Manşet
Natiq Ədilov.Milli Şura bəyan edir ki, F.Qəhrəmanlının həbsi ölkədəki siyasi repressiyanın davamıdır
Milli Şuranın bəyanatından: "F.Qəhrəmanlının məhz yazılarına görə cinayət məsuliyyətinə cəlb olunduğu rəsmən də təsdiqlənir və bu, onun vicdan məhbusu olduğunun bəri başdan etiraf edilməsidir. Milli Şura F.Qəhrəmanlını vicdan məhbusu hesab edir və onun azadlığa buraxılmasını tələb edir.
Milli Şura bəyan edir ki, F.Qəhrəmanlının həbsi ölkədəki siyasi repressiyanın davamıdır və AXCP-yə, Milli Şuraya, bütövlükdə demokratik qüvvələrə növbəti dəfə zərbə vurmaq cəhdidir. Bu həbs hakimiyyətin AXCP-yə, özünün siyasi müxalifətinə düşmən münasibətinin daha bir bariz nümunəsidir. Hakimiyyət indiyədək AXCP-nin yüzlərlə fəalını həbsxanalardan keçirib. Hazırda da F.Qəhrəmanlının həbsi ilə partiyanın 4 nəfəri Rəyasət Heyətinin üzvü olmaqla 10 nəfər funksioneri həbsdədir.
Milli Şura hakimiyyəti ölkədə və beynəlxalq aləmdə baş verən proseslərdən düzgün nəticə çıxarmağa, siyasi müxalifətə qarşı düşmənçilikdən əl çəkməyə, növbəti dövlət çevrilişi şousu ilə xalqın başını qatmamağa çağırır. Milli Şura xəbərdar edir ki, istər kəskinləşən sosial-iqtisadi vəziyyət, istərsə də beynəlxalq münasibətlər baxımından ölkənin düşə biləcəyi təlatümlərdən yalnız və yalnız vətəndaş sülhü, cəmiyyətlə etimadlı münasibətlərin yaranması, demokratik islahatlara başlanması sayəsində qaçmaq olar və bunun məsuliyyəti birbaşa hakimiyyətin üzərinə düşür. İndiki siyasətin davam etdirilməsi, təəssüf ki, ölkəmizə və xalqımıza yalnız qaranlıq perspektivlər vəd edir və hakimiyyət anlamalıdır ki, belə bir perspektiv onun özünün də daha acınacaqlı süqutu demək olar.
Milli Şura bir daha siyasi müxalifətə və fəal vətəndaşlara qarşı repressiyanı dayandırmağı, F.Qəhrəmanlını, eləcə də həbsdəki digər siyasi məhbusları yubanmadan azad etməyi, F.Qəhrəmanlıya irəli sürülən ittihamlara xitam verməyi tələb edir.

“Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qədər xurafat uçurumlarında yuvarlanıb gedir. Bir otaqdan digər otağa girəcək olsa “damdabaca”lar ilə qorxudulur. Başı açıq dışarı çıxacaq olsa göydən başına adamcıl qurd dərisi düşər. Qaranlıq bir yerə getsə cinlər, divlər ilə təhdid edilir. Hasili-ənva (cürbəcür deməkdir - Z.H.) mövhumat ilə zavallının mənəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorxunckölgələri bir dürlü başından çıxarmaz olur. Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq - yalançılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorxaqlıq kimi bir para rəzil, murdar əxlaqsızlardan ibarətdir. Binəva çocuq sabahdan axşama qədər küçədə, bacada, toz-torpaq içində yaşar, qoşar, nəhayət bir yeri səqətlənir, yaxud ordan-burdan dürlü-dürlü misri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” – deyir.
İndi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq, uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii heç...”
(Hüseyn Cavid, "Həsbi-hal" məqaləsi, "Həqiqət" qəzeti, 1910-cu il, may)
Səhiyyə naziri-həkimdir,
Nəqliyyat naziri-astronavtdır,
Milli təhlükəsizlik naziri - müharibə veteranıdır,
Gənclərlə iş üzrə nazir - 45-dən aşağıdır yaşı,
Kənd təsərrüfatı naziri - keçmiş fermerdir,
Fövqaladə hallar naziri - keçmiş xilasedicidir,
İnnovasiyalar və iqtisadi inkişaf naziri - iqtisadi analitikdir,
Maliyyə naziri - uğurlu biznesmendir,
Ədliyyə naziri - keçmiş baş prokurordur,
İdman naziri - faktiki karyerasını davam etdirən paralimpiyaçıdır
Balıq təsərrüfatı naziri - eskimosdur (balıqçılıqda mahir olan şimal xalqı),
Elm naziri - elmlər doktorudur,
Miqrasiya siyasəti naziri - qaçqınların işi ilə bağlı peşəkar mütəxəssisdir.

Hamısı öz sahələri üzrə peşəkardırlar və demək olar yarısı qadındır.