reklam

Manşet

Zamin Hacı.Klassiklərimiz uşaq tərbiyəsi haqda. Mükəmməldir!

Yazar Unknown 9 Aralık 2015 Çarşamba 0 yorum
Zamin Vəzir Hacı“Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qədər xurafat uçurumlarında yuvarlanıb gedir. Bir otaqdan digər otağa girəcək olsa “damdabaca”lar ilə qorxudulur. Başı açıq dışarı çıxacaq olsa göydən başına adamcıl qurd dərisi düşər. Qaranlıq bir yerə getsə cinlər, divlər ilə təhdid edilir. Hasili-ənva (cürbəcür deməkdir - Z.H.) mövhumat ilə zavallının mənəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorxunckölgələri bir dürlü başından çıxarmaz olur. Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq - yalançılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorxaqlıq kimi bir para rəzil, murdar əxlaqsızlardan ibarətdir. Binəva çocuq sabahdan axşama qədər küçədə, bacada, toz-torpaq içində yaşar, qoşar, nəhayət bir yeri səqətlənir, yaxud ordan-burdan dürlü-dürlü misri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” – deyir.
İndi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq, uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii heç...”
(Hüseyn Cavid, "Həsbi-hal" məqaləsi, "Həqiqət" qəzeti, 1910-cu il, may)

Hiç yorum yok: