reklam

Manşet

"Nu Poqodi" Azərbaycanda

Yazar Unknown 11 Aralık 2015 Cuma 0 yorum
Devamını Oku...

Elvin Abdullayevin səhhətində problem yaranıb

Yazar Unknown 0 yorum
AXCP Gənclər Komitəsinin üzvü, vicdan məhbusu Elvin Abdullayevin səhhətində problem yaranıb. Buna səbəb Elvinin həbsinin ilk günlərində vəhşicəsinə döyülərək bədəninə xəsarət yetirilməsi olub. Həmin vaxt Elvini karsa salmış və ona işgəncə verilmişdi. İndi isə onun bədənində həmin zərbədən əmələ gələn yırtıq əməliyyat olunmalıdır. Həbsaxanada onu müayinə edən cərrah da bunu təsdiq etmiş, əks təqdirdə daha ciddi fəsadlar verəcəyini bildirmişdir.
Hakimiyyətin cəbhəçi gəncə qisasçı və qəddar mövqeyi, onun əməliyyat olunmasına imkan verilməməsi vicdan məhbusunun ailəsini və bizləri narahat edir. Bu qisasçılığa və özbaşınalığa son qoyulmasını tələb edirik. Elvin kimi intellektli, fədakar gənclərimiz millətimizin gələcəyidir. Millətin gələcəyini məhv etmək istəyənlər tarix qarşısında cavab verməli olacaqlar...
‪#‎Elvinəazadlıq‬
Devamını Oku...
Bu gün səhər saat 10.00 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə prospektində, “İnşaatçılar” metrostansiyasının yaxınlığında polislə bir qrup vətəndaş arasında qarşıdurma yaşanıb. İnsidentə Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi Post Patrul Xidməti əməkdaşlarının yol hərəkəti qaydalarını pozan şəxsləri 18 manat məbləğində cərimə etməsi səbəb olub. Qeyd edək ki, “İnşaatçılar” metrostandsiyasının girişində olan yeraltı keçiddən istifadə etməyən və yolu nəqliyyatın axınının sıx olduğu yerlərdən keçən insanlar PPX əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslər “Kapital Bank”a 18 manat məbləğində cərimə ödəməyə məcbur ediliblər. Bu zaman cəriməni ödəmək istəməyən piyadalarla polislər arasında narazılıq baş verib. Polis əməkdaşları onları saxlamaq və cərimədən yayınmamaq üçün fiziki güc xarakterli-zorla tutub saxlama, dartmaq, itələmək kimi hərəkətlərdən istifadə edib. Bu da piyadaların etirazı ilə qarşılanıb. Həmin vaxt hadisə yerində olduğumuzdan baş verənlərlə bağlı ətraflı məlumat almaq üçün polis əməkdaşlarından həmin ərazidə piyadalar üçün yolu qanunsuz keçməmək barədə xəbərdarlıq nişanının olub-olmadığını soruşduq. Məlum oldu ki, belə bir xəbərdarlıq nişanı yoxdur. Bunun səbəbini soruşduqda isə reyd keçirən Post Patrul Xidmətinin rəisi serjant Salahov Cebhe.info-nun sualına cavab olaraq xəbərdarlıq nişanına ehtiyac olmadığını bildirdi: “2012-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 40-cı maddəsinə edilmiş dəyişikliklərə görə, piyadaların keçidi üçün yerüstü zolaqlı keçid nəzərdə tutulmayıbsa, o halda vətəndaş piyadalar üçün nəzərdə tutulmuş ya yeraltı, ya da yerüstü keçiddən istifadə etməlidir. Piyada buna əməl etmədikdə, biz qanunun 153-cü maddəsinin 1-ci bəndini tətbiq edirik. Ona görə də xəbərdarlıq ediləndə piyada məsuliyyətdən yayınır və növbəti dəfə yenə yol hərəkəti qaydasını pozur. “İnşaatçılar” metrostansiyasının girişində əvvəllər ticarət köşkləri olduğuna görə bu, piyadaların hərəkətinə mane olurdu. İndi isə bu obyektlər yığışdırıldığı üçün piyadalar həmin keçiddən sərbəst şəkildə istifadə edə bilərlər. Ancaq məsuliyyətsizlik edirlər”. Bu zaman saxlanılan piyadalardan biri serjant Salahova “20 Yanvar” metrosunun çıxışında ki, ticarət var, bəs 4-5 gün bundan qabaq məni orada niyə saxlayıb cərimə elədilər?”-deyə etirazını bildirməsi mübahisəyə səbəb oldu. “Bəlkə vətəndaş işləmir və ya aylıq gəliri bu cəriməni ödəməyə imkan vermir. O halda nə edəcəksiniz” sualına cavabında serjant Salahov cərimənin məbləğinin çox olmadığını, sadəcə olaraq, minimum əməkhaqqının iki mislinə bərabər olduğunu dedi. Saxlanılan piyadalara qarşı niyə fiziki güc xarakterli davranışlara yol verilməsinin səbəbini soruşduqda isə digər polis əməkdaşı mənə yaxınlaşaraq oradan uzaqlaşmağı və “işə mane olmamağı” tələb etdi. Serjant Salahov isə bildirdi ki, piyadalar özləri etik normalara sığmayan hərəkətlərə yol verir, polisin qolundan tutub onları kənara çəkir, gah qolunu boynuna salır, bu yolla dilə tutub cərimədən yayınmağa çalışırlar. Sonra isə 30 nəfərə yaxın şəxs PPX maşınları ilə 29-cu polis bölməsinə aparıldı. - See more at:http://cebhe.info/oxu/7344/#sthash.pAYwlYao.D6DeU04d.dpuf
Devamını Oku...

Deyəsən bu ölkədə Sabir həmişə aktual olacaq.

Yazar Unknown 0 yorum
Devamını Oku...

Rəsulzadəni təhqir edən deputatın qardaşı bıçaqlandı

Yazar Unknown 0 yorum
Rəsulzadəni təhqir edən deputatın qardaşı bıçaqlandı – QALMAQAL
O, gənclərin qəzəbinə tuş gəlib.
Məhəmməd Əmin Rəsulzadəni təhqir etməklə gündəmə gələn və Gəncədən yeni seçilmiş deputat Naqif Həmzəyevin adı növbəti qalmaqalda hallanır. Bu dəfə yayılan məlumatda gənc deputatın qardaşının bıçaqlandığı deyilir.
Oxu.Az xəbər verir ki, bu barədə “Yeni Müsavat” yazıb.
Qəzetin məlumatına görə, artıq bu barədə bir neçə gündür ki, bəzi mətbuat orqanlarında yazılar dərc edilir.
“Deputatın qardaşının bıçaqlanması haqda məlumat bu xəbərlər yayılmamışdan bir neçə gün əvvəl redaksiyamıza daxil olmuşdu.
Musavat.com-un əldə etdiyi məlumatda bildirilir ki, deputatın qardaşı Saqif Həmzəyev noyabrın 20-də bıçaqlanıb. Hadisə Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsinin yaxınlığında baş verib.
Deputatın qardaşının bıçaqlanmasının səbəbi qeyd edilən ünvanda avtoxuliqanlıq etməsi olub. Avtoxuliqanlıq edən Saqif Həmzəyev bu hərəkətləri ilə ətrafda yaşayan gənclərin qəzəbinə tuş gəlib. Onlar arasında yaranan mübahisə deputatın qardaşının bıçaqlanması ilə nəticələnib. S.Həmzəyevin bıçaqlanma xəbərinin mətbuata çıxmaması üçün deputat tərəfindən böyük səylər göstərilib.
Hadisənin mətbuata çıxması isə Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsindən bir neçə gün sonraya təsadüf edir. Hazırda deputatın qardaşı müalicə alır. Onun həyati təhlükəsi yoxdur.
Əldə etdiyimiz məlumata görə, iş Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizov tərəfindən araşdırılır.
Hadisə ilə bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizovla əlaqə saxladıq. E.Əzizova hadisə ilə bağlı əlavə məlumat öyrənmək istədiyimizi, deputatın qardaşını bıçaqlayan şəxs və ya şəxslərin tutulub-tutulmamasını öyrənmək istədiyimizi dedik. Müstəntiq isə bildirdi ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin icazəsi olmadan bu haqda heç bir məlumat verə bilməz. Müstəntiq hadisəni təkzib və ya təsdiq etmədi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isəmusavat.com-a açıqlamasında bildirdi ki, bu barədə nazirliyin mətbuat xidmətində heç bir məlumat yoxdur. Ancaq E.Zahidov da hadisəni təkzib etmədi.
Məsələ ilə bağlı qalmaqallı deputat Naqif Həmzəyevin də fikirlərini öyrənməyə çalışdıq. Lakin bir neçə dəfə cəhd etsək də, deputat zənglərimizə cavab vermədi”, - deyə, “Yeni Müsavat” qeyd edir.
Devamını Oku...

Azerbaycanli gənc Amerikada milyoner oldu!!!!

Yazar Unknown 0 yorum
Amerikada təhsil alan və sonradan orada işləyən həmyerlimiz Turalin birgə yaratdigi Namo Media şirkətini Tvitter 50 milyon dollara satın aldı. Ürəkdən təbrik edirik onu. Bu tipli uğurlar öz növbəsində Azərbaycanımızı dünyada tanıdır.
Siz də imkanlar ölkəsi Amerikada yaşayıb zəngin imkanlardan istifadə edə bilərsiniz. Ən asan yolla Amerikada yaşamaq, işləmək və turist kimi gezmek imkanını yaradan proqrama qoşulub bir neçə il Amerika həyatını da təcrübədən keçirə bilərsiniz. Elə indicə vaxt itirmədən bize müraciyet edin ve nöbeti ili Amerikada yashayın.
Tel:012 431-31-67)(077 331-31-67)(070-647-67-67)https://www.facebook.com/profile.php?id=100010806370352&fref=nf
Devamını Oku...

Keçmiş konsul Fuad Qəhrəmanlınin həbsini pislədi.

Yazar Unknown 0 yorum
Azərbaycanın Niderland respublikasındakı keçmiş konsulu Nahid Cəfərov öz facebook səhifəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsindən yazdı,həmin yazını olduğu kimi təqdim edirik.                                                                                                                                                         Nahid JafarovAXC Partiyasının müavini, ədalətsizliyə qarşı mübarizənin ön cəbhələrində yer alan Fuad Qəhrəmanlı həbs olundu. Daha bir düşünülməmiş addım və daha bir səriştəsiz davranış. Hökümətin bu həbslərlə bağlı hesablamadığı, daha doğrusu, qorxudan hesablaya bilmədiyi 3 məsələyə toxunmaq istərdim:
1. Hökümət bu insanları həbs etməklə və onlara işgəncələr verməklə bu insanları mənən sındıra bilməməsi tamam fərqli effekt yaradır. Öz ideyaları uğrunda üzləşdiyi bu qədər əzab əziyyətlərə baxmayaraq mübarizəsindən dönməyən insanları görən xalq bu insanlara və onların ideyalarına daha çox inanmağa başlayır. Əgər siz həbs dalğası ilə narazılığın səviyyəsini müqayisə edə bilsəz, bunu aydın hiss edərsiz. həbslər arta arta narazılıqlar da artır. Bununla yanaşı, siz əmin olun ki, bu gün Xədicə İsmayıl, Leyla Yunus, Tofiq Yaqublu, İlqar Məmmədov, Fuad Qəhrəmanlı və digər onlarla qəhrəmanlar öz mübarizələrinə olan inamları zərrə qədər sarsılsa, onlar dərhal azad olunacaqlar. Lakin, bu insanlar öz ideyalarını azadlıqlarından üstün tuturlar. Onlar üçün xalqın bir gün xoşbəxt yaşamaq ümüdü öz şəxsi azadlıqlarından üstündür. Bu insanlar tarix yazırlar və bu tarixi öz azadlıqları bahasına yazırlar.
2. Həbs olunan insanların yaxınları daha qətiyyət göstərərək insanları daha aktiv mübarizəyə sövq edirlər. Və meydana yeni yeni liderlər və qəhramanlar gəlir. Bu xalqın qəhrəmanları tükənmir və sən həbs etdikcə onları qəhrama çevirirsən və boşalan yerlərə dərhal yeni qəhramanlar peyda olur. Biz bir millət olaraq heç vaxt kimsədən qorxmadıq və bizi qorxutmaq lazım deyil.
3. Bu insanlar müxalifətin öndə gedən simalarıdır. Bu insanlar ölkədə sizin yaradacağınız Suriyanın yaranmasının qarşısını ala bilən yeganə insanlardır. Bu insanları həbs etməklə xalqın nifrəti və hiddəti azalmır, əksinə, çoxalır. Bu nifrət və hiddət çoxala çoxala ölkəni inqilaba aparır.
Papağınızı qoyun qabağınıza (əgər varsa) düşünün. Nəqədər ki, gec deyil, bir nəticə çıxardın.
Devamını Oku...