reklam

Manşet

Azərbaycan reallıqları

Yazar Unknown 18 Aralık 2015 Cuma 0 yorum
Bu gün "Xəzər Tv" deyirdi ki, Cəlilabadın yolları təmir edilir......Soruşmaq ayıb olmasın, belə təmir edilir?
M.Hadi küçəsi
Devamını Oku...

Azərbaycan reallıqları

Yazar Unknown 0 yorum
Devamını Oku...

Azərbaycan reallıqları

Yazar Unknown 0 yorum
Devamını Oku...

Ali Rza.ABŞ Konqresinin qəbul edəcəyi sanksiya sənədi

Yazar Unknown 0 yorum
Yəni bunların içində Azərbaycan folklorundan başı çıxan da yoxdur ki, "Sirkə nə qədər tünd olsa öz qabını çatladar" məsəlini yada salsın? Alın, bu da sizə demokratik dünyanın çağırışlarına məhəl qoymayıb, ölkənin vətəndaş cəmiyyətinə, azad mətbuatına, siyasi müxalifətinə divan tutmaq ehtirası ilə yanmağınıza soyuq duş kimi gələn cavab. Girin altına, bəlkə ayılasınız, gözləriniz ayağınızın altını görə.
ABŞ Konqresinin qəbul edəcəyi sanksiya sənədi:
Dövlət katibi və daxili təhlükəsizlik naziri adları aşağıda sadalanan şəxslərə viza verilməsindən imtina etməlidir:
- Azərbaycan hökumətində yüksək vəzifə tutan şəxslər (Prezident, baş nazir, baş nazirin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, icra başçıları, dövlət şirkətlərinin rəhbərləri, Prezident Administrasiyasının üzvləri) və onların ailə üzvləri;
- Azərbaycanın yüksək rəhbərliyində təmsil olunanlarla əlaqələr sayəsində əhəmiyyətli maliyyə vəsaiti əldə edən şəxslər;
- seçkini saxtalaşdıranlar;
- insan haqlarını pozanlar;
- korrupsiya ilə məşğul olanlar;
- demokratik institutların fəaliyyətinə imkan verməyənlər;
- Azərbaycanın demokratiyaya keçidinə maneə yaradanlar;
- müstəqil mətbuat orqanlarına, jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif və dini qruplara qarşı repressiyalarda əli olan hüquq-mühafizə orqanları və məhkəmə sisteminin təmsilçilərinə.
Kreditlər və investisiyalara qadağa
- Humanitar mallar, kənd təsərrüfatı və tibbi ləvazimatlar istisna olmaqla, Azərbaycana borcların, kredit zəmanətlərinin, sığortanın və digər analoji maliyyə yardımının dayandırılması.
Çoxtərəfli maliyyə yardımı
ABŞ üzv olduğu maliyyə təşkilatlarında öz imkanlarından istifadə edərək, Azərbaycana humanitar məqsədlər istisna olmaqla, digər maliyyə yardımlarının (o cümlədən texniki yardımlar və qrantlar) dayandırılmasını təmin etməlidir.
Aktivlərin dondurulması
Konqress hesab edir ki, bu akt qüvvəyə minəndən sonra ABŞ prezidenti Azərbaycan hökumətində təmsil olunan yüksək vəzifəli məmurların (Prezident, baş nazir, baş nazirin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, icra başçıları, dövlət şirkətlərinin rəhbərləri, Prezident Administrasiyasının üzvləri) və onların ailə üzvlərinin, ali rəhbərliklə yaxın əlaqələri olan şəxslərin, eləcə də seçki saxtakarlığında, korrupsiyada, demokratik institutların sıradan çıxarılmasında, ölkənin demokratiyaya keçidinin qarşısının alınmasında əli olan şəxslərin aktivlərinin dondurulmasını təmin etməlidir.
Cəza
Müəyyən olunmuş bu qadağa və məhdudiyyətləri pozan istənilən şəxslərin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına əsasən cəzalandırılması təmin edilməlidir.
Sanksiyaların aradan qaldırılması
Azərbaycan hökumətində təmsil olunan şəxslər, eləcə də onların yaxınlarına qarşı tətbiqi nəzərdə tutulan sanksiyalar yalnız aşağıdakı məsələlər həllini tapacağı hallarda aradan qaldırıla bilər:
- Siyasi, dini və ya ifadə azadlığından istifadə etdiyinə görə həbsxanaya salınmış şəxslər azad edilməlidir;
- Siyasi müxalifət, dini qruplar, müstəqil QHT-lər, gənclər təşkilatları və müstəqil mətbuata qarşı təqib və repressiyaların bütün formaları dayandırılmalıdır;
- ATƏT standartlarına uyğun olaraq, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılmalıdır.
Çoxtərəfli əməkdaşlıq
Konqress hesab edir ki, ABŞ prezidenti bu Aktda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün digər ölkələr, xüsusən Avropa dövlətlərinin dəstəyini təmin etməlidir.
Hesabat
Bu Akt qəbul ediləndən 90 gün sonra ABŞ prezidenti sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bağlı vəziyyəti, həmçinin aşağıdakı məsələləri əks etdirən hesabatı Konqressin müvafiq komitəsinə təqdim etməlidir:
- Azərbaycan hökumətinin ölkədə internet üzərində nəzarət və ya senzuranın tətbiqi məqsədilə başqa dövlətlərdən texniki avadanlıqlar alması, təlimlər keçməsi;
- Prezident İlham Əliyev və digər yüksək vəzifəli hökumət təmsilçilərinin şəxsi aktivləri və sərvəti.
Devamını Oku...

Eldəniz Quliyev.Ümid ən sonda ölür

Yazar Unknown 0 yorum
Eldaniz QuliyevÜmid ən sonda ölür... Hər nə olur-olsun,qarşıdan gələn ilə ümidlə baxmalıyıq.Hərçənd, ölkədə baş verən gərgin və ciddi nigarançılıq yaradan hadisələr, sosial-iqtisadi reallıqlar daha çox naümidlik üçün əsas verir. 
Vacib nüans: demokratik dəyişiklər bir çox hallarda onun uğrunda mübarizədən, onun arzulanmasından,onun bərqərar olması üçün fədakarlıq nümayiş etdirənlərin cəhdlərindən və s. asılı olmadan, özünün "hərəkət trayektoriyasını" müstəqil surətdə "müəyyənləşdirir." Yəni O, güclü bir hava axını kimi, istəsək də, istəməsək də,- sonda mütləq şəkildə mənzil başına yetişir.Demokratiya, habelə, daimi irəliləyən və qeyri-statik bir prosess kimi də izah olunmalıdır. Bu mənada, nə qədər parodoksal səslənsə də, qarşıdan gələn 2016-cı il demokratik prosseslərin inkişafı ili olmalıdır. Hər halda bunun üçün münbit şərait də mövcuddur, çünki anti-demokratik pressinqlər,vətəndaş cəmiyyətinə basqılar,siyasi motivli həbslər,iqtisadi problemlər,ən başlıcası isə Milli Şura və AXCP-yə qarşı sərgilənən haqsız-ədalətsiz hücumlar, son nəticədə, "təsir əks təsirə malikdir" fenomeni yaradacaq.
Çox istərdim ki, 2016-cı ildə 2015-ci ilin acılarını yaşamayaq və xalqımız,ən azından itirdiyi (daha doğrusu oğurlanan) öz halal təbəssümünü qaytara bilsin.
Ümidlə yaşayaq, İnşAllah!
Devamını Oku...

Şahvələd Çobanoğlu.Sanksiya qərarı çoxdan verilib

Yazar Unknown 0 yorum
Öz həmvətənlərinə qarşı repressiyalarda iştirak etmiş Azərbaycan məmurlarına sanksiyalar tətbiq etməklə bağlı xəbərlər yenidən gündəmdədir. Məmurların ailə üzvlərinə də aid olacaq sanksiyalar rəsmi sənədə çevrilməkdədir. Özləri də, balaları da damğalı olacaq. ABŞ Helsinki Komissiyasının sədri Chris Smith artıq “Qanunun Aliliyi və Insan Haqları naminə Azərbaycan Demokratiya aktını” (Azerbaican DemocracyÿAct of 2015) artıq təqdim edib və bu barədə bəyanat yayıb. Bu, Azərbaycana qarşı sanksiya deyil, yalnız yüksək vəzifəlilərə qarşı yönəlib. Ölkədə məmur özbaşınalığından cana doymuş xalqa onu “Azərbaycana qarşı qərəzli” sənəd kimi təqdim etmək mümkün olmayacaq. Saxta hüquq müdafiəçiləri isə “Ermənistana bu cür yanaşma niyə yoxdur?” deyə həşir qopara bilməyəcəklər, ya da onların bu cəhdləri çox mənasız olacaq, çünki Ermənistan məmurlarına qarşı da sanksiyalar gündəmdədir. Bir tərəfdən də Avropa Şurası baş katibiÿ Thorborn Yagland Azərbaycanın Avropa Insan Haqları Konvensiyasını necə yerinə yetirməsi yönündə araşdırmaya başlaması ilə bağlı qərarını açıqlayıb. Bundan qabaq Avropa Birliyi parlamentinin olduqca sərt qətnaməsi qəbul edilib, burada hətta Ilham Əliyev və ailə üzvlərinin korrupsiya izləri barədə araşdırılma aparılmasının vacibliyi qeyd olunub. Bir-birinin ardınca gələn sərt qərarlar dünyanın repressiv YAP hakimiyyətinə güzəştsiz münasibətinin formalaşmasına gətirib çıxarır. Geci-tezi ola bilər, amma çox sərt münasibətləri, sanksiya, qərar və hesabatları ifadə edən sənədlərə həyat verilməsi qaçılmazdır. Çünki gerçək qərarı Tarix verib. Əsl sanksiya Tarixə məxsusdur. Dünyada baş verənlərə baxın, Ukrayna hadisələri, Rusiya ilə mütərəqqi dünyanın üz-üzə gəlməsi, neftin gəlirlərinin kəllə-mayallaq olması göstərdi ki, Putinin dəstəyinə arxalanıb köhnə dünyanın nişanəsi kimi qalmağa imkan yoxdur. Amma buna baxmayaraq, bizim nimdaş hakimiyyət zora arxalanıb repressiyaların güclənməsinə, azadlıqların daha da azaldılmasına, azadlıq istəyənlərin sıradan bir olay kimi həbs edilməsinə rəvac verdi. Ölkə daxilində bu olayların gərginliyini yaşayanlardan kiməsə elə gəlirdi ki, artıq hər şey bitdi, dəyişiklik üçün imkanlar tükəndi, Azərbaycan hakimiyyəti tarixin qərarına qarşı hazırlıq gördü. Amma yeni həbslər dalğası başlayıb vətəndaş cəmiyyətini dağıdanda hakimiyyətdəkilər anlamırdılar ki, özlərinə daha dərin çıxılmazlığa salırlar. Bundan sonra təkcə tarixin sanksiyasına düşmürsən, hökumət və beynəlxalq qurumlar da sənə sanksiya verməyə bilmirlər. Hamı vaxtında səninlə öz münasibətini yeniləyir ki, sabah sərt sorğu ilə üz-üzə qalmasın. Hər şeyi oğurladıqları sərvətlərin məmnunluğu ilə və polis dəyənəyinin zərbəsinə arxayınlıqla ölçən YAP-çı təfəkkürü anlamaq istəmir ki, tarixin gəlişini saxlamaq mümkün deyil. Axı gördünüz ki, heç manatın düşməsinin qarşını ala bilmədiniz. Ölkədə böhran dilinizi lal etmişdir artıq. Bahalı neft pullarına qürrələnib təntənə havasına girməyiniz keçmişə dönüb, bəlkə heç olmasa indi bir az keçmişə qayıdıb, “kimi gəldi həbs etmək” qərarını verənlərə sorğu edəsiniz. Sizi bir az da çətinə salanları, həbsləri ciddi başağrısına çevirənləri. “Qaş düzəldirik” deyib, göz çıxardanları. Bu qərar tək xalqa qarşı deyildi, həm də repressiv hakimiyyətin özünü repressiya şokuna salmaq idi. Üstünə də böhran şoku və gerçək xalq sorğuları gəlir. “Yumurtlamadınız, bəs fal hanı?” kimi suallar! Yaxşı, analoqu olmayan inkişaf yoxdur, bəs neft pulları necə oldu? Yəni unutmayın ki, sanksiya qərarı çoxdan verilib – Tarix tərəfindən. Nə tökmüsünüz aşınıza, qaşığınıza da onlar çıxır!
Devamını Oku...

Cərimələrdən sonra Azərbaycanda belə olacaq

Yazar Unknown 17 Aralık 2015 Perşembe 0 yorum
Devamını Oku...