reklam

Manşet

Əli Kərimli:"Hər gün ölkəni bir az da dəhşətli uçuruma yaxınlaşdırırlar"

Yazar Unknown 22 Ekim 2015 Perşembe 0 yorum
Ali Karimli (Əli Kərimli)Hər gün ölkəni bir az da dəhşətli uçuruma yaxınlaşdırırlar. Yazar Günel Mövludun valideynlərini öz qızlarından imtinaya məcbur ediblər. Bəli, məhz məcbur ediblər. Son günlər rejimin Meydan TV-yə basqıları çox güclənib. Günel xanıma da təzyiq edirdilər ki, Meydan TV ilə əməkdaşlıqdan imtina etsin. Günel xanım azad fikirli bir yazardır. Düz edib bu tələbləri qəbul etmədi. Sonra da hakimiyyət oktyabrın 13-də, eyni gündə, eyni saatlarda Günül Mövludun iki qardaşını Biləsuvar və Sumqayıtda narkotika ilə şərləyib həbs etdi. Bundan əvvəl Qənimət Zahidin yaxın qohumlarını şərləyib həbs etdikləri kimi. İndi də çarəsiz vəziyyətdə qalmış yaşlı ata-ana hökumətin tələbini qəbul edib, qızları Günel Mövluddan imtina etdiklərini bəyan edirlər ki, bəlkə bu yolla oğlanlarını şərdən azad edə bildilər. Bundan əvvəl belə bir iyrəncliyi keçmiş siyasi məhbus Rəsul Mürsəlova qarşı da etmişdilər. Onun da ailəsini oğlanlarına görə o qədər incitdilər ki, valideynləri ondan imtina bəyanatı verməyə məcbur oldu.
Dostlar, siz bu çarəsiz valideynləri qınamağa tələsməyin. “Mən Rəsul Mürsəlovu tanımıram”, “Günel Mövludun filan yazısını bəyənmədim”, “Meydan TV filan məsələdə düz etmədi” kimi arqumentlərlə də heç kim öz susqunluğuna haqq qazandırmasın. Nə də heç kim növbənin şəxsən ona çatmayacağına ümid etsin. Bütövlükdə cəmiyyəti susdurmaq üçün, azad səsləri batırmaq üçün dövlətin bütün imkanlarını səfərbər ediblər. Yazar Günel Mövluda, nümayiş etdirdiyi bu qətiyyətə görə, hamımızın təşəkkür borcumuz var. Belə adamlara arxa olmaq lazmdır. Rejimin belə anti-insani mübarizəsinə qarşı güclü ictimai qınaq olmalıdır. Biz xalq olaraq bütün vasitələrlə nümayiş etdirməliyik ki, rəqiblərlə, azad düşüncəli insanlarla belə iyrənc mübarizəni qəbul etmirik. İndi rejim çox da güclü deyil, kolgəsindən də qorxur. Belə bir məqamda güclü ictimai qınaq rejimi geri çəkilməyə məcbur edə bilər.


Hiç yorum yok: