reklam

Manşet

Əli Kərimli.Rusiya və Türkiyə arasında gərginliyin artması Azərbaycana təsirsiz ötüşməyəcək.

Yazar Unknown 1 Aralık 2015 Salı 0 yorum
Ali Karimli (Əli Kərimli)Rusiya və Türkiyə arasında gərginliyin artması Azərbaycana təsirsiz ötüşməyəcək. Bu təsirdən yazmaq istəyirəm. Rusiya prezidentinin Türkiyə ünvanına söylədiyi ağır ifadələr, ardınca Rusiya televiziyalarında başlanmış təhqiramiz anti-Türkiyə kampaniyası, Türkiyənin isə öz hərəkətinin doğruluğuna əminliyi bu iki dövlət arasında gərginliyin artacağını anons edir. Tərəflər ən azı diplomatik, ticarət, iqtisadiyyat sahələrində bir-birinə zərbə vurmağa çalışacaqlar. Azərbaycan hakimiyyəti üçün xeyli çətinliklər yaranacaq. Sirr deyil ki, rəsmi Bakı öz anti-Qərb siyasətində yalnız son vaxtlar daha da yaxınlaşdığı Rusiyaya arxalanmırdı. Həm də Türkiyənin Rusiya ilə yaxşı münasibətləri və bir çox regional məsələlərdə Rusiya ilə həmfikir olması Azərbaycan hakimiyyətinin mövqeyini gücləndirirdi. Rusiya və Türkiyə Azərbaycana ən çox təsir etmək imkanı olan iki ölkədir. Azərbaycan hakimiyyəti məhz bu ölkələrin hər ikisinin xoş münasibətinə arxayın olaraq ondan demokratiya və insan haqlarına hörmət tələb edən dairələrə saymazlıq göstərirdi, məsələn, Avropa Parlamentinin qərarını “kağız parçası” adlandırırdı.
Son hadisələr regionumuzda geopolitik balansı ciddi şəkildə Qərbin xeyrinə dəyişəcək. Rusiya kimi güclü dövlətlə münaqişədə olan Türkiyə yenidən və tam olaraq Qərb blokuna qayıdacaq. Türkiyənin də ABŞ və Avropa ilə eyni mövqedən çıxış etməsi ölkəmizdə tərəzinin bu gözünün ağırlaşmasına səbəb olacaq. Azərbaycan hakimiyyəti Türkiyə ilə münaqişədə olan, Türkiyəni sarsıtmağı qarşısına məqsəd qoymuş Rusiyanın birmənalı tərəfdaşına çevrilə bilməyəcək. Yenidən artıq yaddan çıxmış “balans” siyasətinə qayıtmaq lazım gələcək. Amma bu dəfə tərəflər arasında məsafə artdığından qarşı duran tərəflərin arasında balans yaratmaq mümkün olmayacaq. “Şpaqat” açmaq lazım gələcək. Bu vəziyyətdə isə çox qalmaq olmur. Bir müddətdən sonra daha güclü tərəfi seçmək lazım gələcək. Daha güclü, həmçinin Azərbaycanın müstəqil və demokratik inkişafına təminat yaradan tərəfin isə hansı tərəf olduğu xalqımıza aydındır. Türkiyənin də mövqeyinin qətiləşməsilə bu aydınlıq daha da birmənalı olacaq.Recep Tayyip Erdoğan

Hiç yorum yok: