Manşet
Son günlər "Klan idarə etmə üsulu və dövlət təhlükəsizliyi" adlı çox maraqlı bir məqalə olxudum (müəlliflər: Valerie Hudson, Donna Lee Bouven və Perpetua Linne Nielsen, mənbə: American Political Science Review).
Məqalənin mövzusunun cəmiyyətimiz üçün son dərəcə aktual olduğunu nəzərə alaraq, orada klan idarə etmə üsulu ilə bağlı qeyd edilən çox fərqli bir analitik yanaşmanı sizinlə paylaşmaq istərdim. Bununla bağlı fikirlərinizi bilmək mənə maraqlı olardı.
Məqalənin mövzusunun cəmiyyətimiz üçün son dərəcə aktual olduğunu nəzərə alaraq, orada klan idarə etmə üsulu ilə bağlı qeyd edilən çox fərqli bir analitik yanaşmanı sizinlə paylaşmaq istərdim. Bununla bağlı fikirlərinizi bilmək mənə maraqlı olardı.
Məqalənin əsas mövzusu, adından da bəlli olduğu kimi, dövlət stabilliyi ilə klan idarə etmə üsulu arasındakı əlaqəni tapmaqdır. Məqalə müəlliflərinə görə, klan idarə etmə üsulu bir qrup şəxs, ailə və ya tayfa tərəfindən hakimiyyətin idarə olunmasıdır. Bu zaman hakimiyyət iki yolnan xalqı idarə edir: dövlət büdcəsindən hakimiyyətə loyal olanlara paylar verməklə və itaət etməyənləri isə sərt cəzalandırmaqla. Məqalədə qeyd edilir ki, klan höküməti yalnız qadınların məişət zəminində hüquqlarının pozulduğu cəmiyyətdə qurula bilir. Bir kişi ailədə malik olduğu fiziki və maddi gücə əsaslanaraq qadının hüquqlarını pozaraq öz hakimiyyətini necə qurursa, həmin insanlar dövlət səviyyəsində də eyni məntiqlə çıxış edirlər. Bunu müəyyən etmək üçün müəlliflər aşağıdakı fərqli göstəricilərdən ibarət index müəyyənləşdiriblər:
1.Patrilokallıq (ailə qurularkən qadının ər evinə köçməsi. Bu yolnan qadın ərin artıq malik olduğu mülkiyyətə sahib ola bilmir. Ər evində yaşamaqla ərin üstünlüyünü bir mənalı olaraq qəbul edir. Alternativ olaraq ailə həyatı quran cütlük hər şeyi yenidən qura bilər və ikisinin də eyni dərəcədə mülkiyyət hüququ olan əmlaka sahib ola bilərlər),
2. Qadınlara qarşı ayrı-seçkiliyi ilə xarakterizə olunan ailə hüququ,
3. Çox arvadlılıq,
4. Erkən nigah (yalnız qadınlar üçün),
5. Məcburi halda qohumla evlənmə,
6. Qadınlara qarşı şərəfə söykənə şiddət (namus),
7. Qadınlara qarşı şiddət,
8. Qadınların mülkiyyət hüququnun pozulması.
3. Çox arvadlılıq,
4. Erkən nigah (yalnız qadınlar üçün),
5. Məcburi halda qohumla evlənmə,
6. Qadınlara qarşı şərəfə söykənə şiddət (namus),
7. Qadınlara qarşı şiddət,
8. Qadınların mülkiyyət hüququnun pozulması.
Aparılan araşdırma göstərir ki, klan höküməti yalnız yuxarıda qeyd edilən pozuntuların olduğu cəmiyyətlərdə mövcuddur. Bu cür idarə üsulu da dövlətdə stabiliyyin pozulmasına bir başa təsir edir. Ən güclü klan idarə etmə üsulu Əfqanıstanda, ən zəif isə İslandiyada aşkar olunub.
Bank qarəti zamanı soyğunçu bankdakı bütün insanların eşidəcəyi səs tonu ilə demişdi: "Tərpənməyin, pullar dövlətə, sizin həyatınız isə sizə məxsusdur".
Bankdakı bütün insanlar sakitcə yerə uzandılar. Bu, "Düşüncə dəyişmə konsepti" adlanır. Normal düşünmə tərzini dəyişməkdir.
Qadın yerə şübhəli tərzdə uzananda soyğunçu dedi: "Zəhmət olmasa, sivil olun. Bu qarətdir, zorlama deyil". Bu "Peşəkar olmaq" adlanır. Nə etməli olduğuna fokuslanmaq.
Qarətçilər bankdan evə qayıdandan sonra cavan soyğunçu (MBA təhsilli) daha yaşlı (6 illik orta təhsilli) həmkarına dedi: "Böyük qardaş, gəl, pulları sayaq"
Əvəzində isə yaşı çox olan soyğunçu cavab verdi: "Sən axmaqsan, burda küllü miqdarda pul var, bunları saymaq uzun zaman aparacaq. Axşam xəbərlərdə bankdan nə qədər pul oğurlandığını deyəcəklər"
Bu "Təcrübə" adlanır. Bugünkü dünyada təcrübə kağız üzərində yazılmış ixtisasdan daha vacibdir.
Bu "Təcrübə" adlanır. Bugünkü dünyada təcrübə kağız üzərində yazılmış ixtisasdan daha vacibdir.
Qarətçilər gedəndən sonra bank meneceri supervayzerə dərhal polisləri çağırmağı tapşırdı. Supervayzer isə dedi: "Gözləyin. Gəlin bankdan 10 milyon özümüz üçün götürək, bu məbləği də əvvəl oğuladığımız 70 milyona əlavə edək".
Bu "Axın istiqamətində üzmək" adlanır. Sənin əleyhinə olan situasiyanı öz lehinə çevirmək.
Bu "Axın istiqamətində üzmək" adlanır. Sənin əleyhinə olan situasiyanı öz lehinə çevirmək.
Supervayzer davam etdi: "Banka hər ay soyğunçular gəlsəydilər, yaxşı olardı".
Bu "Darıxdırıcılığı öldürmək" adlanır. Şəxsi xoşbəxtliyin sənin işindən daha vacibdir.
Bu "Darıxdırıcılığı öldürmək" adlanır. Şəxsi xoşbəxtliyin sənin işindən daha vacibdir.
Ertəsi gün TV xəbərlər elan etdilər ki, bankdan 100 mln. dollar oğurlanıb. Qarətçilər evdə nə qədər saydılarsa, 20 mln. dollardan çox pul görmədilər və bu situasiya onları qəzəbləndirdi: "Biz həyatımızı riskə ataraq cəmi 20 mln. oğurlaya bildik. Bank bank meneceri heç bir risk olmadan 80 mln. dolları bir çırtmada qazandı. Görünür, təhsilli olmaq, oğru olmaqdan yaxşıdır".
Bu "Təhsil qızıl qədər dəyərlidir" mənasına gəlir.
Bu "Təhsil qızıl qədər dəyərlidir" mənasına gəlir.
Bank meneceri xoşbəxt idi və gülümsəyirdi. Çünki onun bazardakı itkilərinin üstü bu oğurluğun köməyilə örtülmüş oldu.
Bu "İmkanlardan istifadə etmək" adlanır. Mərdcəsinə risk etmək.
Bu "İmkanlardan istifadə etmək" adlanır. Mərdcəsinə risk etmək.
Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində qatıldığım toplantıda tərəfdaş ölkələrdə aqrar sahəyə dövlət dəstəyinin mövcud vəziyyəti müzakirə olunurdu. Burada ən pis vəziyyətin Azərbaycanda olduğu qeyd edildi. Təsəvvür edin ki, sahibkarlara təklif edilən kredit üzrə ən yüksək faiz dərəcəsi Azərbaycandadır. Məsələn, Ermənistanda və Gürcüstanda kredit üzrə faiz dərəcəsi 14% olduğu halda, Azərbaycanda bu 2dəfə çoxdur, yəni 28 faizdir. Həmin ölkələrdə kənd təsərrüfatına təklif edilən kredit ümumi portfeldə 15-20 faiz olduğu halda, Azərbaycanda bu göstərici 3.7 faizdir. Bu o deməkdir ki, neft gəlirlərinin yüksək olduğu bir vaxtda bu vəsaiti real sektora- sənayeyə, kənd təsərrüfatına yönəldə bilmədilər. Sahibkarlara təklif edilən kreditlər yüksək faizli oldu, üstəlik, qeyri-rəsmi ödənişlər də vardı. Neft gəlirlərinin azaldığı bir vaxtda kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik, buna zaman lazımdır.
"Yeni ilin ilk rübündə hakimiyyət daxilində yüksək vəzifə tutan bir neçə məmur istefaya göndəriləcək. Artıq onlara xəbərdarlıq da edilib. Bir neçə komitə və nazirliyin birləşdirilməsi də gündəmə gəlib. Vəzifədən çıxarılan həmin məmurların isə məsuliyyətə cəlb olunması istisna deyil".
Arqument.Az-a daxil olan ilginc məlumatda bildirilir ki, istefaya göndəriləcək nazirlərin içərisində adı çəkilən ilk şəxs vergilər naziri Fazil Məmmədovdur.
Mənbə bildirir ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun istefaya göndərilməsi və məlum "MTN olayları" bir neçə naziri və komitə sədrini ciddi qorxuya salıb. Həmin nazirlərin də sabiq MTN şefi kimi korrupsiya və talançılıqla məşğul olması hakimiyyət daxilində ciddi müzakirələrə səbəb olub.
Ölkə başçısı İlham Əliyevin hökumətin iclasında sahibkarların incidilməsi və sahibkarlığın sıradan çıxarılması ilə bağlı çıxışı isə təkcə Eldar Mahmudova mesaj olmayıb, bu çıxış həm də sahibkarlara vergidən əlavə qeyri-qanuni "haqq" qoyan Fazil Məmmədova xəbərdarlıq kimi qiymətləndirilib.
Məlumatı verən mənbənin sözlərinə görə, vergilər naziri də ən azından Mahmudov qədər sahibkarlığa zərbə vururb. Məhz bundan sonra ölkə başçısı iş adamlarından vergilərin və əlavə pulların toplanmasını dayandırmağı tələb edib.
Fazil Məmmdovun niyə Eldar Mahmudovla eyni vaxtda istefaya göndərilmədiyinə gəlincə, mənbə bildirib ki, hakim komanda eyni vaxtda iki iri ranqlı nazirin sıradan çıxarılmasını həmin ərəfədə münasib bilməyib və bunun hakimiyyət daxilində ajiotaj yaradacağını nəzərə alıb.
"Yeni ildə Azərbaycan ictimaiyyətini sürpriz xəbərlər gözləyir. 2016-ci ilin ilk rübündə Fazil Məmmədovun və bir neçə məmurun istefaya göndərilməsi qaçılmazdır", - mənbə bildirib.
Şehriyar'ım gözüm yaşı sel kimin,
Garip sen mi vetanında el kimin,
Sevdan üreğimde kara yel kimin,
Heç elden özgeye gardaş olar mı?
Haramzadalardan yoldaş olar mı?
Garip sen mi vetanında el kimin,
Sevdan üreğimde kara yel kimin,
Heç elden özgeye gardaş olar mı?
Haramzadalardan yoldaş olar mı?
Gurt gurtnan dolaşır, itler it inen,
Gurt şikarnan doyar, itler küt inen,
Yanaşmanın goynu dolar pit inen
Heç elden özgeye gardaş olar mı?
Fars, Çin, Urustan yoldaş olar mı?
Gurt şikarnan doyar, itler küt inen,
Yanaşmanın goynu dolar pit inen
Heç elden özgeye gardaş olar mı?
Fars, Çin, Urustan yoldaş olar mı?
Oğuz Atam bizi görse neyliyer,
Dövüner dizini helak eyliyer,
Yeğin geyze gelir, gönü göynüyer,
Heç elden özgeye gardaş olar mı?
Yılandan, çiyandan yoldaş olar mı?
Dövüner dizini helak eyliyer,
Yeğin geyze gelir, gönü göynüyer,
Heç elden özgeye gardaş olar mı?
Yılandan, çiyandan yoldaş olar mı?
Bed-güman değilem Allah kerimdir,
Turan hayalimdir, etim, derimdir,
Böyyük Asya nece olsa benimdir,
Gurt yuvalarına tilki dolar mı?
Ayıdan, Moskof'tan yoldaş olar mı?
Turan hayalimdir, etim, derimdir,
Böyyük Asya nece olsa benimdir,
Gurt yuvalarına tilki dolar mı?
Ayıdan, Moskof'tan yoldaş olar mı?
Şehriyar'ım, incinmeyin sözüme,
Dost acı danışar dostun özüne
Gah ağlaram, gah vururam dizime
Heç elden özgeye gardaş olar mı?
Hayından, uğrudan yoldaş olar mı?
Dost acı danışar dostun özüne
Gah ağlaram, gah vururam dizime
Heç elden özgeye gardaş olar mı?
Hayından, uğrudan yoldaş olar mı?
Şehriyar