reklam

Manşet

Azərbaycanlı üçün ən lazımsız şey sayılan hüququn bir dəyəri varmı?

Yazar Unknown 30 Ekim 2015 Cuma 0 yorum
Fuad QəhrəmanlıFuad Qəhrəmanlı                                                                                   Hüququn olmadığı,qanunların işləmədiyi cəmiyyət imunitetsiz orqanizmə bənzəyir. Ona görə də nə sadə vətəndaş, nə iş adamı, nə də ki, hər hansı məmur özbaşınalığın, kiminsə qəzəbinin qurbanı olmaqdan sığortalanmayıb. Bu səbəbdən də cəmiyyətimiz xəstə orqanizm kimidir və heç kim bu ölkədə rahat ola bilmir.
İlham Əliyevin ən qüdrətli nazir oliqarxları belə artıq gecələri rahat yata bilmirlər, əllərindəkinin istənilən vaxt alına biləcəyindən təşviş keçirirlər, sadə vətəndaşlar üzləşdikləri məmur özbaşınalığı qarşısında tam müdafiəsizdirlər. Bir sözlə, bu ölkədə bir nəfərdən başqa istənilən adamın, istənilən vaxt mülkünü də, azadlığını da əlindən almaq olar.
Qanunlar işləmədiyi üçün hakim komanda üzvləri korrupsiyaya,səriştəsiz idarə etməyə görə heç bir məsuliyyət daşımırlar. Bu üzdən də yaranan çoxsaylı problemlərə görə işsizlik, sahibkarlığın inkişaf etməməsi, manatın devalvasiyası,büdcənin talanması, keyfiyyətsiz sosial siyasətə görə sadə vətəndaşlar əziyyət çəkirlər.
Problem ondadır ki, azərbaycanlıların əksəriyyəti bu sadaladığımız çox saylı problemlərin məhz hüququn tapdanmasından doğduğunu anlamırlar. Ona görə bu problemləri doğuran səbəbə toxunmadan, törəmə problemlərini daha vacib sayaraq onları həll etməyə çalışırlar. Ancaq xəstəliyin səbəbini aradan qaldırmadan onu ağrıkəsicilərlə müalicə etmək olmaz.
Ona görə də sahibkarlığın boğulduğu ölkədə işsiz qalanlar bunu öz şanssızlığı sayırlar, hüquqları tapdananda bunu məmurun pis olmasının nəticəsi kimi başa düşürlər, şərlənərək tutulanda bunu "uçaskovının" əclaflığı kimi dəyərləndirirlər.
Bütün hallarda bu yaşananların əsas səbəbinin iqtidarın qanunları heçə sayması, hüququ tapdalaması olduğunu diqqətdən qaçırırılar.
O üzdən də bu problemi yaradan hakimiyyətə qarşı mübarizəni öz problemləri saymırlar. Nəticədə bu olur ki, problemlər gündən - günə ağırlaşır.

Hiç yorum yok: