reklam

Manşet

REAL HərakATının “kreATiv” BəyanATı

Yazar Unknown 28 Ekim 2015 Çarşamba 0 yorum
Eldaniz QuliyevEldəniz Quliyev.                                                                                          Dünən REALın parlament seçkiləri ilə bağlı verdiyi ambivalent (üzr istəyirəm) bəyanatı şəxsən məni yaman çaşdırdı. Əvvəl düşündüm ki, yəqin bu Bəyanatla onlar siyasətdə bir “AT gedişi” etmək və bununla siyasi qrossmeyster olduqlarını göstərmək istəyiblər... Yəni: “Biz seçkilərin nəticəsini tanımağına tanımayacağıq, amma... seçkidən imtina da eləmiyəcəyik!..”, Yəni: “Əminik ki, keçiriləcək seçkilər qeyri-legitim, qeyri-demokratik və başdan ayağa saxta-qurama olacaq, amma... biz, axıra qədər bu "filfilo" seçkidə iştirak edəcəyik!..” Yəni: "Ölməyinə ölməyəcəyik, amma sağ da qalmayacağıq!" Belə çıxır ki, həm gedəcəyik, həm də getməyəcəyik... Sınmağına sınırıq, eyni zamanda bütöv qalırıq. Həm gedirik, həm də dayanırıq, həm uzanırıq, həm də qaçırıq, həm əyilirik, həm də əyilə-əyilə dikəlirik... (?!). Bir tərəfdən,təxminən, “Seçkiyə getməyin” çağrışı edən ATƏT və Avropa Parlament assambleyasına dirsək göstərib,: “Sənin acığına gedəcəyik, hələ bir az da o yana keçəcəyik!” deyirlər. Digər tərəfdən, “Seçkiyə gedin” deyən Avropa Şurasına,: “ Getmirik, nəticəni-məticəni də tanımayacağıq, əcəb eləyirik-lap belə əlimizin içinnən gəlir, içinin içinnən gəlir, içində bir noxud var...” cavabını verirlər. İndi di gəl, bu işlərdən baş aç görüm, necə açırsan!..
Nəysə, qəliz məsələdi, vallah!.. Sözün düzü, mən hər dəfə bu sayaq həlləm-qəlləm məsələylə üzləşəndə, o saat “Tarixi-Nadir” kitabını açıb, diqqətlə onun ikinci yarısını oxumağa başlayıram. Deyirəm, ağlabatan, inandırıcı, məntiqi cavabdan-filandan tapsam, elə orada taparam. Bu dəfə də belə elədim; ancaq ha vərəqlədimsə, düzəməlli bir “zada”, və ya “şeyə” rast gəlmədim... Bircə: “Bətnində altı aylıq uşaq gəzdirib, özünü bakirə qız kimi aparmaq olmaz!” müdrik kəlamı istisna olmaqla. Hərçənd, bu kəlamın da deyilən məsələyə bir o qədər dəxli yox idi... Elə bu məqamda, yəni kor şeytanın adresinə yağlı bir lənət göndərmək istədiyim anda... bir tikə, daha doğrusu, bircə qırıq qanlı diş... gəlib durdu düz gözüm önündə.
... Və elə həmin an və elə həmin məqam qəfl anladım ki, ey dadi-bidad, işə bir bax, bu ki, zindanda min bir əziyyətə, məhrumiyyətlərə qatlaşan, döyülüb-söyülən, ancaq bircə tikə də əyilib-sınmayan İlqar Məmmədovun dişidir... Seçki sahiblərinin yumruqla vurub sındırdıqları diş!..
Gözüm önündə canlanan həmin o qanlı diş o qədər... REAL idi ki.. ((((

Hiç yorum yok: