, o zaman öz dünyagörüşünüzə, əqidənizə uyğun formada zülmlə, qanunsuzluqla mübarizə edin. Sabitqədəm formada həm də.
Tale Bağırzadə sizi daha məşğul etməsin. O getdi.