reklam

Manşet

Azər Qasımlı.Milli Təhlükəsizliyi siyasi fəaliyyətdən ayıracağıq.

Yazar Unknown 14 Aralık 2015 Pazartesi 0 yorum
Azer Gasimli"Milli Təhlükəsizliyi siyasi fəaliyyətdən ayıracağıq. Bu sahədə fəaliyyət göstərəcək qurum nazirlik statusu daşımayacaq. Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılacaq. Bu qurumlar birbaşa Prezidentə tabe olacaqlar. Lakin bu qurumlar hökumətlə işgüzar əməkdaşlıq edəcək və Milli Məclis qarşısında hesabat verəcəklər."
Yuxarıda yazılanlar Respublikaçı Alternativ Hərəkatının iki il əvvəl qəbul etdiyi proqram layihəsindən götürülüb. Bu gün isə İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması barədə fərman imzalayıb.
Hakimiyyətin bizim proqramdan yararlanması bizi sevindirməyə bilməz. Əvvəla ona görə ki, biz yazdıqlarımıza inanırıq, çünki onların doğru olduğuna əminik və ölkəmiz üçün bunların yalnız xeyri ola bilər. İkincisi, prezidentin fərmanı REAL-ın Sədri İlqar Məmmədovun və İdarə Heyəti üzvlərinin intellektinin etirafıdır.
Bütün bunlarla yanaşı təhlükəsizlik sahəsində bu fərmandan irəli gələn yeni iş mexanizminin işlək olmayacağından əminəm. Birincisi ona görə ki, ölkədə bütün sahələrdə islahat keçirilməlidir. Yalnız bir sahədə nəyisə dəyişməklə müsbət nəticə əldə etmək mümkün deyil. Bütün sahələrdə eyni vaxtda islahat keçirmək lazımdır. Yeni sistem qurmaq istəyən siyasi qüvvə tam olaraq sistemin özünü dəyişər və hər bir sahəni bu yeni sistemə uyğunlaşdırar. Çünki bütün sahələr bir biri ilə zəncirvari bağlıdır. İkincisi, köhnə başla yeni sistem qurula bilməz. Sistemi dəyişmək istəyən bunu dünəndən edərdi, bu gün konkret sahədə problem yarandığı zaman yox. İslahatları yalnız yeni vizyonu olan, müasir dünya görüşünə malik siyasətçilər, iqtisadçılar, hüquqşünaslar, tarixçilər, yeni menecerlər edə bilər. Hakimiyyətin daxilində mən belə adamları görmürəm.
Ölkəmizdə islahatlar mütləq olacaq. Amma əsl dəyişikliklər bu hakimiyyətin dövründə olmayacaq. Çünki islahat aparmaq üçün bu hakimiyyətin vizyonu, proqramı, kadrları, legitimliyi və ictimai dəstəyi yoxdur.

Hiç yorum yok: