reklam

Manşet

Elvin Abdullayevin səhhətində problem yaranıb

Yazar Unknown 11 Aralık 2015 Cuma 0 yorum
AXCP Gənclər Komitəsinin üzvü, vicdan məhbusu Elvin Abdullayevin səhhətində problem yaranıb. Buna səbəb Elvinin həbsinin ilk günlərində vəhşicəsinə döyülərək bədəninə xəsarət yetirilməsi olub. Həmin vaxt Elvini karsa salmış və ona işgəncə verilmişdi. İndi isə onun bədənində həmin zərbədən əmələ gələn yırtıq əməliyyat olunmalıdır. Həbsaxanada onu müayinə edən cərrah da bunu təsdiq etmiş, əks təqdirdə daha ciddi fəsadlar verəcəyini bildirmişdir.
Hakimiyyətin cəbhəçi gəncə qisasçı və qəddar mövqeyi, onun əməliyyat olunmasına imkan verilməməsi vicdan məhbusunun ailəsini və bizləri narahat edir. Bu qisasçılığa və özbaşınalığa son qoyulmasını tələb edirik. Elvin kimi intellektli, fədakar gənclərimiz millətimizin gələcəyidir. Millətin gələcəyini məhv etmək istəyənlər tarix qarşısında cavab verməli olacaqlar...
‪#‎Elvinəazadlıq‬

Hiç yorum yok: