reklam

Manşet

İsa Sadıqov.Türkiyə rusların belini qırdı.

Yazar Unknown 2 Aralık 2015 Çarşamba 0 yorum
Isa Sadikov's Profile PhotoTürkiyə rusların belini qırdı,Avropanı və xüsusi ilə NATO-nu Rusiya xofundan xilas etdi.Elə sovet dönəmindəndə bəlli idi ki, ruslar hec bir gücə malik deyil,onlar gücü hədə-qorxu da,şantajda və nüvə silahında görürdü. Necə ki bu gün Şimali Koreya dünyanı nüvə silahı ilə şantaj edir.Ruslar həmişə balaca xalqlara,ölkələrə, vəhşilik göstərərək onları işğal edib və dünyaya "gücünü" nümayiş etdirirdi, hamı bir elə Rusiyadan yox, bu vəhşilikdən,bu nüvə terrorundan çəkinirdi.Ona görə ki, hansı normal bir rəhbər,dövlət bu gün nüvə silahına əl atar və ya müharibə başlayar?Axı dünya çalışır müharibələrdən kənar olsun,ölkələrini inkişaf etdirsin.Müharibə ilə şantaj edənlər çox vaxtlar öz çirkin məqsədlərinə nail olurdular, o cümlədən ruslar .İstədiklərini edirdilər ,hec bir beynəlxalg normalara ,qanunlara riayyət etmək niyyətində deyildilər və özlərini dünyanın ağası kimi aparırdılar.Dünyanı məcbur edirdilər ki, onlarla hesablaşsınlar,onları böyük dünyəvi bir güc kimi,tərəf kimi gəbul etsinlər.Ruslar həmişə NATO ilə, başda Amerika olmaqla rəqabət aparırdı.Bu çox gülünc görsənirdi, amma bu rəgabəti ciddi qəbul edənlər də var idi.Şəxsən mən hec vaxt ciddi qəbul etməzdim.17il sovetlerin ən elitar hissələrində xidmət etmiş birisi kimi bunu tam məsuliyyətlə deyirəm. Belə bir halda demək olar NATO,Avropa ölkələri,keçmiş sovet ölkələri Rusiyanın hədə qorxusu altında idi,və Rusiya istədiyi hərəkətləri edə bilirdi, hədə qorxu, şantaj edib, bu ölkələri öz mövqelərindən çəkindirə bilirdi. Bunların arxasında nüvə silahından başqa heç bir güc yox idi. Belə bir vəziyyətdə Rusiya, Türkiyə ilə üz-üzə gəldi və Türkiyəni də o biri dövlətlər kimi hədə qorxuya aldı.Elə bildilər türklər də o birilər kimi geri cəkilib, yenə bunların özbaşınalığına göz yumacaq.Ruslar türk tarixini öz yazdıqları kimi yox,həqiqi tarixi bilsəydilər belə səhvə -ÖLÜMCÜL səhvə yol verməzdilər.Qarşılarına Türkiyə,Türk əsgəri çıxdı və layiqli cavabını verdi.Bəlli, layiqli cavab.Və ruslara başa saldı ki, Türkiyə ilə bu dildə danışmaq olmaz. Türkiyə rəhbərliyinin sərt mövqedən çıxış etməsi,geri çəkilməməsi,rusların belini qırdı,onların dünyadakı xofunu yox etdi.Dünya elə bil yatmışdı, oyandı,sevincdən hərəkətə gəldi,Türkiyəyə birmənalı dəstək verdi.Türkiyə böyük bir qüdrətə çevrildi,bütün diqqəti özünə yönəltdi,sinəsini irəli verərək-MƏN  VARAM DEDI. Türkiyənin bu mövqeyi dünya türklərini də, hərəkətə gətirəcək,dünyada mövqeyini möhkəmləndirəcək və qlobal problemlərin,savaşların,siyasətlərin önündə olacaq.Türkiyə regionda həmişə olduğu kimi, amma bugün on qat daha güclü bir güc kimi mövqe aldı və regionda olan problemlərin,müharibələrin həllində aktiv olacaq.Buna şübhəm yoxdur,bunda NATO, başda Amerika olmaqla maraqlıdı və onlar Türkiyəyə tam dəstək olacaqlar. Türkiyənin mövqeyi təkcə NATO-da yox, həm də müsəlman dünyasında möhkəmləndi,böyük, aparıcı bir qüvvəyə çevrildi.Müsəlman ölkələrinin əksəriyyəti Türkiyəni öz lider ölkə kimi qəbul etdi və Türkiyəyə arxalandılar,Türkiyə əllərini uzatdı, hər cür yardıma,investisiyalara söz verdilər.Bunlar ediləcək.Dünyada Türkiyənin simasında ISLAM-a da münasibət dəyişəcək . NATO hərəkətə keçəcək,sıralarını genişləndirəcək,yeni üzvlər qəbul edəcək.Ukrayna,Gürcüstan,Moldovada NATO-ya qəbul oluna bilərlər.
O ki qaldı Rusiya,ruslar təklənib,və artıq uduzub.Rusiya əvvəlki Rusiya deyil və tezliklə özündə böyük çaxnaşmalar baş verəcək,vəziyyət ağırlaşacaq,sanksiyalar davam edəcək.Belə halda məcbur olub, geri çəkiləcək.Ayrı perspektivləri yoxdur. Hələki sürətlə dağılmağa doğru gedir.
Nüvə silahı ilə əlaqədar. Rusların qorxutduğu nüvə silahları NATO ölkələrinin 3-də var.O cümlədən Türkiyə ərazisində. Hec bir axmaq bugün o silaha əl atmaz.Əl atarsa, ölkəsindən sağ- salamat bir şey qalan deyil.Rusların belə hərəkətləri çox ölkəni, o cümlədən Türkiyəni nüvə silahı əldə etməyə məcbur edə bilər. Ona görə də, bunların  nüvə hədə-qorxuları da boş şeydir.

Hiç yorum yok: