Manşet
Bu gün Rusiyanın üzərinə bomda yağdırdığı Suriyadakı Bayır, Bucak mahallarındakı türkmən adlanan türklər 3.900.000 kvadrat kilometrə sahib olmuş 1037-ci ildə yaradılmış Selcuklu dövlətindən günümüzə qədər o torpaqlara sahib olublar. Sosial prinsiplər əsasında idarə edilən dövlətin idarəçiləri Qəzvində, Konyada, Aksarayda, İsfahanda və digər şəhərlərdə çoxlu mədrəsə, məktəb tikib, mədəni tarix yaradıblar. Bu adamlar ən azı 1000 ildir orda yaşayırlar. Bu adamların başına bomba yağdıranlar orda nə arayır, nədir dərdləri o anlaşılmır....
Xüsusi qeyd edim ki, Səlcuklu dövlətinin ərazisini göstərən bu xəritə Holland mənbələrinə məxsusdur. Yəni, vətənşüvənlərin əsəri deyil. Real xəritədir.
Xüsusi qeyd edim ki, Səlcuklu dövlətinin ərazisini göstərən bu xəritə Holland mənbələrinə məxsusdur. Yəni, vətənşüvənlərin əsəri deyil. Real xəritədir.
Bakıda - keçmiş Çapayev, indiki Təbriz küçəsində yerləşən Əbu Bəkr məscidində vəhhabilərin at oynadan vaxtıydı. Cümə namazı küçlərdə dolu olardı. Bir gün ordan keçəndə baxdım ki, sovet dövründə KQB-də işləmiş, mətbuatda az-çox tanınan simalardan biri dayanıb baxır. Ondan soruşdum ki, bu sürətlə vəhhabiləşmənin axırı necə olacaq? Günün birində bunlar ölkəni ələ keçirəcəklərmi? Dedi narahat olma, bunların çoxu opportunistlərdi. Hökumət bir az səs-küy salan kimi çoxu saqqalını qırxıb aradan çıxacaq. Sonradan o dediyi kimi də oldu. Əbu Bəkr də bağlandı.
İndi son 2-3 ildə Azərbaycanda aşura mərasimlərinə on minlərlə insan qatılır. "Ya Hüseyn lebbeyk", "Hər gün aşura, hər yer Kərbala", "Kaş bu gün bu dəmdə, olaydım Kərbəlada" və s. "deyib qışqırır, "bu meydan Kərbəla meydanıdır" deyirdilər. Amma 3-4 gündə Nardaranı yerlə yeksan elədilər, heç cənazələri də vermədilər. Lənkəranda, Gəncədə özünü dindar kəsimin lideri adlandıranları həbs etdilər, ortada heç 100 adam da görünmədi. Bu millətin sələfiləri kimi, şiələri də opportunist çıxdı.

1. Tale Bağırzadə və komandasının uzunmüddətli həbsi üçün bəhanə əldə etmək.
2. Beynəlxalq aləmə Azərbaycanda da “radikal islam” təhlükəsi olduğunu və hökumətin bu təhlükə ilə ciddi mübarizə apardığı görüntüsünü təqdim etmək. Bununla da “terrorla mübarizə aparan” hökumətin avtoritar idarəetməsinə bəraət istəmək.
3. Hökumət xeyli vaxtdır xalqı şantaj edib qorxudur ki, öz haqlarınız uğrunda fəal mübarizə aparmayın, yoxsa bura da Suriya, Liviya kimi olar. Ssenari müəlliflərinin fikrincə, Nardaran “əməliyyatı” bu Suriya, Liviya söz-söhbətinə bir az inandırıcılıq qatmalı idi.
4. Sosial-iqtisadi böhran dərinləşir, hakimiyyət isə böhranı aradan qaldırmaq üçün heç bir əhəmiyyətli tədbir görə bilmir. Ona görə də, Nardaran “əməliyyatı” hökumətin gücünü və qəddarlığını nümayiş etdirməklə, cəmiyyətdə günü-gündən azalmaqda olan qorxunun bərpasına xidmət etməli idi.
5. MTN işi hakimiyyəti çox nüfuzdan salırdı. Paradoksal vəziyyət yaranmışdı. Hökumət mətbuatı öz aləmində Eldar Mahmudov, Akif Çovdarov və digərlərini ifşa edirdi, amma bütövlükdə hakimiyyət ifşa olunurdu. Çünki bu hökumətin nazir və generallarının törətdiyi dəhşətli cinayətlər ifşa olunduqca, insanlar başa düşürdü ki, həmin nazir və generallar bu əməllərində tək olmayıblar. Bu hökumətin əksər nazir və generalları həmin çirkabın içindədirlər. Nardaran “əməliyyatı” gündəmi ciddi şəkildə dəyişib, MTN işini arxa plana keçirməli idi.
Bəs bu məqsədlərə çata biləcəklərmi? Əli bəyin yazdıqlarını oxuyun. Link şərhdə.
Elə təbliğat aparılır ki, sanki ölkənin Nardarandan başqa dərdi, problemi yoxmuş. Xalqın İran rejiminə qarşı mənfi münasibətindən istifadə edib, sanki Azərbaycanı dini rejim bəlasından qurtardıqları təəsüratını yaratmaq istəyirlər. Əslində isə, bu ölkədə dünyəvi dövlət, demokartik inkişaf üçün ən böyük təhlükə məhz indiki iqtidardan qaynaqlanır.
Niyə?
Çünki, təhsil səviyyəsi ilbəil aşağı düşdükcə, kütləvi savadsızlıq və cəhalət ölkə boyu yayıldıqca, getdikcə artan sosial ədalətsizlik insanlarda qəzəb və nifrət hissini qızışdırdıqca, bu dünyada ədalətə olan inam itdikcə, demokratik yolla tələbləri gerçəkləşdirməyin qarşsı kəsildikcə nə baş verir?
İnsanlar hüquqa inamlarını itirib qanundan kənar fəaliyyətlərə qoşulurlar, savadsız çoxluq din pərdəsi altında gizlənən radikal qruplaşmalırın sosial bazasına çevrilir, ölkənin gələcəyi Suriyada, Liviyada olduğu kimi fəlakətə sürüklənir.
Bunun qarşsını almağın yolu isə, bizi fəlakətə sürükləyən səbəblərin aradan qaldırılmasından keçir. Bu səbəblər isə indiki rejimin mahiyyətindən doğur.

Türkiyə rusların belini qırdı,Avropanı və xüsusi ilə NATO-nu Rusiya xofundan xilas etdi.Elə sovet dönəmindəndə bəlli idi ki, ruslar hec bir gücə malik deyil,onlar gücü hədə-qorxu da,şantajda və nüvə silahında görürdü. Necə ki bu gün Şimali Koreya dünyanı nüvə silahı ilə şantaj edir.Ruslar həmişə balaca xalqlara,ölkələrə, vəhşilik göstərərək onları işğal edib və dünyaya "gücünü" nümayiş etdirirdi, hamı bir elə Rusiyadan yox, bu vəhşilikdən,bu nüvə terrorundan çəkinirdi.Ona görə ki, hansı normal bir rəhbər,dövlət bu gün nüvə silahına əl atar və ya müharibə başlayar?Axı dünya çalışır müharibələrdən kənar olsun,ölkələrini inkişaf etdirsin.Müharibə ilə şantaj edənlər çox vaxtlar öz çirkin məqsədlərinə nail olurdular, o cümlədən ruslar .İstədiklərini edirdilər ,hec bir beynəlxalg normalara ,qanunlara riayyət etmək niyyətində deyildilər və özlərini dünyanın ağası kimi aparırdılar.Dünyanı məcbur edirdilər ki, onlarla hesablaşsınlar,onları böyük dünyəvi bir güc kimi,tərəf kimi gəbul etsinlər.Ruslar həmişə NATO ilə, başda Amerika olmaqla rəqabət aparırdı.Bu çox gülünc görsənirdi, amma bu rəgabəti ciddi qəbul edənlər də var idi.Şəxsən mən hec vaxt ciddi qəbul etməzdim.17il sovetlerin ən elitar hissələrində xidmət etmiş birisi kimi bunu tam məsuliyyətlə deyirəm. Belə bir halda demək olar NATO,Avropa ölkələri,keçmiş sovet ölkələri Rusiyanın hədə qorxusu altında idi,və Rusiya istədiyi hərəkətləri edə bilirdi, hədə qorxu, şantaj edib, bu ölkələri öz mövqelərindən çəkindirə bilirdi. Bunların arxasında nüvə silahından başqa heç bir güc yox idi. Belə bir vəziyyətdə Rusiya, Türkiyə ilə üz-üzə gəldi və Türkiyəni də o biri dövlətlər kimi hədə qorxuya aldı.Elə bildilər türklər də o birilər kimi geri cəkilib, yenə bunların özbaşınalığına göz yumacaq.Ruslar türk tarixini öz yazdıqları kimi yox,həqiqi tarixi bilsəydilər belə səhvə -ÖLÜMCÜL səhvə yol verməzdilər.Qarşılarına Türkiyə,Türk əsgəri çıxdı və layiqli cavabını verdi.Bəlli, layiqli cavab.Və ruslara başa saldı ki, Türkiyə ilə bu dildə danışmaq olmaz. Türkiyə rəhbərliyinin sərt mövqedən çıxış etməsi,geri çəkilməməsi,rusların belini qırdı,onların dünyadakı xofunu yox etdi.Dünya elə bil yatmışdı, oyandı,sevincdən hərəkətə gəldi,Türkiyəyə birmənalı dəstək verdi.Türkiyə böyük bir qüdrətə çevrildi,bütün diqqəti özünə yönəltdi,sinəsini irəli verərək-MƏN VARAM DEDI. Türkiyənin bu mövqeyi dünya türklərini də, hərəkətə gətirəcək,dünyada mövqeyini möhkəmləndirəcək və qlobal problemlərin,savaşların,siyasətlərin önündə olacaq.Türkiyə regionda həmişə olduğu kimi, amma bugün on qat daha güclü bir güc kimi mövqe aldı və regionda olan problemlərin,müharibələrin həllində aktiv olacaq.Buna şübhəm yoxdur,bunda NATO, başda Amerika olmaqla maraqlıdı və onlar Türkiyəyə tam dəstək olacaqlar. Türkiyənin mövqeyi təkcə NATO-da yox, həm də müsəlman dünyasında möhkəmləndi,böyük, aparıcı bir qüvvəyə çevrildi.Müsəlman ölkələrinin əksəriyyəti Türkiyəni öz lider ölkə kimi qəbul etdi və Türkiyəyə arxalandılar,Türkiyə əllərini uzatdı, hər cür yardıma,investisiyalara söz verdilər.Bunlar ediləcək.Dünyada Türkiyənin simasında ISLAM-a da münasibət dəyişəcək . NATO hərəkətə keçəcək,sıralarını genişləndirəcək,yeni üzvlər qəbul edəcək.Ukrayna,Gürcüstan,Moldovada NATO-ya qəbul oluna bilərlər.
O ki qaldı Rusiya,ruslar təklənib,və artıq uduzub.Rusiya əvvəlki Rusiya deyil və tezliklə özündə böyük çaxnaşmalar baş verəcək,vəziyyət ağırlaşacaq,sanksiyalar davam edəcək.Belə halda məcbur olub, geri çəkiləcək.Ayrı perspektivləri yoxdur. Hələki sürətlə dağılmağa doğru gedir.
Nüvə silahı ilə əlaqədar. Rusların qorxutduğu nüvə silahları NATO ölkələrinin 3-də var.O cümlədən Türkiyə ərazisində. Hec bir axmaq bugün o silaha əl atmaz.Əl atarsa, ölkəsindən sağ- salamat bir şey qalan deyil.Rusların belə hərəkətləri çox ölkəni, o cümlədən Türkiyəni nüvə silahı əldə etməyə məcbur edə bilər. Ona görə də, bunların nüvə hədə-qorxuları da boş şeydir.