reklam

Manşet

Zaqatala qalası

Yazar Unknown 1 Aralık 2015 Salı 0 yorum
Devamını Oku...
Ali Karimli (Əli Kərimli)Rusiya və Türkiyə arasında gərginliyin artması Azərbaycana təsirsiz ötüşməyəcək. Bu təsirdən yazmaq istəyirəm. Rusiya prezidentinin Türkiyə ünvanına söylədiyi ağır ifadələr, ardınca Rusiya televiziyalarında başlanmış təhqiramiz anti-Türkiyə kampaniyası, Türkiyənin isə öz hərəkətinin doğruluğuna əminliyi bu iki dövlət arasında gərginliyin artacağını anons edir. Tərəflər ən azı diplomatik, ticarət, iqtisadiyyat sahələrində bir-birinə zərbə vurmağa çalışacaqlar. Azərbaycan hakimiyyəti üçün xeyli çətinliklər yaranacaq. Sirr deyil ki, rəsmi Bakı öz anti-Qərb siyasətində yalnız son vaxtlar daha da yaxınlaşdığı Rusiyaya arxalanmırdı. Həm də Türkiyənin Rusiya ilə yaxşı münasibətləri və bir çox regional məsələlərdə Rusiya ilə həmfikir olması Azərbaycan hakimiyyətinin mövqeyini gücləndirirdi. Rusiya və Türkiyə Azərbaycana ən çox təsir etmək imkanı olan iki ölkədir. Azərbaycan hakimiyyəti məhz bu ölkələrin hər ikisinin xoş münasibətinə arxayın olaraq ondan demokratiya və insan haqlarına hörmət tələb edən dairələrə saymazlıq göstərirdi, məsələn, Avropa Parlamentinin qərarını “kağız parçası” adlandırırdı.
Son hadisələr regionumuzda geopolitik balansı ciddi şəkildə Qərbin xeyrinə dəyişəcək. Rusiya kimi güclü dövlətlə münaqişədə olan Türkiyə yenidən və tam olaraq Qərb blokuna qayıdacaq. Türkiyənin də ABŞ və Avropa ilə eyni mövqedən çıxış etməsi ölkəmizdə tərəzinin bu gözünün ağırlaşmasına səbəb olacaq. Azərbaycan hakimiyyəti Türkiyə ilə münaqişədə olan, Türkiyəni sarsıtmağı qarşısına məqsəd qoymuş Rusiyanın birmənalı tərəfdaşına çevrilə bilməyəcək. Yenidən artıq yaddan çıxmış “balans” siyasətinə qayıtmaq lazım gələcək. Amma bu dəfə tərəflər arasında məsafə artdığından qarşı duran tərəflərin arasında balans yaratmaq mümkün olmayacaq. “Şpaqat” açmaq lazım gələcək. Bu vəziyyətdə isə çox qalmaq olmur. Bir müddətdən sonra daha güclü tərəfi seçmək lazım gələcək. Daha güclü, həmçinin Azərbaycanın müstəqil və demokratik inkişafına təminat yaradan tərəfin isə hansı tərəf olduğu xalqımıza aydındır. Türkiyənin də mövqeyinin qətiləşməsilə bu aydınlıq daha da birmənalı olacaq.Recep Tayyip Erdoğan
Devamını Oku...

Əli Kərimli:"Bu hakimiyyətin sifarişidir"

Yazar Unknown 0 yorum
Ali Karimli (Əli Kərimli)Yenicə deputat təyin edilmiş YAP funksionerinin M.Ə.Rəsulzadəni çox ağır sözlərlə təhqir etməsi qətiyyən təsadüfi və özfəaliyyət deyil. Uzun müddət ərzində hakimiyyətin həyata keçirdiyi Rəsulzadəyə şər atmaq, onu unutdurmaq, tariximizdəki rolunu kiçiltmək siyasətinin məntiqi nəticəsidir. İllərdir ki, xalqımızın qəlbindəki Rəsulzadə sevgisini özlərinə təhlükə kimi görürlər. Anlayırlar ki, Rəsulzadəni sevən əksəriyyət sülalə hakimiyyəti tərəfdarı ola bilməz.
Sərt avtoritar idarəçilik şəraitində belə, hökumətin iradəsi ziddinə ifadə olunan Rəsulzadə sevgisi xalqımızın həm də demokratik və ədalətli idarəetməyə, rüşvətə bulaşmamış təmiz əllərə olan rəğbətinin ifadəsidir. M.Ə.Rəsulzadə irsi ötən 100 ildə necə dəhşətli hücumları dəf edib?! Əlbəttə ki, bu hücum da milli liderimizin parlaq obrazına heç bir xələl gətirə bilməyəcək!
(c) AXCP sədri Əli Kərimli
Devamını Oku...

Azadlıq nədir?

Yazar Unknown 0 yorum
Devamını Oku...

Azərbaycan gözəllikləri.Zaqatala.

Yazar Unknown 0 yorum
Devamını Oku...
Rəsulzadə Vətəni qoyub heç hara qaçmamışdır. O, şəxsi iradəsi ilə öncə Lahıca getmiş və orada bir müddət gizli şəkildə yaşamış, ancaq burada yaxalanaraq Bakıya gətirilmişdir. Daha sonra Stalinin açıq şəkildə ifadə etdiyi kimi Rəsulzadə ya Azərbaycanda qalıb ölməli, ya da bir ümid işartısı olaraq Moskvaya getməyə razı olub hansısa bir yolla bolşeviklərdən qurtularaq milli mücadiləni davam etdirməli idi. Ona görə də Rəsulzadə ikinci yolu seçdi və bununla da xalqı qarşısında böyük fədakarlıq etdi.
Çünki Rəsulzadə ikinci yolu seçməklə öz həyatını, ailəsinin həyatını deyil, Azərbaycanı və onun milli varlığını yaşatmış oldu. Ancaq əvəzində o, bütün ailəsini Vətən və Millət uğrunda qurban verdi. Halbuki Rəsulzadə Stalinin Moskvada ona etdiyi təkliflərlə razılaşsaydı, bəlkə də başına bu qədər faciələr gəlməz, “Vətəni qoyub qaçan”, “Vətən xaini” və sair bunu kimi ittihamlara da məruz qalmazdı.
Bu baxımdan Azərbaycanən müstəqilliyi dönəmində Rəsulzadənin adının Bakı Dövlət Universitetindən götürülməsi, Gəncə şəhərində Dəmiryolçular parkındakı büstünə çuval keçirilməsi, daha sonra 28 may Metrosunun içindən şəkilinin qaldırılması fonunda zaman-zaman Milli ideoloqumuza qarşı böhtanların atılmasının da davam etdirilməsi təsadüfi ola bilməz.
Unutmayaq ki, Azərbaycan demək Rəsulzadə demək, Rəsulzadə demək Azərbaycan deməkdir!!! Naqif Həmzəyev kimiləri də yaxşı bilirlər ki, bu gün başımızın üstündə dalğlanan üç boyalı bayrağımızın qurucusu, Azərbaycan türklərinin imzasını dünya xalqlarınlın imzaları arasına salan da Rəsulzadədir. Bu gün, bütün sahələrdə Rəsulzadənin izini Azərbaycandan silmək, ona qarşı böhtanlar atmaq Azərbaycanın dövlətçiliyinə çox ciddi zərbədir. Rəsulzadəyə qarşı bu çirkin addımları atanlar bilməlidirlər ki, onların bu əməlləri cavabsiz qalmayacaq və müdrik xalqımız belələrinin cavabını verəcəkdir.
Devamını Oku...

Ceyran bulağı.Zaqatala Aşağı Tala kəndi

Yazar Unknown 0 yorum
Devamını Oku...