reklam

Manşet

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı istintaq davam edir.

Yazar Unknown 27 Ekim 2015 Salı 0 yorum
Irada NarimanSözsüz ki, istintaqın yekununda cinayətin əsas iştirakçısı kimi futbolçunun bibisi oğlu Elşən İsmayılova iş kəsiləcək. Onun məsuliyyətdən boyun qaçırma şansı sıfıra barabərdi. İsmayılovla yanaşı, hadisə iştirakçılardan daha ikisinə hökm oxunacağı gözlənilir. Düzdü, həmin şəxslərin kimliyini dəqiqləşdirə bilmədik. Amma qalan 2 nəfərin sərbəst buraxılacağı bildirilir.
Cavid Hüseynova gəlincə, istintaqın gedişində hadisəni bilib gizlətməkdə ittiham olunan futbolçunun işini çətinləşdirən məqamlar ortaya çıxıb. Elşən İsmayılov Rasim Əliyevə ilk dəfə məhz Cavidin adına olan nömrədən zəng vurub. Rasimə zeng edilən nömrəni ya həmin vaxt Cavidin özü işlədirmiş, ya da Hüsyenov onu bir müddət əvvəl istifadə edirmiş. İkinci dəfə isə Elşən zəngi öz telefonundan edib.
Hüseynovun özü də məsələ ilə bağlı izahat verərkən, mərhuma zəng edilən nömrənin onun əvvəlki nömrəsi olduğunu qeyd etdiyi bildirilir. İstintaq qrupunun futbolçunun sözlərinin nə dərəcə doğru olub-olmadığını araşdırdığı qeyd olunur. Ancaq istənilən halda Hüseynovun sərbəst buraxılması da istisna deyil.
İradə Nərmin

Hiç yorum yok: