reklam

Manşet

Səadət Cahangir.Hər şey yalan və aldatmaq üçündür.

Yazar Unknown 5 Aralık 2015 Cumartesi 0 yorum
Saadet CahangirHər şey yalan və aldatmaq üçündür. Təliminizə o qədər də xərc tökmüsünüz, nəticə hanı? Niyə "Günəşlidə"ki insanları xilas edə bilmədiniz?
Bu faktlar və şəkillər Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə noyabrın 24-də keçirilən təlimdəndir. "Təlimə 752 nəfər şəxsi heyət, o cümlədən Fövqəladə Hallar Nazirliyindən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, "BP" şirkətindən 20 nəfər cəlb edilib.
O cümlədən, təlim-məşqdə 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, ümumilikdə 73 ədəd avtomobil texnikası, Fövqəladə Hallar Nazirliyinə məxsus 4 ədəd helikopter və 1 ədəd "BE 200 ÇS" amfibiya təyyarəsi, 7-si Fövqəladə Hallar Nazirliyinə, 2-si Müdafiə Nazirliyinə, 2-si isə Dövlət Sərhəd Xidmətinə məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u Fövqəladə Hallar Nazirliyinə, 2-si Daxili İşlər Nazirliyinə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunub.
Təlimin planına uyğun olaraq, birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları yerinə yetirilib"

Hiç yorum yok: