reklam

Manşet

Ali Karimli (Əli Kərimli)İlham Əliyevin sahibkarların yoxlanmasını iki illik müddətə dayandırmaq haqda təşəbbüsü islahat görüntüsü yaratmağa hesablanıb, islahatın özünə yox. Hökumət cəmi iki gün bundan qabaq Vergilər Məcəlləsinə təklif etdiyi düzəlişlə sahibkarların faktiki evini yıxıb. Əgər indiyə qədər sahibkar il ərzində yol verdiyi birinci hüquqpozmaya görə 400 manat maliyyə sanksiyasına məruz qalırdısa, indi bu rəqəm 5 dəfə artırılaraq 2000 manata çatdırılır. İkinci və üçüncü hüquq pozuntularına görə maliyyə sanksiyaları da 5 dəfə qaldırlır. İkinci hüquq pozuntusuna görə 800 manat olan cərimə 4000 manata, üçüncü hüquq pozuntusundan sonra isə 1200 manatdan 6000 manata qaldırılır. İndi sual budur ki, bu cür dəhşətli rəsmi sanksiyalar şəraitində nə qədər sahibkar işini davam etdirə biləcək? Və məhv edilən biznesi yoxlasan nə olar, yoxlamasan nə fərq edər?
Bütün bu hadisələrin içində mən yalnız bir pozitiv məqam görürəm. Hakimiyyət anlayıb ki, daha böyük neft pulları olmayacaq. Başqa yerdən də pul qazanmaq lazımdır. Öz aləmlərində sahibkarlığın inkişafına şərait yaratmaq istəyirlər ki, onların hesabına boş qalmış büdcəni doldursunlar. Amma yenə də problemi və çıxış yollarını tam təsəvvür etmirlər. Ölkədə sahibkarlığın problemləri çoxdur. Qanunsuz yoxlamalar onlardan yalnız biridir. Sahibkarlığı inkişaf etdirmək olarmı? Əlbəttə, həm də çox sürətlə. Amma bunun üçün kompleks tədbirlər görülməlidir. Ən vaciblərini yazıram:
1. Mülkiyyətin toxunulmazlığına təminat vermək lazımdır. Nə vaxta qədər ki, müxtəlif zirzəmilərdə, istintaq təcridxanalarında sahibkarları təzyiqlə əmlakından imtina etməyə və ya ucuz "satmağa" məcbur edəcəklər, kompensasiya ödəmədən əmlakını əlindən alıb sökəcəklər, bu ölkədə biznes normal inkişaf edə bilməyəcək. Mülkiyyət toxunulmazlığına isə yalnız müstəqil və peşəkar məhkəmə sistemi təminat verə bilər. Deməli, təcili məhkəmə sisteminin islahatına başlamaq lazımdır.
2. İndiki oliqarxik sistem, monopoliyalar qalacaqsa, sahibkarlığın da inkişafı illüziya olaraq qalacaq. Biznes üçün azad rəqabət, şəffaflıq mühüti yaradılmalı, monopoliyalar sürətlə ləğv edilməli, dövlət satınalmalarının həyata keçirilməsində açıq tenderlərdən istifadə edilməlidir.
3. Ölkədən xaricə iri miqyaslı kapital axını var. Hamı oturub manatın nə vaxt və necə qiymətdən düşəcəyini gözləyir. Sahibkarlığı dirçəltmək üçün maliyyə sistemi sabitləşdirilməli, bütün mənbələrdən olan investisiyalar artırılmalı, sahibkarlar ucuz və uzunmüddətli kreditlə təmin edilməlidir. Cəmi illik 0.7 faizlə, səmərəsiz şəkildə xaricdə saxlanılan Neft Fondu vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməli, etibarlı girov müqabilində əlverişli şərtlərlə sahibkarlığın inkişafına və İpoteka Fonduna ucuz kredit olaraq yönləndirilməlidir.
4. Hətta daxili maliyyə resursları cəlb olunsa belə, real iqtisadi inkişaf üçün daxili maliyyə resursları kifayət etməyəcək. Ölkənin resursları xeyli dərəcədə israf edilərək, tükəndirilib. Ölkə xarici sərmayələr üçün açılmalıdır. Xarici sərmayələr isə bu imicli ölkəyə gəlməyəcək. Deməli, siyasi islahatlarsız da keçinmək mümkün deyil. Siyasi məhbuslar təcili azad edilməli, müstəqil və müxalif fəaliyyət və düşüncəyə qarşı təzyiqlər dayandırılmalı, fundamental hüquq və azadlıqlara heç olmasa, bundan sonra təminat verilməli, addımbaaddım siyasi islahatlar proqramı millətə və dünyaya təqdim edilməlidir. Sosial gərginliyi azaltmaq üçün ən zəruri sosial proqramlar təcili maliyyələşdirilməlidir.
Hələki detallara keçmirəm, siyasi iradəniz varsa, buyurun, reallaşdırın bu tədbirləri. Yox, bunları etməyəcəksinizsə, xalqın gözünə kül üfürmək lazım deyil. Onsuz da, başı daşdan daşa dəymiş insanlarımızı aldatmaq artıq mükün deyil.

1 yorum:

  1. My Life çevirmək olub necə Lexieloancompany@yahoo.com

    My Name Ohio, Amerika Birləşmiş Dövlət Nicole Marie və həyat indi mənim və ailə üçün rahat yaşamağa dəyər və i iki uşaq ilə mübarizə mum edirəm və i kimi mən, həqiqətən, yaxşılıq mənim həyatımda bu qədər göstərilən görməmişəm olmuşdur ərim son iki həftə dəhşətli qəza rast kimi ciddi bir problem keçir, və həkimlər onu yenidən gedə bilməsi və i getdi sonra onun əməliyyat üçün vərəqələrinin ödəyə bilmirdi o bir incə cərrahiyyə məruz lazımdır ki, ifadə kredit üçün banka və mən Allah qorxusu insan rast gəldi i atamın yanına qaçdı və i yahoo cavab vasitəsilə gəzən zaman o, mənə kömək edə deyil oradan heç bir kredit kartı olduğunu ifadə edərək, mənə salmaq əlverişli faiz dərəcəsi kreditlər verir və səbəbindən ki, i İnternet əsasən Afrika bir çox aldatmacalardan haqqında eşitmə edilmişdir, lakin bu, mənim çıxılmaz vəziyyətə, i bu cəhdi vermək üçün daha heç bir seçim idi (Mr Martinez Lexie) şirkət Amerika Birləşmiş Dövlət və təəccüblü bütün bir yuxu kimi idi, i $ 82,000.00 USD kredit alıb və mən ər əməliyyat payed və o ok və gəzmək bu gün Allaha şükür, mənim ailə xoşbəxt və dedim özümə i wonders bu böyük Allah Man Mr Martinez Lexie mənə və mənim ailə üçün nə qorxusu dünyaya bağırmaq ki, belə hər kəs e-mail vasitəsilə Allah qorxusu insan müraciət kreditin həqiqi və ciddi ehtiyacı var, əgər: (Lexieloancompany@yahoo.com) və ya Şirkət internet vasitəsilə: http://lexieloans.bravesites.com və ya mətn: +18168926958 thanks



    YanıtlaSil