reklam

Manşet

Eldəniz Quliyev.FUAD QƏHRƏMANLININ ADINDAN YAZILAN STATUS

Yazar Unknown 9 Aralık 2015 Çarşamba 0 yorum
Eldaniz QuliyevMütərəqqi düşüncəli hər bir insan həyatda üç müqəddəs anlama qarşı müxalifətdə ola bilməz - Allah, Xalq və Dövlətçilik. 
Sən ateist ola bilərsən, dinsiz-imansız yaşaya bilərsən, - amma Allaha-Təalaya müxalif ola bilməzsən. Sən öz doğma xalqının mental dəyərlərini, mili-mənəvi keyfiyyətlərini qəbul etməyə, bəyənməyə bilərsən, - amma ona müxalif ola bilməzsən. Sən Dövləti təmsil eləyən hökumətin siyasəti ilə razılaşmaya bilərsən, idarəçilik metodlarını, məmurlarını tənqid edə bilərsən, - amma Dövlətçiliyə müxalif ola bilməzsən. Dövlətçilik əbədi, hakimiyyət müvəqqətidir!
Biz, əbədi və müqəddəs saydığımız Dövlət müstəqilliyimizi Allahın izni, Xalqımızın iradəsi və öz halalca qanımız bahasına qazanmışıq!.. Bunu unutmaqmı olar?!
Devamını Oku...

Gürcü xəngəli bükən aparat icad edildi.

Yazar Unknown 0 yorum
Devamını Oku...

Leyla Yunus azadlığa çıxdı.9.12.2015

Yazar Unknown 0 yorum
Devamını Oku...
Ali Karimli (Əli Kərimli)Milli tariximizin çox maraqlı dövründə yaşayırıq. Xeyirlə şərin arasında ciddi mübarizə gedir. Demokratik düşərgə də, millətimiz də ağır itkilər verir, ciddi sınaqlara çəkilir. Amma yaxşı ki, həyatımız yalnız ağır sınaqlardan və itkilərdən ibarət deyil. Bizləri sevindirən xoş məqamlar, uğurlarımız da var.
Bir neçə gündür ki, millət olaraq, cinayətkarcasına səhlənkarlığın qurbanı olmuş neftçilərimizin həlak olmasının hüznünü yaşayırıq. Dünən isə hamımız üstəlik AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının şərlənərək həbs olunmasına üzülmüşdük. Bu gün iki böyük uğur sevindirdi bizi. Son günlərin ağır xəbərlərindən sonra bir az təsəlli oldu hamıya.
Bir ildən artıq qanunsuz həbsdə saxlandıqdan sonra həyatına ciddi təhlükə yaranmış Leyla xanım Yunus nəhayət, azadlığa çıxdı. Ümid edirəm ki, indi ciddi müalicə imkanı olacaq və həyatına yaranmış təhlükəni adlada biləcək. Leyla xanımı azadlıqda salamlayıram və bütün siyasi məhbuslarımıza azadlıq arzulayıram.
İkinci xoş xəbər isə Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə bağlıdır. ABŞ-da yerləşən Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi görkəmli Azərbaycan tarixçisi və Milli Şuranın rəhbəri Cəmil Həsənlini 2015-ci il İon Ratiu Demokratiya Mükafatının qalibi elan edib. Milli Şuranın sədri, professor Cəmil Həsənlini bu münasibətlə ürəkdən təbrik edirəm. Hörmətli Cəmil müəllimə Azərbaycanda azadlıq və ədalətin bərqərar edilməsi, insan hüquq və azadlıqlarının təmin olunması uğrunda apardığı mübarizədə uğurlar arzulayıram!
Devamını Oku...

Zamin Hacı.Yuxuda ölənlərin xoşbəxtliyi

Yazar Unknown 8 Aralık 2015 Salı 0 yorum
Zamin Vəzir Hacı“Günəşli” neft yatağında yanğın neçə ailələrimizin günəşini söndürdü. Biz bu kədərli əhvalatın, faciənin xəbərlərini ilk dəfə xarici agentliklərdən aldıq. Camaat “Röyter”i izləyirdi. Azərbaycanlı jurnalistlər isə (içi mən qarışıq) öz acizliklərini boyunlarına alaraq sosial şəbəkələrdə elan verirdilər: “Hadisədən xəbəri olan varsa bizə bildirsin”. Halbuki, tərsinə olmalı idi. Camaat jurnalistlərdən informasiya almalıydı. 

Sovet vaxtı da belə olub. İnsanlar öz ölkələrində baş verənləri “Amerikanın səsi”, “Azadlıq”, “BBC” radiolarına gizli qulaq asmaqla öyrənirdilər. İndi də belə ölkələr var. Misal üçün, Şimali Koreya, İran. Azərbaycanda da informasiya məkanı artıq bu kökdədir. Açıq cəmiyyət gedib işinin dalıyca, indi biz yetərincə qapalı cəmiyyətin sakinləriyik. Anons edə bilərəm ki, bir azdan burada mənim də yazılarımı oxuya bilməyəcəksiniz. Bəlkə heç “bura” deyə bir yer də qalmadı. 

İndi 30 adam bir gündə həlak olub deyə matəm elan elədilər, yoxsa neft sənayemizin hər il azı 15-20 qurbanı vardı. Bir növ, atəşkəs qurbanları kimi, gərək kimsə bunların da monitorinqini aparıb adbaad siyahı tərtib edəydi. Belə getsə bunu da Almaniyada yaşayan bloqqer Həbib Müntəzirdən xahiş eləməli olacağıq. Ölkə daxilində monitorinq aparanları tutub zindana salırlar. Guya mətbuat boğulanda özüldə yanğın da sönür. Belə fikirləşirlər. Çünki şəffaflığın düşmənidirlər. Çünki şəffaflıq olsa, media inkişaf etsə qəzetçinin özünün də qayığı, helikopteri olar və gedib görər ki, əslində özüldə xilasetmə işləri çox bərbad aparılıb. Media inkişaf eləsə, özüllərdə təhlükəsizlik, əmək qaydalarına necə riayət edilməsi vaxtaşırı diqqət mərkəzinə gələr. İndiki halda isə, dərə xəlvət, tülkü bəy. Cücələr də islanıb boğulur, tülkülərə yem olur. 

Nardaran hadisəsindən sonra Mətbuat Şurasının sədri, təzəcə deputat mandatı ənamı da almış Amaşovun bir açıqlaması vardı, deyirdi media özünü yaxşı apardı. Bunu belə anlamaq lazım idi: “Artıq hamını susdura bilmişik, istənilən işi görmək olar”. Halbuki, Nardaranda da medianın qətli aydın görünmüşdü. Günlər keçib, ancaq cəmiyyət hələ də orda nə olduğunu düzgün bilmir. Neçə nəfər ölüb, neçəsi tutulub, ölənlər hardadır və sairə - bütün suallar açıq qalır. Əməliyyatların primitiv fotosu, videosu belə ortada yoxdur. Amaşov bunu tərifləyirsə, o zaman “ən yaxşı jurnalist ölü jurnalistdir” şüarını MŞ-nin qaranlıq dəhlizindən asa bilər. Təbriklər. Çüçxe rejiminiz qutlu olsun. “Tıtçi masee, podji marara!” (Şimali koreyalıların dilində təxminən “baxma, qulaq asma” deməkdir). 

Qapalı, totalitar dövlət quruculuğu yolunda iri addımlarla irəliləyərkən hər özüldə 30-40 adam ölsə bundan narahat olmaq lazım deyil. Bilməyəndən sonra narahat olmursan. Necə ki, vaxtilə sovet adamları Çernobılda nə olduğunu uzun müddət bilmədilər. Hətta bilgisizlik üzündən xeyli insanı fəlakət zonasına basıb işlətdilər, nəticədə bütün SSRİ məkanında “Çernobıl əlilləri” deyə bir sinif yarandı. Elə bu cür xəbərsizliyə görə indinin özündə bir çox sovet adamları həmin bərbad dövlətin xiffətini çəkirlər. Deyirlər o vaxt yaxşı idi, fəlakət, ölüm-itim olmurdu. Daha bu adamlara necə izah edəsən ki, indikindən qat-qat artıq fəlakət və faciələr olurdu, sadəcə, bir küçənin camaatı o biri küçədəki faciədən xəbərsiz qalırdı. İnsanlar “filankəs yuxuda öldü, necə xoşbəxtdir” deyirsə, onlardan açıq, oyaq cəmiyyət istəmək anormaldır. 

“Günəşli” faciəsinə görə yaradılan dövlət komissiyasına baş nazir Artur müəllim Rasi-zadə sədrlik edirmiş. Bu, uca millətimizin onun soyadını düzgün yazmağı öyrənməsindən keçən qısa müddətdə baş nazirin ilk işidir. Bəlkə də heç Artur müəllim özü də bilmir necə məsul vəzifə daşıyır. “Alabala” Abid deyilənə görə Çində azarlayıb, vətənə gələ bilmir, yoxsa onu komissiyaya sədr qoyub əylənərdik. Bəxtimiz gətirsə bəlkə ağlamsınardı. 

Bəs “bu da külək idi, əsdi” deyən necə, hələ olmayıb?
Devamını Oku...
Devamını Oku...
Gültəkin HacıbəyliDünəndən bəri sosial şəbəkələrdə Salyan rayon icra hakimiyyəti başçısı Tahir Kərimovun bu şəkli paylaşılır. Bu, tipik Azərbaycan icra hakimiyyəti başçısının ümumiləşdirilmiş obrazıdır. 5-10 faiz istisna olmaqla, yerdə qalanlar elə təxminən bu səviyyədədir və ya daha betərdir. Sanki icra başçısı təyin etmək üçün tender keçirirlər, ən səviyyəsiz, küt, savadsız, mədəniyyətsiz, qabiliyyətsiz kimdirsə, tapıb vəzifəyə təyin edirlər. Yeganə məqsədi büdcəni, kənd rayonlarında isə xüsusilə təhsilin büdcəsini talamaq, sahibkarların anasını ağlatmaq, insanları kölə əsarətində saxlamaq olan bu təbəqədən başqa heç bir qabiliyyət tələb olunmur. Odur ki, Tahir müəllimə çox sataşmayın, ümumi standartlara tam uyğundur və uzun illərdir ki, etimadı doğruldur)))))))))))))))
Devamını Oku...