reklam

Manşet

Gültəkin Hacıbəyli.Qazaxıstanda da iqtisadi böhran var, ancaq vəziyyət bizdəkindən çox yaxşıdır.

Yazar Unknown 4 Aralık 2015 Cuma 0 yorum
Gültəkin HacıbəyliQazaxıstanda da iqtisadi böhran var, ancaq vəziyyət bizdəkindən çox yaxşıdır. Böhranın ilk simptomları görünən kimi ölkə prezidenti Nursultan Nazarbayev həyəcan təbili çaldı, ölkəni xilas etmək üçün antiböhran tədbirləri həyata keçirilməyə başladı. Bu tədbirlərdən ən önəmlisi Qazaxıstanın Dünya Tİcarət Təşkilatına qoşulması oldu. Bu addım Qazaxıstan iqtisadiyatının xilasında həlledici rol oynayacaq. DTT-na qoşulmaq monopoliyanın aradan qaldırılması, gömrük, vergi, bank, sığorta sisteminin şəffaflığının təmin edilməsi, xidmət sektorunun inkişafına xidmət edir. Azərbaycanın düşdüyü çox ağır iqtisadi böhrandan qurtulması üçün bu addımlar bizə hava-su kimi lazımdır. Əks halda, bizi iflas gözləyir. Ancaq hakimiyyət iqtisadiyyatın iflası, əhalinin dilənçi halına düşməsini belə göz önünə alıb monopoliyalardan, rüşvətdən, korrupsiyadan və qeyri-şəffaf idarəetmədən bir addım belə geri çəkilmək niyyətində deyil. Misal üçün deyim ki, DTT-na üzv olan "acından ölən" Ermənistanda və Gürcüstanda mal və qoyun ətinin kilosu 4-5 manatdır. Nəticəni özünüz çıxarın.

Hiç yorum yok: