reklam

Manşet

Bakıda Yasamalda qarşıdurma - 30 nəfər polis bölməsinə aparıldı

Yazar Unknown 11 Aralık 2015 Cuma 0 yorum
Bu gün səhər saat 10.00 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə prospektində, “İnşaatçılar” metrostansiyasının yaxınlığında polislə bir qrup vətəndaş arasında qarşıdurma yaşanıb. İnsidentə Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi Post Patrul Xidməti əməkdaşlarının yol hərəkəti qaydalarını pozan şəxsləri 18 manat məbləğində cərimə etməsi səbəb olub. Qeyd edək ki, “İnşaatçılar” metrostandsiyasının girişində olan yeraltı keçiddən istifadə etməyən və yolu nəqliyyatın axınının sıx olduğu yerlərdən keçən insanlar PPX əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslər “Kapital Bank”a 18 manat məbləğində cərimə ödəməyə məcbur ediliblər. Bu zaman cəriməni ödəmək istəməyən piyadalarla polislər arasında narazılıq baş verib. Polis əməkdaşları onları saxlamaq və cərimədən yayınmamaq üçün fiziki güc xarakterli-zorla tutub saxlama, dartmaq, itələmək kimi hərəkətlərdən istifadə edib. Bu da piyadaların etirazı ilə qarşılanıb. Həmin vaxt hadisə yerində olduğumuzdan baş verənlərlə bağlı ətraflı məlumat almaq üçün polis əməkdaşlarından həmin ərazidə piyadalar üçün yolu qanunsuz keçməmək barədə xəbərdarlıq nişanının olub-olmadığını soruşduq. Məlum oldu ki, belə bir xəbərdarlıq nişanı yoxdur. Bunun səbəbini soruşduqda isə reyd keçirən Post Patrul Xidmətinin rəisi serjant Salahov Cebhe.info-nun sualına cavab olaraq xəbərdarlıq nişanına ehtiyac olmadığını bildirdi: “2012-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 40-cı maddəsinə edilmiş dəyişikliklərə görə, piyadaların keçidi üçün yerüstü zolaqlı keçid nəzərdə tutulmayıbsa, o halda vətəndaş piyadalar üçün nəzərdə tutulmuş ya yeraltı, ya da yerüstü keçiddən istifadə etməlidir. Piyada buna əməl etmədikdə, biz qanunun 153-cü maddəsinin 1-ci bəndini tətbiq edirik. Ona görə də xəbərdarlıq ediləndə piyada məsuliyyətdən yayınır və növbəti dəfə yenə yol hərəkəti qaydasını pozur. “İnşaatçılar” metrostansiyasının girişində əvvəllər ticarət köşkləri olduğuna görə bu, piyadaların hərəkətinə mane olurdu. İndi isə bu obyektlər yığışdırıldığı üçün piyadalar həmin keçiddən sərbəst şəkildə istifadə edə bilərlər. Ancaq məsuliyyətsizlik edirlər”. Bu zaman saxlanılan piyadalardan biri serjant Salahova “20 Yanvar” metrosunun çıxışında ki, ticarət var, bəs 4-5 gün bundan qabaq məni orada niyə saxlayıb cərimə elədilər?”-deyə etirazını bildirməsi mübahisəyə səbəb oldu. “Bəlkə vətəndaş işləmir və ya aylıq gəliri bu cəriməni ödəməyə imkan vermir. O halda nə edəcəksiniz” sualına cavabında serjant Salahov cərimənin məbləğinin çox olmadığını, sadəcə olaraq, minimum əməkhaqqının iki mislinə bərabər olduğunu dedi. Saxlanılan piyadalara qarşı niyə fiziki güc xarakterli davranışlara yol verilməsinin səbəbini soruşduqda isə digər polis əməkdaşı mənə yaxınlaşaraq oradan uzaqlaşmağı və “işə mane olmamağı” tələb etdi. Serjant Salahov isə bildirdi ki, piyadalar özləri etik normalara sığmayan hərəkətlərə yol verir, polisin qolundan tutub onları kənara çəkir, gah qolunu boynuna salır, bu yolla dilə tutub cərimədən yayınmağa çalışırlar. Sonra isə 30 nəfərə yaxın şəxs PPX maşınları ilə 29-cu polis bölməsinə aparıldı. - See more at:http://cebhe.info/oxu/7344/#sthash.pAYwlYao.D6DeU04d.dpuf

Hiç yorum yok: