reklam

Manşet

Eldəniz İsmayıloğlu.Biz niyə dəyişiklərdən qorxuruq?

Yazar Unknown 16 Aralık 2015 Çarşamba 0 yorum
Eldeniz MollayevBiz niyə dəyişiklərdən qorxuruq?Həqiqətən də çox maraqlı sualdır,axı biz niyə dəyişiklərdən qorxuruq?Məncə bu sualın cavabını şərq mentalitetində axtarmaq lazımdır,belə ki şərq mentalitetində həmişə sabit,nizamlı və monoton həyata üstünlük verilir.Şərqli həmişə, hər şeydə mühafizəkardır.Şərqli həmişə yeniliyə,dəyişikliyə tərəddüdlə yanaşır.Ya alınmazsa,ya baş tutmazsa deyərək bütün növ dəyişiklərdən,yeniliklərdən qaçır,çünki dəyişiklikdən qorxur.                                      Bu qorxu həm də diktaturaların( şərqdə əksər ölkələrdə diktaturadır) yaratdığı şəxsiyyətin deqradasiyasından da(əzilmək,,mütiləşmək) qaynaqlanır.Diktator rejimlər də,həm də təhsil sistemi rüşvətə bulaşdığından,insanların təhsil səviyyəsi də aşağı olur və bir az da buna görə onlar dəyişiklikdən qorxurlar.Belə ki,yeni yaranacaq hakimiyyətdə onlara ehtiyac olmayacağını,işsiz,ac qalacaqlarını düşünürlər.Lakin onların unutduqları bir şey var ki,o da yeni yaranacaq sistemin onlara düzgün təhsil verəcəyi və onlar da savadlı,qabiliyyətli bir mütəxəsis olacaqlar və işsiz qalmayacaqlarıdır.                                                                                                                                          Bu qorxu,bu əndişə,həm də diktaturaların bilərəkdən insanların özünə inam hissinin məhv edilməsindən qaynaqlanır.Bu özünəinam məhv edildiyi üçün,belə rejimlərdə insanlar özlərini qabiliyyətsiz,heç nəyə yaramayan bir varlıq kimi hiss edirlər və bütün baş verənlərdə sadəcə özlərinin günahkar olduqlarını düşünürlər(Ona görə də belə rejimlərdə intiharlara çox rast gəlinir).Lakin bu insanlar başa düşmürlər ki,onların probləmlərinin əsas qaynağı,iqtisadiyyatı inhisara alaraq rəqabəti boğan,məhkəmə-hüquq sistemini rüşvətlə kirlədərək,cəmiyyət də ədaləti pozan və s.bu kimi problemləri yaradan hakimiyyətdir.                                                                                                              Bəs bu problemin həlli yolu nədir,bu problemdən necə qurtulmaq olar?Bu problemin həlli sadəcə olaraq,bu kompleksdən imtina etməkdir.Yəni dəyişikliyə,yeniliyə açıq olmaqdır.Əslində bu insanın ən təbii haqqıdır.Bunu isə hər kəs fərdi qaydada özü etməlidir,yəni bir növ beyinlərdə inqilab baş verməlidir və yalnız bundan sonra realda da inqilab baş verə bilər.

Hiç yorum yok: