reklam

Manşet

Səadət Cahangirdən gözəl bir şer

Yazar Unknown 11 Aralık 2015 Cuma 0 yorum
Bu şeirin tam variantını səhifəmdə paylaşdığım günün sabahı tədbirdə Fuad bəy və Zümrüd xanımla söhbət edirdik. Fuad bəy dedi ki, o şeir çox xoşuna gəlib. Mən də zarafatla cavab verdim ki, "yəqin "Yağmur"dan sonra göyqurşağı gəldiyinə görə..." Xeyli güldük.
Şübhəsiz ki, bu qasırğalı yağmurlardan sonra mütləq rəngbərəng göyqurşağı çıxacaq... Biz əlbət ki, bu yola inanaraq çıxdıq və qalib gələcəyik.
İçində kimsəyə anladılmaz
sisli bir hava,
qəlbin –
qayadan yuvarlanan birinin
qaratikan kollarını
son nəfəsini tutmuş
əlləri kimi acı-acı qanamış,
gözlərinin üfüqlərinə
sərsəri dolaşan buludların
qara leysanı
dolu-dolu yağmış…
Amma yenə
ümidin qanadları açıq,
islanmış kirpiklərini sıx,
qanayan əllərini uzat,
qaralmış nəfəsini dər,
yağmurdan sonra əlbət
göy qurşağı gələr…
Devamını Oku...

Qarışqadan fil, fildən qarışqa düzəltmək...

Dərc olunub  - Müəllif Seymur Baycan
Hisslərini, düşüncələrini, başına gələn, gördüyü, eşitdiyi hadisələri, mənzərələri müxtəlif vasitələrlə, müxtəlif formalarda ifadə edib, zaman adlı qəddar, zaman adlı zalım imtahandan keçirib minlərlə, on minlərlə, yüz minlərlə, milyolarla adama ötürmək əlbəttə ki, hər kəsə müəssər olan iş deyil. Bir əsr, iki əsr, beş əsr, on əsr bundan əvvəl yaşamış adamın hələ də öz hisslərini başqalarına ötürə bilməsinin sirri nədədir?
Zaman adlı qəddar imtahandan keçmiş bir əsəri oxuduğunuz, hansısa klassik bir əsəri dinlədiyiniz zaman bir məsələni əsla və əsla unutmayın; siz həm də çoxdan cismən ölmüş, bədəni çürüyüb torpağa qarışmış bir insanın hissləri ilə tanış olmaqdasınız. O, öz hisslərini sizə ötürməkdədir. O, yoxdur, cismən çoxdan ölüb,amma o özünü hər gün dünyanın ən müxtəlif məkanlarında həm tək-tək, həmdə incəsənət məbədlərində dəstə-dəstə müxtəlif millətlərə mənsub, fərqli dinlərə inanan insanlara xatırladır.
Özü də xoş hisslərlə xatırladır. O, cismən çoxdan ölüb, amma onun əsərləri insanları düşündürür, duyğulandırır, sevdiklərini, itirdiklərini, qazandıqlarını xatırladır, insanın öz həyatını onun özünə başa salır. Bunun adı əbədiyyət deyilsə, bəs nədir? Nə qədər insan əbədiyyətə can atıb. Əllərindəki hakimiyyət, güc, var-dövlət heç nəyə yaramayıb. Asan deyil əbədiyyata qovuşmaq.
Bəs o, bunu necə bacardı? Məhrumiyyətlər içində yaşayan, bəzən yeməyə çörək, geyinməyə paltar tapmayan bu adamlar necə ədəbiyyətə qovuşdular? O, anadan həssas, sənətkar doğulmuşdu, yoxsa həyatında baş verən hadisələr, faciələr, fəlakətlər onu həssaslaşdırdı? Təkcə həssaslıq bəs edirmi, öz hisslərini zaman adlı imtahandan keçirib minlərlə, on minlərlə, yüz minlərlə, milyonlarla insanlara ötürmək? Bəs eləmir? Bəs zəhmətlə qazanılan peşəkarlıq?
Əlbəttə, bir sənətkarın, bir rəssamın, bir yazıçının, bir bəstakarın bioqrafiyasını götürüb, yuxarıdakı suallara birmənalı cavab axtarmaq böyük yanlışlıq olar. Hər kəsin özünə görə bu suallara cavabı var. Birində səthi, birində daha dərin,daha əhatəli. Mənimdə bu suallara özümə görə cavabım var. Düzdür, ovqatdan asılı olaraq, bu cavablar dəyişir. Lakin bu suallara səthi cavab verə biləcəyimi dəqiq bildiyim üçün, onları tirajlamağın heç bir mənası yoxdur. Baqajım bu suallara əhatəli cavab vermək iqtidarında deyil.
Bir dəfə biz dostlarla uzun sürən üzücü bir mübahisəyə girişdik. İki yerə bölünmüşdük. Birinci dəstə deyirdi ki, insan dünyaya sənətkar kimi gəlir. Sonradan baş verən hadisələr onun hisslərini, müşahidə qabiliyyətini itiləşdirir, qazandığı biliklə, çəkdiyi zəhmətlə peşəkarlaşır. Ağlın ürəklə, ürəyin ağılla qovuşması nəticəsində gözəl əsərlər doğulur. Ürəksiz ağıl, ağılsız ürək heç nəyə yaramır.
Onlar deyirdilər ki, biz zəhməti, bilgini inkar etmirik, lakin insanda lap əvvəldə nəsə olmalıdır. Bunsuz insanın sənətkar olması mümkün deyil. Bu dəstə zəhmətlə, biliklə qazanılan peşəkarlığı inkar etməməklə bərabər, insanın dünyaya sənətkar kimi gəlməsini iddia edirdi. Öz iddialarını sübut etmək üçün müxtəlif dövrlərdə yaşamış sənətkarların bioqrafiyalarına istinad edirdilər. Dahilərdən sitatlar gətirirdilər. Onlar sənətkarın həyatının, ümumiyyətlə, sənət dünyasının sakrallaşdırılmasının, ilahiləşdirilməsinin tərəfdarları idilər.
İkinci dəstə isə deyirdi ki, insan dünyaya sənətkar kimi gəlmir. Hansısa bir təsadüfi hadisə onu sənət dünyasına ürcah edir. O, oxuyur, çalışır, bilik qazanır, müşahidə qabiliyyəti artır, həyatında baş vermiş hadisələr onu həssaslaşdırır, başqalarının arzularını, kədərini hiss etməyə başlayır. Müxtəlif vasitələrlə özünün və başqalarının həyatını ifadə etməyi öyrənir, axtarır, tapır, püxtələşir. Beləliklə, adam sənətkar olur.
Onlar deyirdilər ki, sənətkar olmaq hər kəsə müəssər olan bir işdir. Burda heç bir ilahilik, sakrallıq axtarmaq lazım deyil. Biri aşbaz, biri pilot, biri vəkil olur, başqası da tutaq ki, yazıçı, rəssam, bəstəkar. Bu dəstə də öz iddialarını sübut etmək üçün müxtəlif dövrlərdə yaşamış müxtəlif sənət adamlarının bioqrafiyalarına istinadlar edib, filosflardan, sənətşünaslardan sitatlar gətirirdilər.
Yadımdadır, ikinci dəstəyə mənsub olanlardan kimsə bir İrland yazıçısının bioqrafiyasına istinad etdi. Yazıçının adı yadımdan çıxıb, amma adamın danışdığı əhvalat yadımdadır. İrland yazıçısının atası bərk kasıblayır. Evinin bir hissəsini kirayəyə vermək məcburiyyətində qalır. Oranı isə bir aktyor kirayəyə götürür. Gələcəyin yazıçısı onda uşaq imiş. O, başa düşmürmüş ki, evlərinin bir hissəsi müvəqqəti olaraq onlara aid deyil.Tez-tez kirayəşingilə, yəni aktyorun ailəsinə qonaq gedirmiş. Orda isə onu çox sevinclə qarşılayırmışlar.
Bu, həm də uşağın sənət dünyasıyla qarşılaşması deməkdir. Onda sənətə maraq yaranır. Aktyorun evində uşaq özünü daha rahat hiss edirmiş. Beləliklə tale öz işini görür. Uşaq atasının etirazına baxmayaraq günü-gündən sənət dünyasına daha böyük maraq göstərir. Maraq böyüyür, böyüyür, böyüyür, axırda adamı yazıçıya çevirir.
İkinci dəstəyə mənsub adam bu əhvalatı danışıb, birinci dəstəyə aid adamlara sual verdi: “İndi özünüz deyin, bu adamın atası evini kirayəyə verməsəydi və həmin evə məhz aktyor köçməsəydi, bu uşaq necə yazıçı ola bilərdi?”. Birinci dəstədə də xeyli sırtıq adamlar vardı. Onlar da dirəşdilər ki, bu uşaqda əvvəldən nəsə olub. Yoxsa aktyora, sənətə maraq göstərməzdi. Əvvəldən nəsə olub ki, aktyorun evi, həyatı ona maraqlı gəlib. Maraqlı gəlməsəydi, ora bir daha ayaq basmazdı.
Gördük, başqalarının həyatını danışmaqla mübahisəmiz daha da qızışır. Heç kim heç kimə heç nə başa sala bilmir. Qərara gəldik ki, hərə öz bioqrafiyasını danışsın. Görək, hər kəs sənət dünyasıyla necə tanış olub. Onuda qeyd edim ki, mübahisədə iştirak edənlərin hamısı sənətlə məşğul olan adamlar idi. Beləliklə, biz öz cılız və sısqa bioqrafiyalarımızla böyük suallara cavab axtarmağa başladıq. Bəzən kiçik söhbətlər böyük mətləbləri anlamaqda açar rolunu oynayır, amma bu dəfə bu priyom heç nəyə yaramadı. Əvəzində maraqlı nüanslar ortaya çıxdı.

Biri dedi ki, dayısı günlərin bir günü onun əlindən tutub musiqi məktəbinə apardı. Atası həbsxanada yatırmış. Anası da xəstəxanada işləyirmiş. Həm anası, həm də atası sənətdən min ağac uzaq adamlar imişlər. O, məhz dayısının sayəsində sənət dünyasına qədəm basıb. Adamın bütün bioqrafiyasını yazan deyiləm. Qısa yazacam. Sonra bu adam konservatoriyaya, bəstəkarlıq fakültəsinə daxil olub.
Konservatoriyada oxuyanda, həm də öz başını dolandırmaq üçün toylara gedirmiş. Toylarda sintezator çalırmış. Dedik axı, ailə kasıb imiş. Toylarda özünə görə pul qazanırmış. Həm də, yaxşıca yeyib-içirmiş. Günü-gündən kökəlirmiş. Dediyinə görə, hələ toylardan yemək gətirib, başqa kasıb tələbələrə də verirmiş.
Bir gün toy sahibi musiqiçiləri toy bitəndən sonra qonaqların qabağından qalma yeməyi yeməyə dəvət edir. Deyib ki, yemək qalmayıb, olan budu. Gələcəyin bəstəkarı başqasının qabağından qalma yeməyi yeməkdən imtina edir. Toy sahibinin hərəkəti onun qüruruna toxunur. Beləliklə, o, bir daha toylara sintezator çalmağa getmir. Maddi çətinliklərə sinə gərib, ancaq klassik musiqi ilə məşğul olur. Bəstəkar öz əhvalatını danışıb, qurtardı. Onun əhvalatı bizi həm kədərləndirdi, həm də güldürdü.
Sonra bir yazıçı öz əhvalatını danışmağa başladı. Dedi ki, o, orta məktəbdə oxuyanda heç inşa yaza bilmirmiş. Ondan-bundan köçürürmüş. Bir qoca, qədimdən qalma ədəbiyyat müəlliməsi varmış. Bu ədəbiyyat müəlliməsi gələcəyin yazıçısından əl çəkmirmiş. Gələcəyin yazıçısı dərsi yola vermək üçün gedib arxa sırada otururmuş, müəllimə imkan vermirmiş, onu qaldırıb ön sıraya gətirdirmiş.
Elə hey ona deyirmiş ki, sən başqalarının tayı deyilsən, sən fərqlisən. Yazıçı dedi ki, bilmirdim, ədəbiyyat müəlliməsi məndən nə istəyir. Nə bilim, bəlkə o vaxt nəsə hiss edirmiş, qocaman müəllimə kimi bu inşa yaza bilməyən uşaqda nəsə görürmüş. Bu adamın da bioqrafiyasını tam yazan deyiləm.
Sonra bir rəssam öz əhvalatını danışmağa başladı. Dedi ki, onda əvvəldən rəsm çəkməyə həvəs varmış. Kimya, fizika, riyaziyyat dərsində də rəsm çəkirmiş. Buna görə onu neçə dəfə danlayıblar, sinifdən çıxarıblar, hətta zoğal çubuğu ilə əllərinə döyüblər. Balaca rəssamın evdə də əli dinc durmurmuş. Tualetin divarına, darvazanın, su çəninin üstünə rəsmlər çəkirmiş.
Beləcə, mübahisədə iştirak edənlərin hər biri növbə ilə öz əhvalatlarını danışdılar. Kim yalan danışdı, kim doğru danışdı, bu, başqa məsələ. Ən maraqlısı bu oldu ki, bu cılız və sısqa bioqrafiyalar danışılandan sonra bir neçə adam dəstələr arasında yerdəyişmə etdi. Birinci dəstədən ikinci dəstəyə, ikinci dəstədən birinciyə keçənlər oldu. Məlum oldu ki, bizim “insan sənətkar kimi doğulur, yoxsa sonradan sənətkar olur” mövzusunda apardığımız mübahisədə tutduğumuz mövqe qəti mövqe deyil. Bu mübahisədə hər zaman yerimizi dəyişə bilərik. Araya pərtlik çökdü.
Beləliklə, biz insanın anadan sənətkar kimi doğulduğunu, yoxsa sonradan sənətkar olduğunu heç cürə müəyyən edə bilmədik. Möhkəm yorulmuşduq. Əldən düşmüşdük. Daha mübahisəni davam etdirməyə bizdə bir qram da güc qalmamışdı.
Yuxarıda bir neçə dəfə bioqrafiya sözünü işlətdik.
Milan Kundera əsərlərindən birində yazır: “Bioqrafiya həyatımızda mühüm hesab etdiyimiz hadisələrin zənciridir. Lakin nə mühümdür, nə mühüm deyil? Biz özümüz bunu bilə bilmədiyimizdən başqalarının, deyək ki, bizi işə götürənin mühüm hesab etdiklərini mühüm hesab edirik, onun tərtib etdiyi anketdə onun mühüm hesab etdiklərinə cavab yazırıq. Anadan olduğumuz tarix, valideynlərimizin məşğuliyyəti, təhsilimiz, əvvəlki işimiz və yaşadığımız ünvan, toyumuz, boşanmağımız, uşaqların anadan olması... Dəhşətlidir, lakin bu, belədir. Biz öz şəxsi həyatımızı rəsmi və polis anketlərindən görməyə öyrəşmişik.”
Sənətkarlar başqalarının mühüm hesab etdikləri, anketdən gələn suallara deyil, özlərinin mühüm hesab etdikləri suallara cavab axtarırlar. Onlar başqalarının tələb etdiyi bioqrafiyanı deyil, özlərinin bioqrafiyalarını yazırlar.
Məsələn, götürək yazıçıları. Ədəbiyyatın qiyməti yalnız mövzuların dəbdəbəli və yüksək olması ilə seçilmir. Yazıçı öz zövqünə görə həyatında baş vermiş hadisələrdən bəzilərini kənara tullayır, başqalarını saxlayır. Kiçik hadisələri o, böyüdə bilər, böyüyü isə kiçildə bilər. Yazıçı ön cərgədə olan hadisələri azacıq da olsun, tərəddüd etmədən geriyə, arxa cərgədə olanları isə irəliyə çəkə bilər.
Əsl yazıçı qarışqadan fil, həmçinin çox asanlıqla fildən qarışqa düzəltməyi bacarmalıdır. Başqalarının mühüm hesab etdikləri suallara deyil, özünün mühüm hesab etdiyi suallara cavab vermək azadlığın bir növüdür və öz həyatını anketlərdən görməyə öyrəşmiş adamların qıcığına, həsədinə, hətta deyərdim ki, paxıllığına səbəb olur.
Elə həmin yuxarıda adını çəkmədiyimiz əsərdə bu barədə gözəl bir söhbət var. Pol adlı bir vəkil Heminqueyin əsərini oxuyur və müəllif haqqında qəzəblə bu sözləri deyir: “Ah, necə yalançıdır. Necə aldadır. Necə də meqalomandır. Necə impotentdir. Necə sadistdir. Necə erotmandır. Necə qadınlara nifrət edir”. Müəllif, Milan Kundera isə Pol adlı vəkilin Heminquey haqqında belə qəzəblə danışmasına çox tutarlı cavab verir: “Əgər siz vəkil olaraq, qatili müdafiə etməyə hazırsınızsa, onda nəyə görə öz kitablarından savayı heç bir günahı olmayan müəllifin üzərinə düşürsünüz?
Etiraf edək ki, əla söhbətdir. Əlbəttə, bu söhbətdə bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir...
Devamını Oku...
ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı 2004-2013-cü illərdə Azərbaycandan xaricə qeyri - qanuni yollarla 95 milyard çıxarıldığı barədə məlumat yayıb. 
Hakimiyyət üçün yaxşı məlumat olmadığının fərqindəyik. Ancaq bu məlumatı yaxşıca tirajlamaq fikrimiz var. Qoy Azərbaycan xalqı bilsin ki, bu gün düçar edildiyi sosial-iqtisadi fəlakətin əsl səbəbkarı mövcud oğru, korrupsioner rejimdir. Həm də onu bilsin ki, bu həqiqətləri yazdığı, dilə gətirdiyi üçün neçə insanımız siyasi məhbus həyatı yaşamaqdadır. Elə son günlər məhz yazılarına görə həbs edildiyi etiraf olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da həmin məhbuslardan biridir.
Fuad bəyin həbsdən qabaq sonuncu statusuna baxın: "Gəlin hamılıqla hökumətdən tələb edək ki,"Günəşli" platformasında həlak olanların aylıq əmək haqları müavinət şəklində ailələrinə verilsin. Heç olmasa, bundan sonra ailələri səfil, möhtac durumda başqalarına möhtac qalmasın.
Hamılıqla bu təşəbbüsü dəstəkləsək, hökumət ictimai rəyi nəzərə almalı olacaq"
Görünür, hakimiyyəti Fuad bəyin yazıları çox narahat edib. Axı, hakimiyyət düşünür ki, onun əməllərini ifşa edənləri, onun haqqında yazanları həbs etməklə cəmiyyəti susdura bilər. Sübut etməliyik ki, belə deyil, necə ki, indiyə qədər sübut etmişik. Bundan sonra rejimin oğru, korrupsioner, antixalq mahiyyətini ifşa etmək üçün daha çox yazmalıyıq. Hakimiyyət qarşısında çoxlu sayda Fuadlar görməlidir, hamı bir ağızdan mən də Fuadam deməlidir.
Razılaşırsınızmı, dostlar? Daha çox yazmaqla, daha çox ifşa etməklə, sayımızın daha çox olduğunu göstərməklə həbslərin bizi qorxutmadığını sübut edəkmi?.
Devamını Oku...
Devamını Oku...
Ali Karimli (Əli Kərimli)Bu yazını ilk növbədə ölkəmizdə demokratik dəyişiklər uğrunda mübarizə aparanlar və belə dəyişikliklərin qarşısını almağa çalışan rejim tərəfdarlarının oxuması üçün yazıram. Hərçənd ki, “siyasətə qarışmayanların” da oxumasına heç bir etirazım yoxdur.
Beləliklə, son bir ayda daha 3 qeyri-demokratik (hərbi xunta və ya avtoritar liderin idarə etdiyi) ölkədə - Myanmar, Burkino-Faso və Venesuelada demokratik seçkilər keçirildi. Suriya və Liviyada yaşanan ciddi problemlərə baxmayaraq, qlobal demokratikləşmə prosesi bütün dünya boyunca irəliləməkdə davam edir.
“Venesuela bizdən çox uzaqdadır” deyib, əlinizi yelləməyin. İnanın ki, bu ölkədə müxalifətin böyük fərqlə avtoritar sistemə qalib gəldiyi parlament seçkilərindən bizim ölkənin demokratik qüvvələri üçün də, rejim üçün də ciddi mesajlar var.
Venesuela da neftlə zəngin ölkədir. 33 milyon əhalisi olan bu ölkədə təqribən bizdən dörd dəfə artıq (sutkada 2.8 - 2.4 milyon barrel) neft çıxarılır. Son 17 ildə bu ölkə də Uqo Çaves və varisi Nikolas Maduro tərəfindən avtoritar üsulla idarə edilirdi. Venesuelada sülalə hakimiyyəti deyildi. Orada hakimiyyətdə olanlar korrupsioner də deyildilər, əksinə xalqın zəhmətkeş təbəqələrinə xeyli yaxın idilər, öz aləmlərində sosializm qururdular. Bizim ölçülərlə baxanda, Venesuelada heç seçkilər də saxtalaşdırılmırdı. İnzibati resursdan istifadə olunurdu, amma kifayət qədər açıq seçki kampaniyası keçirilirdi, səsvermənin nəticəsi saxtalaşdırılmırdı.
Lakin Venesuela da avtoritar üsulla idarə olunurdu. Müxalifət, mətbuat təzyiq altında idi. Ötən illərdə 13 qəzet bağlanmışdı, 100-dən artıq jurnalist təzyiqə məruz qalmışdı. Ölkədə 100-dən artıq siyasi məhbus var idi. Hökumətin iqtisadi siyasəti və cinayətkarlıqla mübarizə siyasəti xüsusilə yarıtmaz idi. Bizimkilər kimi, iqtisadiyyatı daha çox neft çıxarıb, satmaq şəklində təsəvvür edirdilər. Üstəlik, anti-ABŞ mövqeyi üzündən, qazandıqlarını silah almağa verirdilər. Rusiya və Çinə arxalanırdılar. Dünyadakı bütün avtoritar rejimlərlə həmrəylik nümayiş etdirirdilər.
Ötən ilin yanvarından Venesuelada demokratik dəyişikliklər uğrunda mübarizənin son və həlledici mərhələsi başlanmışdı. Nümayiş və digər etirazlar təkcə paytaxt Karakasda deyil, bütün ölkə ərazisində keçirilirdi. Fevral ayından başlayaraq mitinq və nümayişlər zorakılıqla müşayiət olunurdu. Hər mitinqdə ölən və yaralananlar olurdu. Həm də ölən və yaralananlar yalnız nümayişçilər deyildi. Bir çox hallarda nümayişçilər də zorakılığa zorla cavab verirdilər. Nümayişçilər şəhərin müxtəlif küçələrində barrikadalar qurub, polisə müqavimət göstərirdilər.
Təkcə 2014-cü ilin 1-ci yarısında keçirilən nümayişlər zamanı toqquşmaların nəticəsində 42 nəfər ölmüş, 835 nəfər yaralanmış və 3 min nəfərdən artıq insan həbs edilmişdi. Hökumətin nəzarətində olan yarımhərbi, qeyri-leqal birliklər tez-tez dinc nümayişçilərə silahla hücum edirdi. Polis nümayişçilərə qarşı nəinki təzyiqli su, rezin güllələr kimi xüsusi vasitələrdən istifadə edirdi, hətta atəş də açırdı. Nümayişlərə qarşı Milli Qvardiya və ordunun da qüvvələri səfərbər olunmuşdu. Lakin hökumət nümayişləri dayandıra bilmirdi. Müxalifət düşərgəsində də hüquq mühafizə qüvvələrinin atəşinə atəşlə cavab verənlər tapılırdı və nəticədə polis də, hətta hərbçilər də itki verirdi. Hökumət küçə qarşıdurmalarının məsuliyyətini müxalifətin üzərinə qoymağa çalışırdı. Müxalifətin tanınmış liderlərindən biri Leopaldo Lopes ötən il həbs olunaraq, 13 il müddətinə azadlıqdan məhrum edildi. Lakin nə müxalifət liderinin həbsi, nə də nümayişçilərə qarşı silah tətbiqi etiraz aksiyalarını dayandırmaq iqtidarında oldu.
Əsəbi zəif olanlar bu statistikanı oxumasın smile duyğusu Təkcə 2014-cü il ərzində Venesuelada 9.286 etiraz aksiyası keçirilmişdi ki, onun da 6.369-u nümayişlər olmuşdu.
Hətta 42 nəfərin ölümündən sonra da nümayişlərin davam etməsi, artan beynəlxalq təzyiqlər və neftin qiymətinin düşməsi nəticəsində kəskinləşən sosial-iqtisadi problemlər hakimiyyəti sarsıtmışdı. Nəhayət, aylarla davam edən intensiv qarşıdurmadan sonra qonşu dövlətlərin vasitəçiliyi ilə iqtidar-müxalifət dialoqu başlandı. Əlbəttə, dialoq bütün problemləri həll etmədi, lakin bu dialoqdan sonra iqtidar da, müxalifət də üzərinə zorakılıqdan imtina etmək öhdəliyi götürdü. Nümayişlər və həbslər davam etsə də, ölüm hallarının qarşısı alındı. Hökumət 100 nəfərdən artıq polis və ordu zabitinə qarşı zor və işgəncə tətbiq etmək ittihamı ilə cinayət işi başlatdı. Ölkədə siyasi mübarizə tədricən sivil müstəviyə qayıtdı. Nəticə də göz qabağındadır. Ötən bazar günü keçirilən parlament seçkilərdə müxalifət parlaq qələbə qazandı. Parlamentdə 167 yerin 107-ni müxalifət, 55-ni isə prezident tərəfdarları götürdü. Prezident Maduro seçkilərin nəticəsini tanıdı. O, hələlik hakimiyyətini saxlayır. Amma aydındır ki, onun da hakimiyyəti yaxın vaxtlarda başa çatacaq. Müxalifət ilk iş olaraq amnistiya haqqında qanunu qəbul etməyə hazılaşır ki, həbsdəki əqidədaşlarını azad etsin. Beləliklə, avtoritarizm daha bir ölkədə süqut edir.
Vensuela haqda daha 2 məqamı vurğulamaqla yazını başa çatdırıram. Əvvəla Venesuela beynəlxalq aləmdə Rusiyanın əsas müttəfiqlərindən idi. Rusiyanın hərbi-siyasi, Çinin iqtisadi dəstəyinə çox arxalanırdı. Neft satışından əldə etdiyi pulun xeyli hissəsini Rusiyadan silah almağa xərcləyirdi. 10 milyard dollarlıq silah almışdı Rusiyadan. 2012-2015-ci illər ərzində 3.2 milyardlıq silah almaqla, Rusiyadan ən çox silah alan 2-ci dövlət (Hindistandan sonra) olmuşdu. Rusiya şirkətləri Venesuelanın neft sənəyesində də imtiyazlı mövqeyə malik idilər. Təkcə bu ilin əvvəlində imzalanmış müqavilələrlə Rusiya şirkətlərinin Venesuela neft sənayesinə 14 milyard dollar investisiya qoyacağı planlaşdırılırdı. Alınmadı. Rusiya ciddi silah bazarını, çox faydalı neft tərəfdaşını və siyasi müttəfiqini itirdi. Son illərdə Çin də Venesuela hökumətini ayaqda saxlamaq üçün bu ölkəyə 46 milyard dollar kredir vermişdi, onun da xeyri olmadı, Venesuela xalqı çətin mübarizə ilə azadlığı seçdi.
Vurğulamaq istədiyim ikinci məqam isə Venesuela hakimiyyətinin də Azərbaycandakı rejimlə eyni leksikonda danışmasıdır. Prezident Maduro müxalifəti xalqın cəmi bir faizi olan (hansı ki, səslərin üçdə ikisini aldılar) satqınlar adlandırırdı, onları xaricdən pul almaqda, mitinqlərə pul müqabilində çıxmaqda ittiham edirdi. Ölkəsində baş verənləri Ukraynada baş verənlərlə müqayisə edənlərə isə deyirdi ki, Ukraynada baş verənlər heç vaxt bizdə baş verə bilməz, bizim öz tarixi yolumuz var, bizdə hökumət və xalq birdir və s. Qalanını özünüz bilirsiniz, burada da tez-tez eşidirsiniz...
Əziz həmvətənlər, belə bir sonluğun bütün avtoritar rejimlər üçün olacağına qətiyyən şübhə etməyin, sadəcə yorulmadan çalışmaq, əzmlə mübarizə aparmaq lazımdır.
Devamını Oku...
Devamını Oku...
Студент на семинаре в "Вышке" спросил у Григория Явлинского, почему он критикует внешнюю политику России, ведь "наша страна поссорилась с миром не по своей инициативе". И почему не критикует внешнюю политику США, которые "навязывают всему миру свой образ жизни". Вот что ответил Явлинский:
«Задача руководства России – несмотря на то, чья бы это ни была инициатива, ни с кем не ссориться. Политика – это создание друзей, а не создание врагов. Не умеешь не ссориться – значит уходи. Нам не выгодно ссориться. Для того, чтобы вести себя как сверхдержава – надо ею быть. Давайте сделаем экономику сверхдержавы и потом будем учить, как жить Сирии, Ливии, кому угодно.
Американцы пусть сами разбираются. У США 22% мирового ВВП, у России – 1%. А вместе с Европой у США 43% мирового ВВП. Когда драться идешь в соседний двор, ты ж как-то смеряй: сколько их, сколько тебя, какой ты, какие они, что у них в руках, что у тебя в карманах. И по дороге ты передумаешь! Это же простая жизненная логика, а здесь ответственность несут за огромную страну.
А мы думаем "русский с китайцем - братья навек!". Да китайцы нас в упор не видят. У них своя повестка дня. Они проводят в зимних условиях маневры. Спрашивается – зачем?
Политика вступила в конфликт с экономикой, и она её угробит. Нам нужно 20 лет создавать мощнейшую экономику. Тогда у нас будет армия, службы безопасности, тогда у нас будут границы, тогда у нас будет всё. А если не будет экономики, тогда у нас не будет ничего!»
Devamını Oku...