reklam

Manşet

Nahid Cəfərov."Klan idarə etmə üsulu və dövlət təhlükəsizliyi"

Yazar Unknown 19 Aralık 2015 Cumartesi 0 yorum
Nahid JafarovSon günlər "Klan idarə etmə üsulu və dövlət təhlükəsizliyi" adlı çox maraqlı bir məqalə olxudum (müəlliflər: Valerie Hudson, Donna Lee Bouven və Perpetua Linne Nielsen, mənbə: American Political Science Review).
Məqalənin mövzusunun cəmiyyətimiz üçün son dərəcə aktual olduğunu nəzərə alaraq, orada klan idarə etmə üsulu ilə bağlı qeyd edilən çox fərqli bir analitik yanaşmanı sizinlə paylaşmaq istərdim. Bununla bağlı fikirlərinizi bilmək mənə maraqlı olardı.
Məqalənin əsas mövzusu, adından da bəlli olduğu kimi, dövlət stabilliyi ilə klan idarə etmə üsulu arasındakı əlaqəni tapmaqdır. Məqalə müəlliflərinə görə, klan idarə etmə üsulu bir qrup şəxs, ailə və ya tayfa tərəfindən hakimiyyətin idarə olunmasıdır. Bu zaman hakimiyyət iki yolnan xalqı idarə edir: dövlət büdcəsindən hakimiyyətə loyal olanlara paylar verməklə və itaət etməyənləri isə sərt cəzalandırmaqla. Məqalədə qeyd edilir ki, klan höküməti yalnız qadınların məişət zəminində hüquqlarının pozulduğu cəmiyyətdə qurula bilir. Bir kişi ailədə malik olduğu fiziki və maddi gücə əsaslanaraq qadının hüquqlarını pozaraq öz hakimiyyətini necə qurursa, həmin insanlar dövlət səviyyəsində də eyni məntiqlə çıxış edirlər. Bunu müəyyən etmək üçün müəlliflər aşağıdakı fərqli göstəricilərdən ibarət index müəyyənləşdiriblər:
1.Patrilokallıq (ailə qurularkən qadının ər evinə köçməsi. Bu yolnan qadın ərin artıq malik olduğu mülkiyyətə sahib ola bilmir. Ər evində yaşamaqla ərin üstünlüyünü bir mənalı olaraq qəbul edir. Alternativ olaraq ailə həyatı quran cütlük hər şeyi yenidən qura bilər və ikisinin də eyni dərəcədə mülkiyyət hüququ olan əmlaka sahib ola bilərlər),
2. Qadınlara qarşı ayrı-seçkiliyi ilə xarakterizə olunan ailə hüququ,
3. Çox arvadlılıq,
4. Erkən nigah (yalnız qadınlar üçün),
5. Məcburi halda qohumla evlənmə,
6. Qadınlara qarşı şərəfə söykənə şiddət (namus),
7. Qadınlara qarşı şiddət,
8. Qadınların mülkiyyət hüququnun pozulması.
Aparılan araşdırma göstərir ki, klan höküməti yalnız yuxarıda qeyd edilən pozuntuların olduğu cəmiyyətlərdə mövcuddur. Bu cür idarə üsulu da dövlətdə stabiliyyin pozulmasına bir başa təsir edir. Ən güclü klan idarə etmə üsulu Əfqanıstanda, ən zəif isə İslandiyada aşkar olunub.

Hiç yorum yok: