reklam

Manşet

Gültəkin Hacıbəyli.Bu neft bizə xoşbəxtlik gətirmədi

Yazar Unknown 6 Aralık 2015 Pazar 0 yorum
Gültəkin HacıbəyliBu neft bizə xoşbəxtlik gətirmədi, dərd gətirdi, bədbəxtlik gətirdi, çörək vermədi, əvəzində zəhər oldu, qaldı boğazımızda. Bu xalqın neftinin pulu ilə harınlamış, dağdan düşüb "Mercedes"ə minən, iki ilin içində "general" olan çobanlar milyonçuya çevrildilər, xalqı bəyənmədilər, ələ saldılar, aşağıladılar. Bu xalqın qazına erməni kilsələri, erməni keşişləri qızındı, ancaq bu millət yolunda canından keçmiş şəhidin balası, anası qızına bilmədi. Bir tikə çörək üçün hər ayın 15 gününü cəhənnəm zülmündə işləyən, əlinin qabarı, alnının təri ilə sizə milyonlar, milyardlar qazandıran, əvəzində qəpik-quruş alan o bədbəxtllərin günahı nə idi, ay vicdansızlar?! Onların əyninə bütün dünyada neft hasilatında çalışan neftçilərin geyindiyi hidravlik kostyumlar, xilasedici jiletlər almaq, normal xilasetmə əməliyyatları təşkil etmək, bu sahədə normal kadr yetişdirmək əvəzinə həmin pulları məşuqələrinizə hər il bir maşın almağa xərcləməsəydiniz bu bədbəxtlər də xilas olardı, balaları, anaları da gözüyaşlı qalmazdı. Bu faciədə insan tələfatı əsasən rezin qayıq çırıldığı üçün olub. Normal, keyfiyyətli, dəyəri çox ucuz olan bir rezin qayıq almaqla 30 nəfərin həyatını xilas etmək olardı axı! Sizin harınlığınızdan, məsuliyyətsizliyinizdən öz evində 15 nəfərin diri-diri yanması dərs olmadımı sizlərə?! Bu ölkənin üstünə benzin töküb diri-diri yandırdığınızın fərqindəsinizmi?! Sizi, heç kim olduğunuz halda bu qədər yüksəltmiş millətə niyə nifrət edirsiniz axı?!

Hiç yorum yok: