Manşet
Yenicə deputat təyin edilmiş YAP funksionerinin M.Ə.Rəsulzadəni çox ağır sözlərlə təhqir etməsi qətiyyən təsadüfi və özfəaliyyət deyil. Uzun müddət ərzində hakimiyyətin həyata keçirdiyi Rəsulzadəyə şər atmaq, onu unutdurmaq, tariximizdəki rolunu kiçiltmək siyasətinin məntiqi nəticəsidir. İllərdir ki, xalqımızın qəlbindəki Rəsulzadə sevgisini özlərinə təhlükə kimi görürlər. Anlayırlar ki, Rəsulzadəni sevən əksəriyyət sülalə hakimiyyəti tərəfdarı ola bilməz.
Sərt avtoritar idarəçilik şəraitində belə, hökumətin iradəsi ziddinə ifadə olunan Rəsulzadə sevgisi xalqımızın həm də demokratik və ədalətli idarəetməyə, rüşvətə bulaşmamış təmiz əllərə olan rəğbətinin ifadəsidir. M.Ə.Rəsulzadə irsi ötən 100 ildə necə dəhşətli hücumları dəf edib?! Əlbəttə ki, bu hücum da milli liderimizin parlaq obrazına heç bir xələl gətirə bilməyəcək!
(c) AXCP sədri Əli Kərimli
Hiç yorum yok: