reklam

Manşet

Arif HacılıAzərbaycan hakimiyyəti nəhayət anlamalıdır ki, indi ölkəni "dərə xəlvət, tülkü bəy" prinsipi ilə idarə etmək zamanı deyil. Dünyanın ən qudrətli dövlətləri də qəbul olunmuş, razılaşdırılmış prinsiplər əsasında idarə olunur.
Bir tərəfdən siyasi rəqabət şəraitini aradan qaldırmaq, opponentləri həbs etmək, mətbuatı susdurmaq, saxta seçkilər vasitəsilə hakimiyyətdə qalmaq, digər tərəfdən Avropa Parlamentinin qətnaməsini "kağız parçası" adlandırmaq, beynəlxalq hüquq və normaları, bəşəri dəyərləri inkar etməklə yürüdülən təkəbbürlü siyasət iflasa məhkumdur.
Belə siyasət mövcud hakimiyyəti, eyni zamanda Azərbaycanı uçuruma doğru sürükləyir.
Siyasi və iqtisadi böhran üzərimizə qasırğa kimi gəlir.
Hakimiyət heç olmasa indi, gözlənilən kataklizmlər ərəfəsində yanlış, təkəbbürlü siyasətdən əl çəkməli, özünün və Azərbaycanın dünya birliyindən təcrid olunmasına səbəb olan fəaliyyətini durdurmalı, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməli, dərhal siyasi və iqtisadi islahatlara başlamalıdır.
Daha gözləməyə zaman yoxdur. Həm cəmiyyətin, həm də beynəlxalq birliyin etimad limiti tükənib.
Devamını Oku...
Azer GasimliHadisələr çox sürətlə inkişaf edir. Azərbaycan hakimiyyəti ABŞ və Avropa ilə münasibətlərini pisləşdirməkdə davam edir. Bu gün ABŞ Helsinki Komissiyası ABŞ Konqresinə "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin aparıcı üzvlərinə, onlarla biznes əlaqələrindən gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutur. Məqsəd Azərbaycanda insan haqları pozuntularına qarşı ölçü götürməkdir. Ayrıca olaraq o da bildirilir ki, Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi, vətəndaş cəmiyyətinə basqılara son qoyulması, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində əsaslı irəliləyiş nümayiş etdirsə, sanskiyalar qaldırıla bilər.
Bir gün əvvəl isə, Avropa Şurasının baş katibi Jagland Avropa Konvensiyasının icrası ilə bağlı pozuntuları araşdırmaq üçün Azərbaycana sorğu göndərib. Baş Katibin bu qərarı verməsinə əsas səbəb Avropa Məhkəməsinin REAL Sədri İlqar Məmmədovla bağlı qərarının icra olunmamasıdır. Bu prosedurun istifadəsi çox nadir hallarda olur. Jagland birinci dəfədir ki, bu tədbirə əl atıb.
Mən Azərbaycanın xarici siyasətinin hər bir ölkə ilə dostluq və qarşılıqlı hörmət əsasında qurulmasının tərəfdarıyam. Biz bölgəmizin böyük dövlətləri olan Rusiya, İran və Türkiyə ilə münasibətlərimizi mehriban qonşuluq səviyyəsində saxlamağa çalışmalı və bu dövlətlərin maraqlarına kəskin şəkildə zidd addımlar atmamalı, münasibətlərimizə xələl gətirəcək fəaliyyətlərdən uzaq olmalıyıq. Bölgədə olan bütün dövlətlərlə iqtisadi və mədəni əlaqələrimizi genişləndirməliyik. Lakin bununla yanaşı ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlar qarşısında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməli, xüsusilə də Avropa institutlarına inteqrasiya ilə bağlı verdiyimiz qərarları tam olaraq icra etməliyik. Bununla yanaşı dünyanın ən güclü dövləti olan ABŞ-la strateji müttəfiqliyimizi qorumalı və inkişaf etdirməliyik. Bunları etməsək ərazi bütövlüyümüzü heç vaxt bərpa edə, müstəqilliyimizi qoruya bilməyəcəyik.
Bu gün görünən odur ki, Azərbaycan hakimiyyəti ölkəmizin xarici siyasətini öz şəxsi merkantil maraqlarına qurban verib. Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı üzərinə öhdəlik götürüb, sonra öz vətəndaşlarının hüquqlarını pozub və ardınca məhkəmənin çıxardığı qərarı icra etməməyin adı - siyasi prinsipsizlikdi. Xarici siyasətdə belə hərəkətlər yolverilməzdi və bunların bədəli çox pis olur.
Hakimiyyətin qeyri peşəkar siyasətinin nəticəsi olaraq ABŞ-la münasibətlərimiz sanksiyalar səviyyəsinə gəlib çıxdı. Mən hər hansı ölkənin dövlətimizə qarşı sanksiyalarının əleyhinəyəm. Amma burada söhbət dövlətimizə qarşı yox, vəzifəli şəxslərə, korrupsionerlərə, insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyalardan gedir. Lakin hakimiyyət Qərb əleyhinə isterikasını davam etdirsə, bundan sonra ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq çox çətin olacaq. Bu xarici siyasətimizin məhvidir.
Mən hakimiyyət nümayəndələrini heç nəyə dəvət etmirəm. Nə siyasi məhbusları azad etməyə, nə də ki, islahatlar keçirməyə. Sözüm sizlərə, aktiv vətəndaşlaradır. Yeganə çıxış yolumuz - Xalqın içindən çıxan yeni siyasi partiya yaratmaq və bu partiyanı hakimiyyətə daşımaqdır!
Devamını Oku...

Gültəkin Hacıbəyli:"ABŞ SSRİ-ni də neftlə çökdürmüşdü"

Yazar Unknown 16 Aralık 2015 Çarşamba 0 yorum
Gültəkin HacıbəyliSəksəninci illərin ortalarında ABŞ Sovetlər Birliyini çökdürməyin çox yollarını götür-qoy edib. O vaxt ABŞ prezidenti olmuş Ronald Reyqan ona təklif olunmuş bütün variantların üzərindən xətt çəkib deyib ki, gedin neftin qiymətini aşağı salmağın yollarını tapın. Nefti 8 dollara salmaqla SSRİ-ni bitirdilər. İndi, eynilə həmin proses gedir. Bu gün ABŞ Senatı bu ölkənin neft eksportu qadağasını götürmək barədə razılığa gəldi. Bu dəqiqələrdə isə ABŞ Fedaral Ehtiyat Sisteminin dolların uçot dərəcəsinin 0,25-dən 0,50-yə qaldırılması barədə qərarı açıqlandı. Bu,dolların avtomatik olaraq möhkəmlənməsi, manatın, rublun və digər zəif valyutaların devalvasiyası, neftin qiymətlərinin kəskin ucuzlaşması deməkdir. Bir populyar mahnıda deyildiyi kimi, ay Putin, "de görüm indi necəsən, necəsən?"
Devamını Oku...

Nahid Cəfərov:"Biz azərbaycanlılar fərdiyyətçiyik"

Yazar Unknown 0 yorum
Nahid JafarovAzərbaycan dili ilə bağlı bir çox fikirlər səsləndi və mən də bu məsələni yenidən gündəmə getirərək fikirlərimi sizinlə paylaşmaq istərdim. Başqa dili öz dilimizdən üstün tutmaq son günlərdə formalaşan bir şey deyil. Bu tarixən bu cür olub (əvvəl ərəb dili oldu, sonra fars dili oldu və daha sonra rus dili). Bunun səbəbini bilmək üçün Azərbaycan dilini danışdığı dildən zəif bilən insanlar özlərinə bu sualı verməlidir: nəyə görə mən rus dilini daha yaxşı bilirəm? 
Çünki rus bölməsində oxumuşam. Cavab çox bəsit olacaq, bunu bilirəm. Amma məsələ bununla bitmir.
Yaxşı, bəs nəyə görə rus bölməsində oxumusan? Çünki, valideynlərim o bölməyə məni qoyub.
Yaxşı, bəs nəyə görə valideynlərin səni o bölməyə qoyub? Baxın, problemin kökü burdadır.
Biz Azərbaycanlılar millətimizi, xalqımızı inkişaf etdirməkdənsə və ya millət olaraq inkişaf edib bizi idarə edənlərə qarşı çıxmaqdansa, biz onların dilini və mədəniyyətini öyrənib onlar kimi olmağa çalışaraq özümüz fərd olaraq vəziyyətdən çıxmağa çalışmışıq. Çünki, bu milləti inkişaf etdirməkdən daha asan və daha realdır. Bizim digər dilə və mədəniyyətə olan sonsuz məhəbbətimizin kökündə bu durur. Bu gün Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzəyir Hacıbəyov, Məmməd Əmin Rəsulzadə ona görə bu xalqın unudulmaz övladlarıdırlar ki, onlar bu problemin kökünü dərk edib onunla mübarizə aparıblar.
Dil bir millətin millət olaraq formalaşması üçün ən əsas elementlərdən biridir. Bu gün Hollandiya höküməti sənə 10.000 avro kredit verir ki, sən onun dilini öyrənəsən və əgər 3 il ərzində bu dili sərbəst danışa bilsən o pulu sənə bağışlayır. Baxın, budur bir millətin özünə və dilinə verdiyi dəyər.
Digər bir misal. Türkiyənin tanınmış aktyorlarından biri Almaniyada böyümüş Ufuk Özkan bunları qeyd edir: "Bir gün evdə bacım məndən nəsə soruşdu və mən ona almanca cavab verdim. Buna görə atam məni saatlarla hamamda, bağlı qapı arxasında saxlayaraq cəzalandırdı". Bunun kimi misallar yüzlərnəndir. Mən millətçi deyiləm (yəni, düşünmürəm ki, mənim millətim hamıdan üstündür), amma öz millətimi və ona məxsus olan atributları çox sevirəm.
Sonda qeyd edim ki, bu gün Azərbaycan dili ilə Rus, Türk, Alman dilləri arasında heç bir fərq yoxdur. Bütün dillər söz və söz birləşmələrindən ibarət olan danışıq vasitəsidir. Fərq yalnız onlara verilən dəyərdədir.
P.S. Bunu yazmaqla kiminsə qəlbinə toxunmaq istəmirəm. Sadəcə düşündüklərimi yazdım.
Devamını Oku...

Eldəniz İsmayıloğlu.Biz niyə dəyişiklərdən qorxuruq?

Yazar Unknown 0 yorum
Eldeniz MollayevBiz niyə dəyişiklərdən qorxuruq?Həqiqətən də çox maraqlı sualdır,axı biz niyə dəyişiklərdən qorxuruq?Məncə bu sualın cavabını şərq mentalitetində axtarmaq lazımdır,belə ki şərq mentalitetində həmişə sabit,nizamlı və monoton həyata üstünlük verilir.Şərqli həmişə, hər şeydə mühafizəkardır.Şərqli həmişə yeniliyə,dəyişikliyə tərəddüdlə yanaşır.Ya alınmazsa,ya baş tutmazsa deyərək bütün növ dəyişiklərdən,yeniliklərdən qaçır,çünki dəyişiklikdən qorxur.                                      Bu qorxu həm də diktaturaların( şərqdə əksər ölkələrdə diktaturadır) yaratdığı şəxsiyyətin deqradasiyasından da(əzilmək,,mütiləşmək) qaynaqlanır.Diktator rejimlər də,həm də təhsil sistemi rüşvətə bulaşdığından,insanların təhsil səviyyəsi də aşağı olur və bir az da buna görə onlar dəyişiklikdən qorxurlar.Belə ki,yeni yaranacaq hakimiyyətdə onlara ehtiyac olmayacağını,işsiz,ac qalacaqlarını düşünürlər.Lakin onların unutduqları bir şey var ki,o da yeni yaranacaq sistemin onlara düzgün təhsil verəcəyi və onlar da savadlı,qabiliyyətli bir mütəxəsis olacaqlar və işsiz qalmayacaqlarıdır.                                                                                                                                          Bu qorxu,bu əndişə,həm də diktaturaların bilərəkdən insanların özünə inam hissinin məhv edilməsindən qaynaqlanır.Bu özünəinam məhv edildiyi üçün,belə rejimlərdə insanlar özlərini qabiliyyətsiz,heç nəyə yaramayan bir varlıq kimi hiss edirlər və bütün baş verənlərdə sadəcə özlərinin günahkar olduqlarını düşünürlər(Ona görə də belə rejimlərdə intiharlara çox rast gəlinir).Lakin bu insanlar başa düşmürlər ki,onların probləmlərinin əsas qaynağı,iqtisadiyyatı inhisara alaraq rəqabəti boğan,məhkəmə-hüquq sistemini rüşvətlə kirlədərək,cəmiyyət də ədaləti pozan və s.bu kimi problemləri yaradan hakimiyyətdir.                                                                                                              Bəs bu problemin həlli yolu nədir,bu problemdən necə qurtulmaq olar?Bu problemin həlli sadəcə olaraq,bu kompleksdən imtina etməkdir.Yəni dəyişikliyə,yeniliyə açıq olmaqdır.Əslində bu insanın ən təbii haqqıdır.Bunu isə hər kəs fərdi qaydada özü etməlidir,yəni bir növ beyinlərdə inqilab baş verməlidir və yalnız bundan sonra realda da inqilab baş verə bilər.
Devamını Oku...
Shahveled ChobanogluSaakaşvili ilə Avakov arasında baş verən insident normal siyasi hadisə sayıla bilər, nə qədər xoş görünməsə də! Bütün hallarda öz alternativi İlqar Məmmədovu həbsə atmaqdan, Əli Kərimlini zəiftlətmək üçün ətrafını zindana doldurmaqdan, Xədicəni susdurmaq üçün həbs etməkdən, ağzını açanı, küçəyə çıxanı əzməkdən, döyməkdən min qat yaxşı hadisədir. Ölkədə ciddi dəyişimlər etmək istəyirlər, durum da çox çətindir, ziddiyyətlər bəzən adi polemika halından çıxır, Çovdarovluqdan pisdir məgər? Ümumiyyətlə, müqayisə etməyim səhvdir. Amma Avakovun Mişaya "sən buralı deyilsən" eyhamı ilə "çıx get buradan" deməsi Avromeydanın ruhuna zidd olan çox alçaq hərəkət idi. Bu, su artmaqdan, hətta yumruq atmaqdan da çox pis əməldir.
Devamını Oku...

Avar mahnısı.Zaqatala.Dardoqqaz kəndi.

Yazar Unknown 0 yorum
Devamını Oku...