reklam

Manşet

Gözəl Bayramlı.YAP iqtidarı 9 ildə ölkədən 95 milyard dollar pul çıxartmışdır

Yazar Unknown 11 Aralık 2015 Cuma 0 yorum
ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı 2004-2013-cü illərdə Azərbaycandan xaricə qeyri - qanuni yollarla 95 milyard çıxarıldığı barədə məlumat yayıb. 
Hakimiyyət üçün yaxşı məlumat olmadığının fərqindəyik. Ancaq bu məlumatı yaxşıca tirajlamaq fikrimiz var. Qoy Azərbaycan xalqı bilsin ki, bu gün düçar edildiyi sosial-iqtisadi fəlakətin əsl səbəbkarı mövcud oğru, korrupsioner rejimdir. Həm də onu bilsin ki, bu həqiqətləri yazdığı, dilə gətirdiyi üçün neçə insanımız siyasi məhbus həyatı yaşamaqdadır. Elə son günlər məhz yazılarına görə həbs edildiyi etiraf olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da həmin məhbuslardan biridir.
Fuad bəyin həbsdən qabaq sonuncu statusuna baxın: "Gəlin hamılıqla hökumətdən tələb edək ki,"Günəşli" platformasında həlak olanların aylıq əmək haqları müavinət şəklində ailələrinə verilsin. Heç olmasa, bundan sonra ailələri səfil, möhtac durumda başqalarına möhtac qalmasın.
Hamılıqla bu təşəbbüsü dəstəkləsək, hökumət ictimai rəyi nəzərə almalı olacaq"
Görünür, hakimiyyəti Fuad bəyin yazıları çox narahat edib. Axı, hakimiyyət düşünür ki, onun əməllərini ifşa edənləri, onun haqqında yazanları həbs etməklə cəmiyyəti susdura bilər. Sübut etməliyik ki, belə deyil, necə ki, indiyə qədər sübut etmişik. Bundan sonra rejimin oğru, korrupsioner, antixalq mahiyyətini ifşa etmək üçün daha çox yazmalıyıq. Hakimiyyət qarşısında çoxlu sayda Fuadlar görməlidir, hamı bir ağızdan mən də Fuadam deməlidir.
Razılaşırsınızmı, dostlar? Daha çox yazmaqla, daha çox ifşa etməklə, sayımızın daha çox olduğunu göstərməklə həbslərin bizi qorxutmadığını sübut edəkmi?.

Hiç yorum yok: