reklam

Manşet

Əli Kərimli.Milli tariximizin çox maraqlı dövründə yaşayırıq.

Yazar Unknown 9 Aralık 2015 Çarşamba 0 yorum
Ali Karimli (Əli Kərimli)Milli tariximizin çox maraqlı dövründə yaşayırıq. Xeyirlə şərin arasında ciddi mübarizə gedir. Demokratik düşərgə də, millətimiz də ağır itkilər verir, ciddi sınaqlara çəkilir. Amma yaxşı ki, həyatımız yalnız ağır sınaqlardan və itkilərdən ibarət deyil. Bizləri sevindirən xoş məqamlar, uğurlarımız da var.
Bir neçə gündür ki, millət olaraq, cinayətkarcasına səhlənkarlığın qurbanı olmuş neftçilərimizin həlak olmasının hüznünü yaşayırıq. Dünən isə hamımız üstəlik AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının şərlənərək həbs olunmasına üzülmüşdük. Bu gün iki böyük uğur sevindirdi bizi. Son günlərin ağır xəbərlərindən sonra bir az təsəlli oldu hamıya.
Bir ildən artıq qanunsuz həbsdə saxlandıqdan sonra həyatına ciddi təhlükə yaranmış Leyla xanım Yunus nəhayət, azadlığa çıxdı. Ümid edirəm ki, indi ciddi müalicə imkanı olacaq və həyatına yaranmış təhlükəni adlada biləcək. Leyla xanımı azadlıqda salamlayıram və bütün siyasi məhbuslarımıza azadlıq arzulayıram.
İkinci xoş xəbər isə Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə bağlıdır. ABŞ-da yerləşən Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzi görkəmli Azərbaycan tarixçisi və Milli Şuranın rəhbəri Cəmil Həsənlini 2015-ci il İon Ratiu Demokratiya Mükafatının qalibi elan edib. Milli Şuranın sədri, professor Cəmil Həsənlini bu münasibətlə ürəkdən təbrik edirəm. Hörmətli Cəmil müəllimə Azərbaycanda azadlıq və ədalətin bərqərar edilməsi, insan hüquq və azadlıqlarının təmin olunması uğrunda apardığı mübarizədə uğurlar arzulayıram!

Hiç yorum yok: