reklam

Manşet

Ali Karimli (Əli Kərimli)Xəbəri var imiş ki, gömrükdə hətta şəxsi istifadə üçün də insanların mal gətirməsinə qadağa qoyulub. Bilirmiş ki, qanunsuz yoxlamalarla sahibkarların gününü qara ediblər. General paqonları altında gizlənərək, MTN-də yuva salmış cinayətkar dəstədən də xəbərləri var imiş. Bütün bunların hamısını indi etiraf edirlər. Bu halda çoxlu suallar yaranır. Hələlik üçünü hökumətə ünvanlayıram:
1. Neft pulları azalmasaydı, hələdəmi sahibkarlara divan tutulmasını görməzliyə vuracaqdınız? Sahibkarlığın inkişafı üçün olduqca əlverişli olmuş, neft pullarının ölkəyə sel kimi axdığı ötən 12 ildə sahibkarlığın inkişafına imkan vermədiyinizə, bu qızıl fürsətlərin ölkə və millət üçün itirildiyinə görə xalq qarşısında siyasi məsuliyyət daşımağa hazırsınızmı?
2. Sizlərin indi etiraf etdiklərinizi – korrupsiyanın, reketçiliyin meydan suladığını, hüquq-mühafizə və digər dövlət orqanlarının sahibkara da, vətəndaşa da qənim kəsildiyini, xüsusi xidmət orqanlarındakı cinayətkar dəstənin əməllərini biz uzun illərdir ki, deyirdik. Ancaq biz bunları deyəndə siz bizi yalanda, dövlət orqanlarına böhtan atmaqda ittiham edirdiniz. İndi məlum olur ki, bütün ötən illərdə bizlər həqiqəti demişik, yalanı, şəri sizlər danışmısınız. Bu illər ərzində bizə böhtanlar yağdırıb, yalançılıqda ittiham etdiyinizə görə bizdən üzr istəyəcəksinizmi?
3. MTN işində də Hacı Məmmədov işində olduğu kimi oldu. Çoxlarının xəbərdar olduğu paqonlu cinayətkar dəstə hakimiyyət başında duranların özlərinə ziyan vurmağa başlayana qədər cəzasız qaldılar. Bu qədər məsul vəzifələr tutmuş şəxslərin dövlət adından belə çoxsaylı və dəhşətli cinayətlərə yol verməsi cəzasızlıq mühütinin nəticəsi deyilmi? Baş verənlərdə siyasi hakimiyyətin məsuliyyəti yoxdurmu?
(c) AXCP sədri Əli Kərimli

Hiç yorum yok: