reklam

Manşet

Qənirə Paşayeva Rusiyanı tənqid etdi.

Yazar Unknown 14 Aralık 2015 Pazartesi 0 yorum
Aərbaycan parlamentinin üzvü , millət vəkili Qənirə Paşayeva gərginləşən Türkiyə Rusiya münasibətlərinə görə, Moskvanı tənqid edib.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, "Türk Ocaqları" Sinop şəhər şöbəsinin dəvəti ilə bu ölkədə olan Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Rusiyanın Türkiyəyə qarşı haqsız davranış göstərdiyini bildirib.
"Qardaşlıq yaxşı gündə də, pis gündə də birlikdə olmaqdır. Türkiyənin güclü olması bizim də güclü olmağımız deməkdir.
Bir-birimizi daha da gücləndirməliyik ki, bu regionda olan haqlarımızı qoruyaq. Bu güc birliyi çox vacibdir. Azərbaycan və Türkiyə bir millət iki dövlət olaraq aramızdakı bu qardaşlıq əlaqələri eyni zamanda digər coğrafiyalarda yaşayan insanlarımız üçün də çox əhəmiyyətlidir.
Məncə, vəziyyəti bu qədər gərginləşdirməyə ehtiyac yoxdur. Yəni Türkiyə də anlamaq lazımdır. Öz sərhədlərinin pozulmasına qarşı cavab verib . Dünyada hər bir dövlətin sərhədlərini qorumaq hüququ var. Bu hal beynəlxalq qaydalarda müəyyən edilmiş bir haldır. Rusiya artıq bu gərginliyi artırmamalıdır. Rusiyada bəzi siyasətçilərin bu məsələ çox şişirdərək, Türkiyə və türk milləti əleyhinə olan ritorikaları, Dağlıq Qarabağı da bu prosesin içinə daxil edərək söylədikləri doğru deyil."

Hiç yorum yok: