reklam

Manşet

Əli Kərimlinin seçkiyə qatılan siyasi qüvvələrə cavabı

Yazar Unknown 27 Ekim 2015 Salı 0 yorum


“Sizlər də (AXCP, Milli Şura) əvvəllər seçkilərdə iştirak etmisiniz” deyərək, xalqın və dünyanın boykot etdiyi seçkidə iştiraklarını əsaslandırmağa çalışan siyasi qüvvələr var ha, niyə bu fotodakılara bənzər seçki mitinqləri keçirmədilər? Demirlər ki, indiki seçki şəraiti ilə əvvəlki illərin seçki şəraiti arasında ciddi fərqlər yoxdur? O zaman nədən bizim əvvəllər qatıldığımız seçkilərdə keçirdiyimiz seçki mitinqlərinə bənzər mitinqləri indi təşkil edə bilmədilər?
P.S. Yalnız 2010-cu il seçkilərində böyük seçki mitinqləri keçirməmişdik. Amma o zaman da seçki dairələri üzrə keçirdiyimiz kütləvi görüşlər indiki namizədlər üçün çox əlçatmaz görünür. Üstəlik, 2010-cu ildə siyasi məhbusların sayı indi olduğundan 10 dəfə az idi.

Hiç yorum yok: