reklam

Manşet

Elnur Astanbəyli.Dünyəvi ölkə olmağın ən vacib şərti

Yazar Unknown 1 Aralık 2015 Salı 0 yorum
Elnur AstanbəyliHansısa kənddə dini simvolları, bayraqları yığışdırmaqla nə dəyişir? Bununla sekulyar cəmiyyət, dünyəvi ölkə olmaqmı olar? Ona qalsa, Sovet vaxtı camaat cibində zor-xoş "allahsızlar bileti" gəzdirirdi. Nəticə? Onda universitet auditoriyalarında ateizmdən dərs deyənlər indi həcidirlər, kərbəlayı, məşədidirlər.
Dünyəvi ölkə olmaq modern hüquqa sayğı duymaqla mümkündür. Dünyəvi ölkə olmaq üçün elə etmək lazımdır, insanların əli yerdən üzülməsin və üzünü göylərə tutmasın. Ədaləti yerdə bərpa etsən, heç kim onu göylərdən gözləməyəcək. Sən təhsil ocaqlarını məhv edəndə insanlar əlbəttə seyid ocaqlarına axışacaqlar. Sən səhiyyəni xaraba qoyanda, xəstəxanaları rüşvət və korrupsiya yuvasına çevirəndə, leksikona "ağ xalatlı cəlladlar", "həkim terroru" kimi ifadələrin daxil olmasına rəvac verəndə adamlar əlbəttə, şəfanı pirlərdə axtaracaqlar. Sənin məhkəmələrin çağdaş hüququ, çeynəyib, pulla, sifarişlə hökm çıxaranda adamlar əlbəttə, şəriət hökmünü özləyəcəklər.
Qısası, dünyəvi ölkə olmaq həmin ölkədə, Konstitusiyada yazıldığı kimi, "rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması", ya da "dinin dövlətdən ayrılması" ilə bitmir. Dünyəvi ölkədə modern hüquq işləməlidir, onun iradəsi üzərində iradə olmamalıdır. Əks halda hər cür ekstremizm - etnik, irqi, o cümlədən dini radikalizm qaçılmaz təhlükədir. Bunu daxili-maxili qoşunla, administrativ güclə önləyə bilməzsiniz.
Devamını Oku...

Nardaran hadisələri A-dan Z-yə

Yazar Unknown 0 yorum
Devamını Oku...

Elnur Astanbəyli.Şarlatanların menyüsünə!

Yazar Unknown 0 yorum
Elnur Astanbəyli“Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki, “Məhəmməd Əminlər belə etdi, Məmməd Əminlər elə etdi...”. Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki, elə sözlərə fikir vermə...” (Rəsulzadənin oğlu Azərin xatirələrindən).
Devamını Oku...

Milli Məclisdəki çıxışında İlham Əliyev yenidən ‪‎Azərbaycan‬dakı "inkiş...

Yazar Unknown 30 Kasım 2015 Pazartesi 0 yorum
Devamını Oku...

Zümrüd Yağmur.İki... Sinifdə qaldıq

Yazar Unknown 0 yorum
Zümrüd YağmurAzərbaycan bir başqa yerdir. Çünki bu ölkədə özünü mədəni sayıb çahilliyə qarşı olduğunu bağıran biriləri qalxıb bir kənddə qətliam edənlərin etdiyinə qarşılıq olar “əcəb ediblər” deyə biləcək qədər “yüksək səviyyəli” tolerant-cahillər var. 
Əslində, Nardaranda baş verən hadisələr bir çox məqamlara işıq tutdu. Bəlli oldu ki, düz 22 ildir yalanına sahidlik etdiyimiz hakimiyyətin dediklərinə uya, hətta haqq verə biləcək qədər səbatsız xalqıq. Bu iqtidarın bizi istədiyi hala sala bilməsi və idarə etməsi heç də təsadüfi deyilmiş. Xədcənin, İntiqam Əliyevin, İlqar Məmmədovun, Tofiq Yaqublunun şərlənib tutulması bu topluma heç təsir etməmiş. Hətta, məsələn, atası bu hakimiyyətin şəri ucbatından günahsız olaraq məhbəs həyatı yaşayan biri belə dinə nifrətinin ucbatından hakimiyyətlə yalanda birləşib bir safda yer aldı. 
Nifrət haqqın önünə keçdi.
Azərbaycanda dini rejim və İrana qarşı haqlı bir aqressiya var. Təbii bir haldır, kimsə Azərbaycanda dini rejim olmasını istəmir. Amma dini rejimə, İrana, hətta dinə və ya Allaha olan nifrətin sənin bir yalanın parçasına çevrilmənə haqq qazandıra bilməz. Nifrət haqqın önünə keçdiyi anda sənin tolerantlığın da, haqlılığın da, ədalətin də dəyərdən düşmüş olur.
İnsan ölkəsində dini idarəetmə istəmirsə, bu ona dindara qarşı haqsız və aqressiv mövqe tutmağa haqq verirmi? Bu nifrətə görə yalançı və saxtakar bir iqtidarın onu aldatmasına necə razı olur?
Necə oldu, ölkənin analoqsuz inkişafı yalanına inanmadınızda, dindarın İran agenti olduğunu inandınız?
“Əsgər ölümlərinə son” aksiyasında iştirak edənləri də İlham Əliyev “anti milli” ünsür adlandırmışdı. İndi soruşuram, siz, ölkəsində əsgərlərin öldürülməsini istəməyənlər, ünsürmüsünüz?
Emin Milli , Xədicə İsmayıla da Amerikanın agenti idi demişlərdi. Bunlar doğru deyildi, siz də inanmadınız. NİDA- çı gəncləridəmi deyək? Onlar da axı “molotof kokteyli” ilə az qala dövlət “çevrilişi” edəcəklərdi...
Bəs nə oldu da, onlara şər atıb yalan danışanlar Tale Bağırzadənin İranın agenti olduğunu deyəndə dürüst oldu?
Bir sözlə, iqtidar yalandan bir atəş qaladı, sonra da hər zamankı kimi “evim yanır” deyə qışqırmağa başladı. Yanan ev heç yalançının da deyildi, amma biz nə yazıq ki, o yalançıya inanıb “su tökmək” üçün hətta basa-bas saldıq. 
Kimsə özündən soruşmadı ki, niyə axı bir ölkədə dindar haqq tələb edə bilməz, niyə bir dindar azad seçki, ədalətli cəmiyyətdən danışa, iqtidardan hüquq tələb edə bilməz? Qəbahətdirmi?
Ya bəlkə bu ölkədə haqq istəmək dindara yasaqmı? Niyə axı elə bu ölkədə dindar obrazı Allahşükür Paşazadə də başlayıb onda da bitməlidir?
Yaxud Nardarandakı o dini əhval niyə bu qədər sizi heyrətləndirib qorxudur? Ölkədə əxlaqsızlığı və ləyaqətsizliyi bir dəyərə çevirənlərin bu iyrənc siyasətindən özünü qorumaq istəyənlərin dinə o şəkildə sarılması özünü qoruma çabasıdır.
Ölkənin təhsilini, elmini məhv edəndə bu mənzərə qaçınılmaz idi...
Mən də Azərbaycan qadınını qara çardara görməkdən məmnun deyiləm. Qapalı bir qadının bu inancı onun qara çadraya bürünməsinə əsas deyil, qapanmayan qadına onun geyim tərzi yarıçılpaq gəzməsinə əsas vermədiyi kimi...
Amma niyə zahiri dekorasiyalarla bu qədər məşğulsunuz? 
Nardaranda çadralı qadının danışmasını əks etdirən videonu FB da paylaşıb “mənim
də gözün atmır sənin kimisi ilə bir ölkədə yaşamağa” deyənlər indi özünü mədəni və dahamı üstün sayır?!
O zaman kiçik bir xatırlatma edim. Malalanı... Əfqanıstanda qız uşaqlarının təhsil almasını istəyən 12 yaşlı qız da çadralı idi, Taliban əsgərləri onu başından güllələdi. Amma Avropa onu çardasına görə aşağılayıb dəyərini də o üstündəki paltara görə vermədi, onu ən yüksən mükafata Nobel sülh mükafatına layiq bildi.
Bu fakt həm də bizim dindarlara bir cavabdır. “Avropa dinsizdir, kafirdir” deyənlər, baxın, insanlığa və cəsarətə dəyər veriləmək məsələsi ortaya gələndə çox şey arxa plana keçir. 
Demək ki, “tolerantlığınız” bir işə yaramır... Sizin beyniniz və ürəyiniz o qara çadra qədər zülmətə bürünüb, xəbəriniz yox...
Bir də Nardaranda və ya başqa Azərbaycan kəndlərində tək qorxu yaradan o örtülü qadınlar, “ya Hüseyn” deyənlərmi? Məgər 21 yüz ilin kəndi o gündəmi olmalıdr, insanı o evlərdəmi yaşamalı, o palçıqlı küçələrdəmi gəzməlidir?
***
Hər zaman deyirik, biz dəyişməyəcəyik, bizdən bir şey olmaz.
Deyəsən doğrudan da bir xalq olaraq öz qiymətimizi düz vermişik.
1993 –cü ildə quldurla qardaşı ayırd edə bilmədiyimizdən başımıza gəlmədimi bu dərd-iqtidar?! İndi də Nardaranda ölən polislərə tutlan qardaşlıq yasını anlaya bilmədim. Onların hüzün və yası elin, xalqın yası olmamalıdır, bir ailənin faciəsidi, bu qədər... Öz vətəndaşına haqsız yerə gülə atan, iqtidarın bütün qara işlərində həvəslə yer alan biri elin yasını haqq etmir. Axı vaxtı ilə Gəncədə quldura qardaş deməyin acı nəticəsi hələ heç tarixə də çevrilməyib, amma biz eyni şəkildə qardaşlıqdan danışırıq.
Özümüzlə heç öyünməyək, bizim çahilliyimizin adı başqadır. Səbatsılzıq...
Bu da qaçınılmazdır, çünki tarixin verdiyi dərsləri kimsə oxumur.
Biz toplum olaraq sinifdə qalmışıq.
Devamını Oku...

Səadət Cahangir.Rusiyanın indiki saatı 100 il geridir.

Yazar Unknown 0 yorum
Saadet CahangirRusiyanın indiki saatı 100 il geridir. Putin bunu anlamır və anlamaq da istəmir. Demək olar ki, cəmiyyəti də sıxıb zorən o vaxta tabe etdirib. Dünya güc dünyası ola bilər, amma zor dünyası ola bilməz. Zorun və qəddarlığın heç bir perspektivi yox. Bunu ruslar hər kəsdən daha yaxşı anlamalıdır – faşizmə qarşı 4 illik müharibə təcrübəsi olan ölkə kimi. Amma dediyim kimi, Putin hökumətində tarixdən ibrət götürmək düşüncəsi yoxdur və görünür ki, olmayacaq da. Dünyanın bu vaxtındadünya ilə kəllə-kəlləyə gəlməyin bir ölkə üçün qazancı nə ola bilər, görəsən? Türkiyəyə sanksiya tətbiq etməklə qəhrəmanlıq etdiyini düşünən Putin özünü necə yandırdığının fərqində deyil. Axı sənin işğalçı təyyarənin türk hava sərhədində nə işi vardı ki, qanadı da qırılsın? Göylə gedəcəksən, burnunu hər yerə soxacaqsan, aranı qarışdıracaqsan, hələ təpəndən vurulanda, hikkə də göstərəcəksən. Guya Türkiyəyə hikkə göstərib sanksiya tətbiq edəndə, kim uduzacaq ki?                                                                                              Bu qarışıqlıqda günün bəyanatı “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorovdan gəlib. Putinin tərəfdarı ölkəsini 1945-ci ildə olan sərhədlərin bərpa edilməsinə çağırıb. Deputat deyib ki, Rusiya Suriyada vaxt itirməsin, bütün gücünü qoyub keçmiş SSRI xalqlarını yenidən imperiya əsarətinə qaytarsın. Ay sənin özün öləsən! Çevrəndə heçmi ağıllı biri yox, sənə başa salsın ki, o babaların çoxdan ölüb, quşbeyin adam! “Tarixi ərazi” deyəndə, bu torpaqları ulubabanız Pyotrın mirasımı hesab edirsiniz? Yoxsa çar dədələrinizin vəsiyyət kağızında buralara vərəsəlik hüququnuz olduğu yazılıb, xəbərimiz yox? Diqqət etsəniz, son günlərin gərginlikləri fonunda bu ölkədə qapıların inkişafa, hüquqa, demokratiyaya, insanlığa, ədalətə necə qapandığına daha yaxından şahid olacaqsınız. Şahid olacaqsınız ki, bu ölkə yüz illərdir bölgədəki xalqlara necə təhlükə idisə, yenə elə təhlükə olaraq qalır. Görəcəksiniz ki, bu ölkə atom əsrində belə, “qan-qan” deyən başçıları üzündən əsrlər öncənin primitiv düşüncə tərzindən irəli gedə bilmir. Müharibədən, işğaldan, qırğından, qan-qadadan başqa yeni bir şey yox, bu ölkəni idarə edənlərin ağlında! Yazıq vallah, çox yazıq!
Devamını Oku...
Gültəkin HacıbəyliTürkiyə qətiyyət göstərib Suriya münaqişəsində söz sahibi olduğunu ortaya qoyunca, Suriyadakı soydaşlarımızı məhv edən Rusiyaya yerini göstərincə Qərb həmən onun Suriya ilə 98 km-lik sərhəddə 30 min əsgərlə nəzarət hüququnu tanıdı. Ardınca Avropa Birliyi bu məqsədlə Türkiyəyə üç milyard Avro vəsait ayırdı. 11 ildən sonra yüksək səviyyəli Türkiyə-Avropa Birliyi danışıqları bərpa olundu, Əhməd Davudoğlu Brüsseldə böyük hörmət və ehtiramla qarşılandı və "Biz bir Avropa xalqıyıq" dedi. Əminəm ki, Türkiyənin son dövrlər atdığı doğru və qətiyyətli addımlar ona İraqda da itirilmiş mövqelərini bərpa etmək imkanı verəcək. Etnik təmizlənməyə məruz qalmız Mosul və Kərkük türkmənləri bunu səbirsizliklə gözləyir. Allah Türkiyəmizə kömək olsun!
Devamını Oku...