Manşet
Hər şey yalan və aldatmaq üçündür. Təliminizə o qədər də xərc tökmüsünüz, nəticə hanı? Niyə "Günəşlidə"ki insanları xilas edə bilmədiniz?
Bu faktlar və şəkillər Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə noyabrın 24-də keçirilən təlimdəndir. "Təlimə 752 nəfər şəxsi heyət, o cümlədən Fövqəladə Hallar Nazirliyindən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, "BP" şirkətindən 20 nəfər cəlb edilib.
O cümlədən, təlim-məşqdə 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, ümumilikdə 73 ədəd avtomobil texnikası, Fövqəladə Hallar Nazirliyinə məxsus 4 ədəd helikopter və 1 ədəd "BE 200 ÇS" amfibiya təyyarəsi, 7-si Fövqəladə Hallar Nazirliyinə, 2-si Müdafiə Nazirliyinə, 2-si isə Dövlət Sərhəd Xidmətinə məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u Fövqəladə Hallar Nazirliyinə, 2-si Daxili İşlər Nazirliyinə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunub.
Təlimin planına uyğun olaraq, birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları yerinə yetirilib"
O cümlədən, təlim-məşqdə 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, ümumilikdə 73 ədəd avtomobil texnikası, Fövqəladə Hallar Nazirliyinə məxsus 4 ədəd helikopter və 1 ədəd "BE 200 ÇS" amfibiya təyyarəsi, 7-si Fövqəladə Hallar Nazirliyinə, 2-si Müdafiə Nazirliyinə, 2-si isə Dövlət Sərhəd Xidmətinə məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u Fövqəladə Hallar Nazirliyinə, 2-si Daxili İşlər Nazirliyinə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunub.
Təlimin planına uyğun olaraq, birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları yerinə yetirilib"
Dostlar! Bir neçə gündür Vasşinqtondayam. İşlərim çox olduğundan ölkədə gedən prosesləri ardıcıl izləyə bilmirəm. Amma bir sıra məsələləri diqqətdə saxlamağa çalışıram. Bunlardan ən mühümü Nardaranda baş verən hadisələrdir. Milli Şura olaraq bu məsələyə münasibətimiz ortadadır. Hadisələr baş verəndən sonra ilkin məlumatlar əsasında noyabrın 26-da bu kənddə insan itkisi ilə nəticələnmiş hadisələrə münasibət bildirmişdik. Hökumət və ona xidmət edən mətbuat, saytlar, adlarını politoloq qoyan “xidmətkeş zümrə” bizim açıqlamamızdan rəncidə olub az qalla Milli Şuranı Nardaran olaylarının təşkilatçısı kimi qələmə versinlər. Bundan ancaq təəssüf hissi keçirmək olar. Balaca bir kənddə keçirilən əməliyyat zamanı ikisi polis işçisi olmaqla 7 nəfər Azərbaycan vətəndaşı həyatını itirib. İlk növbədə onu qeyd etmək lazımdır ki, 7 nəfərin həyatı hesabına başa gələn bu əməliyyatı keçirməyə zərurət var idimi? Əgər söhbət “Müsəlman Birliyi” hərakatının başçısı Hacı Tale Bağırzadə və hərəkatın fəallarının həbs edilməsindən gedirdisə, bu 7 nəfərin həyatını qoruyub saxlamaqla da həmin həbsləri həyata keçirmək olardı. Əgər bu adamlar hüquq mühafizə orqanlarının dəvəti əsasında polis idarəsinə, MTN-ə deyilən vaxtda gəlirdilərsə ibadət vaxtı Nardaranda silah tətbiq etməklə, güc nümayiş etdirməklə əməliyyat keçirməyə nə ehtiyac var idi. Sual olunur: kim namaz vaxtı, ibadət vaxtı cibinə qumbara qoyub Allaha səcdə edir, alnını möhürə qoyur? Bizim üçün qiymətli olan vətəndaşlarımızın həyatıdır: istər polis işçisi olsun, istər mülki şəxs. Bir şey aydındır ki, bu hadisələrdə şübhəli bilinən şəxsləri qansız-qadasız saxlamağın çoxlu mümkün yolları var idi. Tez-tez guya Nardaranda konstitusiya quruluşunun devrilməsi, islam dövləti yaradılması, şəriət qaydalarının tətbiq edilməsi təhlükəsindən danışırlar. Tarixdə hələ belə bir nümunə olmayıb ki, bir kənd ölkənin konstitusiya quruluşunu təhdid etsin, onun dövlət quruluşu üçün təhlükə törətmiş olsun. Hadisələrin belə qorxunc təqdimatı Daxili İşlər Nazirliyinin müvafiq strukturlarının insan ölümü ilə nəticələnən əməliyyatına bəraət qazandırmaq cəhdidir. Göründüyü kimi noyabrın ayın 26-da guya radikal islamçı qrupun zərərsizləşdirilməsi məqsədilə bu əməliyyat tutarlı səbəb olmadan ictimai yerdə həddindən artıq güc nümayiş etdirilməsi ilə həyata keçirilib. Halbuki, Nardaran kəndinin mühasirəyə alınması, kəndə verilən elektrik enerjisinin, qazın kəsilməsi təzyiq subyektinin hər-hansı bir radikal qrup deyil, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, kəndin bütün əhalisinin olduğunu ortaya qoymuşdur. Bu yalnız mənəvi baxımdan deyil, qanunun tələbləri baxımdan da yolverilməzdir. Qanunsuz əməllərdə şübhəli bilinən şəxslərin saxlanılması lokal yollarla, fərdi qaydada itkisiz həyata keçirilə bilərdi və buna polis orqanlarının imkanı var idi, əməliyyatı itkisiz həyata keçirmək onların bilavasitə vəzifə borcu idi. Təəssüf ki, bu imkandan istifadə edilmədi. Təsdiqini tapmamış şübhələr Azərbaycan vətəndaşlarına güc tətbiqi üçün əsas ola bilməz. Bu məsələlərdə Milli Şuranı günahlandırmaqdansa, kiçik bir kənddə aparılan əməliyyat zamanı 7 nəfər Azərbaycan vətəndaşının ölümünün, bir həftə boyu uşaqdan böyüyə qədər bütün yaşayış məntəqəsinin işıqsız, qazsız, susuz mühasirədə saxlanmasının, hadisə zamanı həyatını itirmiş vətəndaşların cəsədlərinin günlərlə yaxınlarına verilməməsinin izahatını vermək daha məqsədəuyğun olardı.
Qazaxıstanda da iqtisadi böhran var, ancaq vəziyyət bizdəkindən çox yaxşıdır. Böhranın ilk simptomları görünən kimi ölkə prezidenti Nursultan Nazarbayev həyəcan təbili çaldı, ölkəni xilas etmək üçün antiböhran tədbirləri həyata keçirilməyə başladı. Bu tədbirlərdən ən önəmlisi Qazaxıstanın Dünya Tİcarət Təşkilatına qoşulması oldu. Bu addım Qazaxıstan iqtisadiyatının xilasında həlledici rol oynayacaq. DTT-na qoşulmaq monopoliyanın aradan qaldırılması, gömrük, vergi, bank, sığorta sisteminin şəffaflığının təmin edilməsi, xidmət sektorunun inkişafına xidmət edir. Azərbaycanın düşdüyü çox ağır iqtisadi böhrandan qurtulması üçün bu addımlar bizə hava-su kimi lazımdır. Əks halda, bizi iflas gözləyir. Ancaq hakimiyyət iqtisadiyyatın iflası, əhalinin dilənçi halına düşməsini belə göz önünə alıb monopoliyalardan, rüşvətdən, korrupsiyadan və qeyri-şəffaf idarəetmədən bir addım belə geri çəkilmək niyyətində deyil. Misal üçün deyim ki, DTT-na üzv olan "acından ölən" Ermənistanda və Gürcüstanda mal və qoyun ətinin kilosu 4-5 manatdır. Nəticəni özünüz çıxarın.