reklam

Manşet

Natiq Ədilov.Milli Şura bəyan edir ki, F.Qəhrəmanlının həbsi ölkədəki siyasi repressiyanın davamıdır

Yazar Unknown 10 Aralık 2015 Perşembe 0 yorum
Milli Şuranın bəyanatından: "F.Qəhrəmanlının məhz yazılarına görə cinayət məsuliyyətinə cəlb olunduğu rəsmən də təsdiqlənir və bu, onun vicdan məhbusu olduğunun bəri başdan etiraf edilməsidir. Milli Şura F.Qəhrəmanlını vicdan məhbusu hesab edir və onun azadlığa buraxılmasını tələb edir.
Milli Şura bəyan edir ki, F.Qəhrəmanlının həbsi ölkədəki siyasi repressiyanın davamıdır və AXCP-yə, Milli Şuraya, bütövlükdə demokratik qüvvələrə növbəti dəfə zərbə vurmaq cəhdidir. Bu həbs hakimiyyətin AXCP-yə, özünün siyasi müxalifətinə düşmən münasibətinin daha bir bariz nümunəsidir. Hakimiyyət indiyədək AXCP-nin yüzlərlə fəalını həbsxanalardan keçirib. Hazırda da F.Qəhrəmanlının həbsi ilə partiyanın 4 nəfəri Rəyasət Heyətinin üzvü olmaqla 10 nəfər funksioneri həbsdədir.
Milli Şura hakimiyyəti ölkədə və beynəlxalq aləmdə baş verən proseslərdən düzgün nəticə çıxarmağa, siyasi müxalifətə qarşı düşmənçilikdən əl çəkməyə, növbəti dövlət çevrilişi şousu ilə xalqın başını qatmamağa çağırır. Milli Şura xəbərdar edir ki, istər kəskinləşən sosial-iqtisadi vəziyyət, istərsə də beynəlxalq münasibətlər baxımından ölkənin düşə biləcəyi təlatümlərdən yalnız və yalnız vətəndaş sülhü, cəmiyyətlə etimadlı münasibətlərin yaranması, demokratik islahatlara başlanması sayəsində qaçmaq olar və bunun məsuliyyəti birbaşa hakimiyyətin üzərinə düşür. İndiki siyasətin davam etdirilməsi, təəssüf ki, ölkəmizə və xalqımıza yalnız qaranlıq perspektivlər vəd edir və hakimiyyət anlamalıdır ki, belə bir perspektiv onun özünün də daha acınacaqlı süqutu demək olar.
Milli Şura bir daha siyasi müxalifətə və fəal vətəndaşlara qarşı repressiyanı dayandırmağı, F.Qəhrəmanlını, eləcə də həbsdəki digər siyasi məhbusları yubanmadan azad etməyi, F.Qəhrəmanlıya irəli sürülən ittihamlara xitam verməyi tələb edir.

Hiç yorum yok: