reklam

Manşet

Ali Rza.ABŞ Konqresinin qəbul edəcəyi sanksiya sənədi

Yazar Unknown 18 Aralık 2015 Cuma 0 yorum
Yəni bunların içində Azərbaycan folklorundan başı çıxan da yoxdur ki, "Sirkə nə qədər tünd olsa öz qabını çatladar" məsəlini yada salsın? Alın, bu da sizə demokratik dünyanın çağırışlarına məhəl qoymayıb, ölkənin vətəndaş cəmiyyətinə, azad mətbuatına, siyasi müxalifətinə divan tutmaq ehtirası ilə yanmağınıza soyuq duş kimi gələn cavab. Girin altına, bəlkə ayılasınız, gözləriniz ayağınızın altını görə.
ABŞ Konqresinin qəbul edəcəyi sanksiya sənədi:
Dövlət katibi və daxili təhlükəsizlik naziri adları aşağıda sadalanan şəxslərə viza verilməsindən imtina etməlidir:
- Azərbaycan hökumətində yüksək vəzifə tutan şəxslər (Prezident, baş nazir, baş nazirin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, icra başçıları, dövlət şirkətlərinin rəhbərləri, Prezident Administrasiyasının üzvləri) və onların ailə üzvləri;
- Azərbaycanın yüksək rəhbərliyində təmsil olunanlarla əlaqələr sayəsində əhəmiyyətli maliyyə vəsaiti əldə edən şəxslər;
- seçkini saxtalaşdıranlar;
- insan haqlarını pozanlar;
- korrupsiya ilə məşğul olanlar;
- demokratik institutların fəaliyyətinə imkan verməyənlər;
- Azərbaycanın demokratiyaya keçidinə maneə yaradanlar;
- müstəqil mətbuat orqanlarına, jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif və dini qruplara qarşı repressiyalarda əli olan hüquq-mühafizə orqanları və məhkəmə sisteminin təmsilçilərinə.
Kreditlər və investisiyalara qadağa
- Humanitar mallar, kənd təsərrüfatı və tibbi ləvazimatlar istisna olmaqla, Azərbaycana borcların, kredit zəmanətlərinin, sığortanın və digər analoji maliyyə yardımının dayandırılması.
Çoxtərəfli maliyyə yardımı
ABŞ üzv olduğu maliyyə təşkilatlarında öz imkanlarından istifadə edərək, Azərbaycana humanitar məqsədlər istisna olmaqla, digər maliyyə yardımlarının (o cümlədən texniki yardımlar və qrantlar) dayandırılmasını təmin etməlidir.
Aktivlərin dondurulması
Konqress hesab edir ki, bu akt qüvvəyə minəndən sonra ABŞ prezidenti Azərbaycan hökumətində təmsil olunan yüksək vəzifəli məmurların (Prezident, baş nazir, baş nazirin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, icra başçıları, dövlət şirkətlərinin rəhbərləri, Prezident Administrasiyasının üzvləri) və onların ailə üzvlərinin, ali rəhbərliklə yaxın əlaqələri olan şəxslərin, eləcə də seçki saxtakarlığında, korrupsiyada, demokratik institutların sıradan çıxarılmasında, ölkənin demokratiyaya keçidinin qarşısının alınmasında əli olan şəxslərin aktivlərinin dondurulmasını təmin etməlidir.
Cəza
Müəyyən olunmuş bu qadağa və məhdudiyyətləri pozan istənilən şəxslərin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına əsasən cəzalandırılması təmin edilməlidir.
Sanksiyaların aradan qaldırılması
Azərbaycan hökumətində təmsil olunan şəxslər, eləcə də onların yaxınlarına qarşı tətbiqi nəzərdə tutulan sanksiyalar yalnız aşağıdakı məsələlər həllini tapacağı hallarda aradan qaldırıla bilər:
- Siyasi, dini və ya ifadə azadlığından istifadə etdiyinə görə həbsxanaya salınmış şəxslər azad edilməlidir;
- Siyasi müxalifət, dini qruplar, müstəqil QHT-lər, gənclər təşkilatları və müstəqil mətbuata qarşı təqib və repressiyaların bütün formaları dayandırılmalıdır;
- ATƏT standartlarına uyğun olaraq, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılmalıdır.
Çoxtərəfli əməkdaşlıq
Konqress hesab edir ki, ABŞ prezidenti bu Aktda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün digər ölkələr, xüsusən Avropa dövlətlərinin dəstəyini təmin etməlidir.
Hesabat
Bu Akt qəbul ediləndən 90 gün sonra ABŞ prezidenti sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bağlı vəziyyəti, həmçinin aşağıdakı məsələləri əks etdirən hesabatı Konqressin müvafiq komitəsinə təqdim etməlidir:
- Azərbaycan hökumətinin ölkədə internet üzərində nəzarət və ya senzuranın tətbiqi məqsədilə başqa dövlətlərdən texniki avadanlıqlar alması, təlimlər keçməsi;
- Prezident İlham Əliyev və digər yüksək vəzifəli hökumət təmsilçilərinin şəxsi aktivləri və sərvəti.

Hiç yorum yok: