Manşet
Bakıda - keçmiş Çapayev, indiki Təbriz küçəsində yerləşən Əbu Bəkr məscidində vəhhabilərin at oynadan vaxtıydı. Cümə namazı küçlərdə dolu olardı. Bir gün ordan keçəndə baxdım ki, sovet dövründə KQB-də işləmiş, mətbuatda az-çox tanınan simalardan biri dayanıb baxır. Ondan soruşdum ki, bu sürətlə vəhhabiləşmənin axırı necə olacaq? Günün birində bunlar ölkəni ələ keçirəcəklərmi? Dedi narahat olma, bunların çoxu opportunistlərdi. Hökumət bir az səs-küy salan kimi çoxu saqqalını qırxıb aradan çıxacaq. Sonradan o dediyi kimi də oldu. Əbu Bəkr də bağlandı.
İndi son 2-3 ildə Azərbaycanda aşura mərasimlərinə on minlərlə insan qatılır. "Ya Hüseyn lebbeyk", "Hər gün aşura, hər yer Kərbala", "Kaş bu gün bu dəmdə, olaydım Kərbəlada" və s. "deyib qışqırır, "bu meydan Kərbəla meydanıdır" deyirdilər. Amma 3-4 gündə Nardaranı yerlə yeksan elədilər, heç cənazələri də vermədilər. Lənkəranda, Gəncədə özünü dindar kəsimin lideri adlandıranları həbs etdilər, ortada heç 100 adam da görünmədi. Bu millətin sələfiləri kimi, şiələri də opportunist çıxdı.

Hiç yorum yok: