Manşet
ALLAH RƏHMƏT ELƏSIN !
1. Qasımov İman Şura o. 01.12.1967/
2 .Qasımov Mübariz Dilqəm o. 21.01.1958/
3 .Quliyev Fəxrəddin Xancan o. 05.01.1957/
4 .Riaxanov Edik Rivazin o. 15.01.1983/
5 .Babazadə Tural Fətəli o. 01.09.1993/
6 .Quliyev Əzizağa Nöhbala o. 16.09.1953/
7 .Rəsulov Elşad Balaoğlan o. 24.03.1971/
8 .Qasımov Bayram Mirzəağa o. 20.03.1978/
9 .Abdullayev Adil Ələkbər o. 19,02,1953/
10. Tağıyev Fuad Tahir oğlu 23.02.1981/
11. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954/
12 .Şirəliyev İzzət Qəmbər o. 10.05.1973/
13m Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978/
14. Niyazov Seyfəddin Abil o. 09.02.1968/
15. Babayev Mikayıl İsmayıl o. 06.11.1963/
16. İskəndərov İnqilab Osman o. 29.11.1957/
17. Mahmudov Ağa İzzət o. 24.03.1968/
18 .Mayborda Oleq Akimoviç 21.11.1971/
19. Mayılov Samir Cahangir o. 07.03.1984/
20 .Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962/
21. İbrahimov Xalid Bəşir o. 12.08.1971/
22 .Həsənov Zaur Vahid o. 24.12.1975/
23. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967/
24 .Hüseynov Bəhlul Sirac o. 25.11.1969/
25 .İsgəndərov Habil Tağı o. 05.03.1965/
26m Səmədov Xoşbəxt Xanış o. 6.09.1981/
27 .Həsənov Ramiz Nüsrəddin o. 02.08.1965/
28 .Xəlilov Zaur Arif o. 15.09.1975/
29 .Sahmarov Sahib Güloğlan o. 02.08.1973/
30 .Əliyev Əyyub Xəlil o. 22.07.1973/
2 .Qasımov Mübariz Dilqəm o. 21.01.1958/
3 .Quliyev Fəxrəddin Xancan o. 05.01.1957/
4 .Riaxanov Edik Rivazin o. 15.01.1983/
5 .Babazadə Tural Fətəli o. 01.09.1993/
6 .Quliyev Əzizağa Nöhbala o. 16.09.1953/
7 .Rəsulov Elşad Balaoğlan o. 24.03.1971/
8 .Qasımov Bayram Mirzəağa o. 20.03.1978/
9 .Abdullayev Adil Ələkbər o. 19,02,1953/
10. Tağıyev Fuad Tahir oğlu 23.02.1981/
11. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954/
12 .Şirəliyev İzzət Qəmbər o. 10.05.1973/
13m Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978/
14. Niyazov Seyfəddin Abil o. 09.02.1968/
15. Babayev Mikayıl İsmayıl o. 06.11.1963/
16. İskəndərov İnqilab Osman o. 29.11.1957/
17. Mahmudov Ağa İzzət o. 24.03.1968/
18 .Mayborda Oleq Akimoviç 21.11.1971/
19. Mayılov Samir Cahangir o. 07.03.1984/
20 .Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962/
21. İbrahimov Xalid Bəşir o. 12.08.1971/
22 .Həsənov Zaur Vahid o. 24.12.1975/
23. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967/
24 .Hüseynov Bəhlul Sirac o. 25.11.1969/
25 .İsgəndərov Habil Tağı o. 05.03.1965/
26m Səmədov Xoşbəxt Xanış o. 6.09.1981/
27 .Həsənov Ramiz Nüsrəddin o. 02.08.1965/
28 .Xəlilov Zaur Arif o. 15.09.1975/
29 .Sahmarov Sahib Güloğlan o. 02.08.1973/
30 .Əliyev Əyyub Xəlil o. 22.07.1973/
Bilinmir ki, bu, Fövqaladə Hallar Nazirliyidir, yoxsa Mətbuat Nazirliyi. Aydın deyil ki, bunların vəzifəsi real qəza və bədbəxt hadisələrdən insanları xilas etməkdir, yoxsa nazirliyin mətbuatda piarını təşkil etmək. Əlbəttə ki, neft platformasındakı bədbəxt hadisənin səbəbi güclü küləkdir. Amma dənizdə neft çıxarıb satmaqla pul qazanan ölkə üçün belə qəzalar gözlənilməz olmalı deyil axı. Neft sənayesində əvvəllər də çoxsaylı qəzalar olub axı. Niyə dövlət içində dövlət olan FHN hazır olmayıb belə qəzaya?
Yanğın başlayandan təqribən yarım gün keçmiş paylaşılan fotolarda yanğının söndürülməsinə hələ də başlanılmadığı aydın görünürdü. Yalnız bir sutkaya yaxın vaxt keçdikdən sonra yanğının bir neçə gəmi tərəfindən söndürülməsinə cəhd edildiyi görüntüləndi. Məhz belə situasiyalarda işləmək üçün 11 gəmi almısınız axı. Niyə o gəmiləri səfərbər etmək bu qədər uzun vaxt aldı? Nardaranı utanmaz-utanmaz dənizdən də gəmilərlə çox operativ qaydada blokadaya almış hökumətin xilasedici gəmiləri yanğın yerinə niyə belə gec gəldi?
Niyə ARDNŞ hesab edir ki, onun işi yalnız neft çıxarıb onu şirkət rəhbərliyinin qohumları vasitəsilə satmaqdan, işçilərin boğazlarından kəsilmiş pullarla bahalı ofislər almaqdan və digər iri korrupsiya layihələrini maliyyələşdirməkdən ibarətdir?
Biz indi hansı zamanda yaşayırıq? Fırtına, əsəcək küləyin sürəti xeyli əvvəldən metereologiya xidməti tərəfindən deyilir axı. Niyə əvvəlcədən tədbir görülməmişdi?
Biz indi hansı zamanda yaşayırıq? Fırtına, əsəcək küləyin sürəti xeyli əvvəldən metereologiya xidməti tərəfindən deyilir axı. Niyə əvvəlcədən tədbir görülməmişdi?
Məgər dənizdə güclü küləyin olması, bu güclü küləyin yanğına səbəb olma ehtimalı çoxmu gözlənilməzdir? Axı bundan əvvəl də müxtəlif qaz yatağında, neft quyusunda çoxsaylı qəzalar olub. ARDNŞ hər il orta hesabla 20 nəfərə yaxın işçisini müxtəlif qəza və bədbəxt hadisələrdə itirirsə, niyə güclü təhlükəsizlik tədbirləri görülmür? Niyə əməyin təhlükəsizliyi təmin olunmur? İşçilər "hidrokostyum" və xilasedici jiletlərlə niyə təmin edilməyib?
Niyə bütün dövlət orqanları baş verən faciə ilə bağlı əhalini məlumatlandırmaq əvəzinə, yalan məlumatlar yaydı? Anlamaq çətindirmi ki, onsuz da bu qədər insan təlafatını gizlətmək mümkün olmayacaq? Etdiyiniz saxtakarlığa, söylədiyiniz yalanlara görə heç utandınızmı?
Bina uçur, binanın sakinləri günlərlə dağıntılar altında qalıb əzab çəkərək məhv olur, onları xilas edən tapılmır. Bina yanır, söndürə bilmirsiz, insanlar evlərində yanır, tüstüdən boğulub ölür, xilas edən tapılmır. Dənizdə platformada yanğın çıxır, yenə də insanları xilas edə bilmirsiniz. Buna görəmi özünüzü regionun “lider” dövləti adlandırırsınız?
Aydın məsələdir ki, İlham Əliyevin yaratdığı dövlət komissiyası bu suallara cavab verməyəcək. Səhlənkarlığa yol vermiş, vəzifəsinin öhdəsindən gələ bilməmiş heç bir böyük vəzifə sahibi cəzalandırılmayacaq. Çünki hazırkı dövlət mexanizmi xalqa, konkret insana xidmət niyyətilə deyil, xalqın sərvətlərini talamaq, özünü isə susdurmaq məqsədilə qurulub. Çünki bu hökuməti xalq seçməyib. Bunlar özlərini xalq qarşısında məsul bilmirlər. Əgər xalqın qeydinə qalan, onu qoruyan, mənafeyini hər şeydən üstün tutan bir hakimiyyət istəyiriksə, onu özümüz qurmalıyıq. Hökumətləri xalqa tabe edən, xalq qarşısında məsuliyyətli edən əsas mexanizm isə demokratik seçkilərdir. Bu ölkədə demokratiyanı bərqərar edənə qədər heç birimiz cinayətkarcasına səhlənkarlığın, cəzasızlığın, dövlət orqanlarında yuva salmış cinayətkarlığın qurbanı olmaqdan və qanımızın batırılmasından sığortalanmamışıq.
Allah həlak olan neftçilərə rəhmət etsin, ailələrinə səbr versin, millətimizə də kömək olsun ki, nəhayət, bu ölkədə söz sahibi ola bilsin.
Allah həlak olan neftçilərə rəhmət etsin, ailələrinə səbr versin, millətimizə də kömək olsun ki, nəhayət, bu ölkədə söz sahibi ola bilsin.
Bu neft bizə xoşbəxtlik gətirmədi, dərd gətirdi, bədbəxtlik gətirdi, çörək vermədi, əvəzində zəhər oldu, qaldı boğazımızda. Bu xalqın neftinin pulu ilə harınlamış, dağdan düşüb "Mercedes"ə minən, iki ilin içində "general" olan çobanlar milyonçuya çevrildilər, xalqı bəyənmədilər, ələ saldılar, aşağıladılar. Bu xalqın qazına erməni kilsələri, erməni keşişləri qızındı, ancaq bu millət yolunda canından keçmiş şəhidin balası, anası qızına bilmədi. Bir tikə çörək üçün hər ayın 15 gününü cəhənnəm zülmündə işləyən, əlinin qabarı, alnının təri ilə sizə milyonlar, milyardlar qazandıran, əvəzində qəpik-quruş alan o bədbəxtllərin günahı nə idi, ay vicdansızlar?! Onların əyninə bütün dünyada neft hasilatında çalışan neftçilərin geyindiyi hidravlik kostyumlar, xilasedici jiletlər almaq, normal xilasetmə əməliyyatları təşkil etmək, bu sahədə normal kadr yetişdirmək əvəzinə həmin pulları məşuqələrinizə hər il bir maşın almağa xərcləməsəydiniz bu bədbəxtlər də xilas olardı, balaları, anaları da gözüyaşlı qalmazdı. Bu faciədə insan tələfatı əsasən rezin qayıq çırıldığı üçün olub. Normal, keyfiyyətli, dəyəri çox ucuz olan bir rezin qayıq almaqla 30 nəfərin həyatını xilas etmək olardı axı! Sizin harınlığınızdan, məsuliyyətsizliyinizdən öz evində 15 nəfərin diri-diri yanması dərs olmadımı sizlərə?! Bu ölkənin üstünə benzin töküb diri-diri yandırdığınızın fərqindəsinizmi?! Sizi, heç kim olduğunuz halda bu qədər yüksəltmiş millətə niyə nifrət edirsiniz axı?!