reklam

Manşet

Eldəniz Quliyev.Ümid ən sonda ölür

Yazar Unknown 18 Aralık 2015 Cuma 0 yorum
Eldaniz QuliyevÜmid ən sonda ölür... Hər nə olur-olsun,qarşıdan gələn ilə ümidlə baxmalıyıq.Hərçənd, ölkədə baş verən gərgin və ciddi nigarançılıq yaradan hadisələr, sosial-iqtisadi reallıqlar daha çox naümidlik üçün əsas verir. 
Vacib nüans: demokratik dəyişiklər bir çox hallarda onun uğrunda mübarizədən, onun arzulanmasından,onun bərqərar olması üçün fədakarlıq nümayiş etdirənlərin cəhdlərindən və s. asılı olmadan, özünün "hərəkət trayektoriyasını" müstəqil surətdə "müəyyənləşdirir." Yəni O, güclü bir hava axını kimi, istəsək də, istəməsək də,- sonda mütləq şəkildə mənzil başına yetişir.Demokratiya, habelə, daimi irəliləyən və qeyri-statik bir prosess kimi də izah olunmalıdır. Bu mənada, nə qədər parodoksal səslənsə də, qarşıdan gələn 2016-cı il demokratik prosseslərin inkişafı ili olmalıdır. Hər halda bunun üçün münbit şərait də mövcuddur, çünki anti-demokratik pressinqlər,vətəndaş cəmiyyətinə basqılar,siyasi motivli həbslər,iqtisadi problemlər,ən başlıcası isə Milli Şura və AXCP-yə qarşı sərgilənən haqsız-ədalətsiz hücumlar, son nəticədə, "təsir əks təsirə malikdir" fenomeni yaradacaq.
Çox istərdim ki, 2016-cı ildə 2015-ci ilin acılarını yaşamayaq və xalqımız,ən azından itirdiyi (daha doğrusu oğurlanan) öz halal təbəssümünü qaytara bilsin.
Ümidlə yaşayaq, İnşAllah!

Hiç yorum yok: