reklam

Manşet

Türkel Azertürkün ölkəmizin bu günki reallığı ilə bağlı yazdığı qəzəl

Yazar Unknown 15 Aralık 2015 Salı 0 yorum
Devamını Oku...

Məşhur “KVN”çidən şok açıqlamalar

Yazar Unknown 0 yorum
“Bizə dedilər ki, nazirlərin uşaqlığını gülüş hədəfinə çevirdiyiniz, polisi, gömrüyü, vergini tənqid etdiyiniz səhnələri kəsəcəyik“
“Planeta Parni iz Baku” teatrının rəhbərliyi və aktyorları misli görünməmiş ədalətsizliklə üzləşdiklərini bildiriblər. Onların sözlərinə görə, məmurları tənqid etdiklərinə görə hədə–qorxularla üzləşirlər. Onlar eyni zamanda, tənqidlərinə görə “Space“, ATV kimi telekanallarda məhdudiyyətlərlə üzləşdiklərini deyirlər. Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov bütün bunlar barədə “oxu.az“a danışıblar. Tahir İmanovun sözlərinə görə, hər şey onların yazda səhnəyə qoyduqları tamaşadan sonra başlayıb: “Orada “Hit–parad” rubrikası vardı, əsas qəhrəmanlardan biri də polis idi. Həmin tamaşamız telekanalda efirə verilən zaman polis hissəsi eybəcər şəkildə kəsilmişdi. Son nəticədə bütövlükdə tamaşanın çox qeyri–peşəkar hazırlandığı görüntüsü yaranmışdı. Sonra polislə bağlı bütün hissələri kəsməyə başladılar. Mən “Space” rəhbərliyinə zəng elədim, iki gün ərzində cavab verən olmadı. İcraçı direktor dedi ki, “heç nədən xəbərim yoxdur, araşdırıb sizə deyərəm“. Sonra məni Vaqif Mustafayevin rəhbərliyilə telekanala dəvət etdilər. Mənə dedilər ki, “polisi tənqid eləmək olmaz“. Soruşdum, “Niyə? 90-cı illərdə, 2000-ci illərdə, bu ilin fevralına qədər olardı, indi olmaz?” Dedi ki, “olmaz, vəssalam“. Soruşdum ki, “sizə polis rəhbərliyindən zəng eləyiblər?” Cavab verdi ki, yox, guya, özü belə qərar verib. Onda dedim ki, “nəyə əsasən belə qərara gəlmisiz?” Cavab verdi ki, “olmaz, vəssalam“. Soruşdum ki, “bəs başqalarını olar?” Dedi ki, “hələlik başqalarını olar, amma onları olmaz“. Tahir İmanovun sözlərinə görə, baş verənlərin mənasını anlamaq mümkün deyil: “Bizə deyirlər ki, “siz polisin nüfuzuna zərbə vurursuz!” Axı bu gülməlidir, nonsensdir! Deyirəm ki, “Vaqif müəllim, bəs “Youtube“dakı çoxsaylı videolar necə olsun? O videolarda polislər özləri özlərini nüfuzdan salırlar. Biz özümüzdən yeni heç nə düşünüb quraşdırmırıq. Əgər ölkə rəhbərliyi hər müşavirədə hüquq–mühafizə orqanlarında neqativ hallar olduğunu deyirsə, biz niyə deyə bilmərik?” Tahir İmanovun sözlərinə görə, “Space” rəhbərliyilə bu söhbətdən sonra onlar başqa telekanalda yayımlanmaq qərarı veriblər. Orada isə daha çox qadağa ilə üzləşiblər: “Dedilər ki, polisi, vergi müfəttişliyini, gömrüyü, Fövqəladə Hallar Nazirliyini və s. tənqid eləmək olmaz. Bildirdilər ki, “siz vergini tənqid edirsiz, sonra onlar bizə yoxlama göndərirlər, yaxud da nazirlər bizə zəng eləyib hədələyirlər“. Onlar ölkə rəhbərliyinin adından spekulyasiya edirlər. Onların sözlərinə görə, məhz ölkə rəhbərliyi bunu qadağan edir. Cəfəngiyyatdır. Biz bilirik ki, ölkə rəhbərliyi problemin demokratik yolla həllinin tərəfdarıdır. Rəhmətlik Heydər Əliyev deyirdi ki, bu və ya digər sahədə mövcud olan mənfi halları, problemləri göstərmək vacibdir. Heydər Əliyev konsertdən sonra bizimlə görüşəndə demişdi ki, “siz xeyirli işlər məşğulsunuz, çatışmazlıqları göstərirsiz və düz də edirsiz“. Bütün bunlar ona görə edilir ki, hər kəs öz mənfi tərəflərini görsün və onları aradan qaldırmağa cəhd göstərsin. Elədiklərimizin hamızı ölkəmizə sevgidən, çatışmazlıqları yox etmək cəhdindən irəli gəlir“. Tahir İmanov qeyd edib ki, onların son iki konserti efirə verilməyib: “Son konsertimizi yazda göstərməli idilər. Həmin ərəfədə bir həftəyə yaxın anonsu getdi. Bazar günü ATV–dən zəng eləyib dedilər ki, “nazirlərin uşaqlığını gülüş hədəfinə çevirdiyiniz, polisi, gömrüyü, vergini tənqid etdiyiniz səhnələri kəsəcəyik“. Soruşdum ki, “təkcə aparıcının mətni qalacaq?” Dedilər ki, “kəsəcəyik, vəssalam“. Onda bildirdim ki, “əgər rəhbərlik konsertlərimizə gələndə bizi kəsməyiblərsə, indi də bunları kəsməyə heç kimin haqqı yoxdur“. Eybi yox, mən razıyam ki, konsertlərimizi iki, üç il efirdə göstərməsinlər, qoy rəflərdə qalsın, sonra onları göstərərik“. Tahir İmanov qeyd edib ki, “Lider” telekanalında çıxışlarına 2003-cü ildən konkret qadağa qoyulub. ANS–dən isə bildirilib ki, onların formatı telekanala uyğun deyil. “Bu kanallara çıxış bizə qadağan olunub. Amma Azərbaycan xalqının hisslərilə oynayanlar üçün sərbəst çıxış var“, – deyə Tahir İmanov bildirib. Teatrın rəhbərinin sözlərinə görə, bir çox prodakşnlar öz layihələrində, seriallarda tənqid edirmiş, amma onlara da qadağa qoyulub: “Bunu açıq şəkildə bildirirəm, onlar məmurların təzyiqlərindən qorxurlar. Əgər susurlarsa, deməli, qorxurlar. Demirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşları telekanallara zəng edərək deyiblər ki, polisləri tənqid eləmək olmaz, nöqtə. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bizim proyektlərə baxmaqdan başqa işi yoxdur. Onlar bizim konsertlərimizi əzbər bilirlər“. Teatrın aktyoru Azər Məmmədzadə bildirib ki, əvvəllər nazirlər onlara sadəcə, zəng eləyirdi, indi isə nazirlərin adından zəng edib hədələyirlər. azadliq.info
Devamını Oku...

Fuad Qəhrəmanlının şikayəti təmin olunmadı

Yazar Unknown 14 Aralık 2015 Pazartesi 0 yorum
Devamını Oku...
Devamını Oku...

Bəxtiyar Vahabzadə

Yazar Unknown 0 yorum
Devamını Oku...

Qənirə Paşayeva Rusiyanı tənqid etdi.

Yazar Unknown 0 yorum
Aərbaycan parlamentinin üzvü , millət vəkili Qənirə Paşayeva gərginləşən Türkiyə Rusiya münasibətlərinə görə, Moskvanı tənqid edib.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, "Türk Ocaqları" Sinop şəhər şöbəsinin dəvəti ilə bu ölkədə olan Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Rusiyanın Türkiyəyə qarşı haqsız davranış göstərdiyini bildirib.
"Qardaşlıq yaxşı gündə də, pis gündə də birlikdə olmaqdır. Türkiyənin güclü olması bizim də güclü olmağımız deməkdir.
Bir-birimizi daha da gücləndirməliyik ki, bu regionda olan haqlarımızı qoruyaq. Bu güc birliyi çox vacibdir. Azərbaycan və Türkiyə bir millət iki dövlət olaraq aramızdakı bu qardaşlıq əlaqələri eyni zamanda digər coğrafiyalarda yaşayan insanlarımız üçün də çox əhəmiyyətlidir.
Məncə, vəziyyəti bu qədər gərginləşdirməyə ehtiyac yoxdur. Yəni Türkiyə də anlamaq lazımdır. Öz sərhədlərinin pozulmasına qarşı cavab verib . Dünyada hər bir dövlətin sərhədlərini qorumaq hüququ var. Bu hal beynəlxalq qaydalarda müəyyən edilmiş bir haldır. Rusiya artıq bu gərginliyi artırmamalıdır. Rusiyada bəzi siyasətçilərin bu məsələ çox şişirdərək, Türkiyə və türk milləti əleyhinə olan ritorikaları, Dağlıq Qarabağı da bu prosesin içinə daxil edərək söylədikləri doğru deyil."
Devamını Oku...
Azer Gasimli"Milli Təhlükəsizliyi siyasi fəaliyyətdən ayıracağıq. Bu sahədə fəaliyyət göstərəcək qurum nazirlik statusu daşımayacaq. Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılacaq. Bu qurumlar birbaşa Prezidentə tabe olacaqlar. Lakin bu qurumlar hökumətlə işgüzar əməkdaşlıq edəcək və Milli Məclis qarşısında hesabat verəcəklər."
Yuxarıda yazılanlar Respublikaçı Alternativ Hərəkatının iki il əvvəl qəbul etdiyi proqram layihəsindən götürülüb. Bu gün isə İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması barədə fərman imzalayıb.
Hakimiyyətin bizim proqramdan yararlanması bizi sevindirməyə bilməz. Əvvəla ona görə ki, biz yazdıqlarımıza inanırıq, çünki onların doğru olduğuna əminik və ölkəmiz üçün bunların yalnız xeyri ola bilər. İkincisi, prezidentin fərmanı REAL-ın Sədri İlqar Məmmədovun və İdarə Heyəti üzvlərinin intellektinin etirafıdır.
Bütün bunlarla yanaşı təhlükəsizlik sahəsində bu fərmandan irəli gələn yeni iş mexanizminin işlək olmayacağından əminəm. Birincisi ona görə ki, ölkədə bütün sahələrdə islahat keçirilməlidir. Yalnız bir sahədə nəyisə dəyişməklə müsbət nəticə əldə etmək mümkün deyil. Bütün sahələrdə eyni vaxtda islahat keçirmək lazımdır. Yeni sistem qurmaq istəyən siyasi qüvvə tam olaraq sistemin özünü dəyişər və hər bir sahəni bu yeni sistemə uyğunlaşdırar. Çünki bütün sahələr bir biri ilə zəncirvari bağlıdır. İkincisi, köhnə başla yeni sistem qurula bilməz. Sistemi dəyişmək istəyən bunu dünəndən edərdi, bu gün konkret sahədə problem yarandığı zaman yox. İslahatları yalnız yeni vizyonu olan, müasir dünya görüşünə malik siyasətçilər, iqtisadçılar, hüquqşünaslar, tarixçilər, yeni menecerlər edə bilər. Hakimiyyətin daxilində mən belə adamları görmürəm.
Ölkəmizdə islahatlar mütləq olacaq. Amma əsl dəyişikliklər bu hakimiyyətin dövründə olmayacaq. Çünki islahat aparmaq üçün bu hakimiyyətin vizyonu, proqramı, kadrları, legitimliyi və ictimai dəstəyi yoxdur.
Devamını Oku...