reklam

Manşet

Əli Kərimli.4 gün ərzində ölkənin valyuta ehtiyatları daha 255 milyon dollar azaldı.

Yazar Unknown 14 Aralık 2015 Pazartesi 0 yorum
Ali Karimli (Əli Kərimli)Dəhşətdir. Yalnız ötən həftənin 4 günü ərzində ölkənin valyuta ehtiyatları daha 255 milyon dollar azaldı. Neftin qiymətinin bu gün 36 dollara düşməsilə dövlət rezervləri bu həftə bir az da sürətlə əriyəcək. 1 il bundan qabaq perspektiv belə idi ki, hökumətin siyasəti dəyişməyəcəyi təqdirdə, ya valyuta rezervləri xərclənib qurtaracaq, ya da manat ciddi şəkildə qiymətdən düşəcəkdi. Ötən bir ildə iqtisadi böhranın miqyasını dərk etmədilər. Böhrandan çıxmaq üçün ciddi tədbirlər görmədilər. Yalnız müxtəlif cərimələri artırmaq kimi qeyri-ciddi tədbirlərlə bu böhrandan çıxış yoxdur. Təcili və effektli tədbirlər görülməsə (həmin tədbirlərin nələr olması haqqında dəfələrlə yazılıb, yenə də yazacağam), həm dövlət rezervləri xərclənib qurtaracaq, həm də manat sərbəst üzməyi öyrənmədən batacaq...
Ölkəni daha dərin böhrandan xilas etmək üçün lap az vaxt qaldı. Dərhal köklü islahatlar başlanmalıdır!

Hiç yorum yok: