reklam

Manşet

Gələn ilin dövlət büdcəsi 10 milyard dollar azalacaq

Yazar Unknown 17 Ekim 2015 Cumartesi 0 yorum
Cəmil Həsənli yazır:
Dostlar! Bu gün Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi olub. Büdcə böhranından çıxmaq üçün açıq-açığına əhalinin cibinə girməyin yeni formalarını qanuna düzəliş adı altında rəsmiləşdirmək istəyirlər. Birincisi, 2015-ci illə müqayisədə gəlin ilin büdcəsinin 5 milyard manat azalacağı barədə məlumat mövcud vəziyyəti əks etdirmir. Əslində, başa çatmaqda olan illə müqayisədə gələn ilin büdcə rəqəmləri 5 milyard manat azaldığı qeyd edilsə də, reallıqda bu azalma 10 milyard dollar təşkil edir. Yəni, 2015-ci ilin 19,5 milyardlıq büdcə vəsaiti 24,5 milyard dollara bərabər idi. Hazırkı 14,5 milyardlıq büdcə isə 14 milyard dollar təşkil edir. Göründüyü kimi fevral ayındakı qəfil devalvasiyadan sonra manatın dəyəri kəskin şəkildə azaldığı üçün gələn ilin büdcəsində azalma möhkəm valyuta ilə 10 milyard dollara bərabərdir. Bu 10 milyard dollarlıq azalmanın hansı fəsadlara gətirib çıxaracağı indidən məlumdur. Lakin hökumət hətta 10 milyard dollar həcmində azalmış büdcəni doldurmağın həyəcanını indidən yaşayır və büdcə böhranından əhalinin hesabına çıxmağı planlaşdırır. Diqqət yetirin: təklif olunan dəyişikliyə görə təqvim ili ərzində hüquq pozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdusa, dəyişikliyə əsasən bu məbləğ 2000 manat olacaq. Təqvim ili ərzində ikinci dəfə hüquq pozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4000 manatadək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1200 manatdan 6000 manat məbləğində qədər qaldırılması təklif olunur. Təsəvvür edin ki, hər dəfə gəlib yuxarının tapşırığı ilə kiçik ticarət obyektinə “xətir-hörmətlə”, bəzən vergi nazirliyinə “yardım” kimi qarşılıqlı “razılıqla” 400 manat cərimə yazan vergi müfəttişi indi başlanğıc olaraq 2000 manat cərimə yazacaq. Əminliklə deyirəm ki, bu həcmdə cərimə ödəməyə həmin subyektlərin iqtisadi imkanları yoxdur. Deməli, təklif edilən dəyişikliklərə görə kiçik ticarət obyektlərinə, dükanlara, ictimai iaşə müəssisələrinə, kafe, yeməkxanalara bu həcmdə cərimələrin tətbiq edilməsi onların fəaliyyətinə fatihə vermək deməkdir. Maliyyə sanksiyalarının həcminin 5 dəfə artırılması onsuz da tənəzzül edən kiçik və orta biznesin müflisləşməsini qaçılmaz edir. Son vaxtlar qeyri-neft sektorundan vergi daxil olmalarının həcminin artırılması haqqında müxtəlif müzakirələr aparılır. Belə müzakirələrdən elə başa düşülürdü ki, hökumət həmin sektorun inkişafı xüsusi qayğı göstərəcəkdir. Bu gün Milli Məclisdə müzakirəyə çıxarılmış vergi məcəlləsinə düzəlişlərdən aydın olur ki, hökumətin qeyri-neft sektorundan vergi daxil olmaların artırmaq ideyası həmin sektorun inkişafına deyil, bu sahənin subyektlərinə cərimə sanksiyalarının dəfələrlə artırılmasına hesablanıb. Yeni dəyişikliklər büdcə təşkilatlarında işləyən 500 minə yaxın insanı əhatə edəcək. Bunun ən əhəmiyyətli hissəsi müəllimlərin olacağı gözlənilir. Məsələn, “ədaləti” bərpa etmək adı altında 200 manat və ondan az əmək haqqı alan müəllimlər və ayrı-ayrı az təminatlı sosial qruplar vergi tutmalarının subyektinə çevriləcək. Mətbuat üçün verdiyi açıqlamada vergilər naziri Fazil Məmmədov bildirib ki, “200 manatdan yuxarı dərs yükü olan müəllimlər əsasən vergiyə cəlb olunduqları üçün onların əmək haqqından vergi çıxılırdı. Nəticədə onlar dərs yükü 200 manata qədər olan müəllimlərdən daha aşağı əmək haqqına malik olurdular. Nəticədə ədalətsizlik yaranırdı. Biz burda ədalət prinsipini bərqərar etmişik”. Nəzərə almaq lazımdır ki, ölkədə, xüsusilə Bakı şəhərində müəllimlərin təxminən 70 faizi 200 manatda az əmək haqqı alır. Yeni dəyişikliklərdə söhbət məhz bu dairənin vergiyə cəlb edilməsindən gedir. Müəlllimə 200 manatdan az əmək haqqı verən və vergi məcəlləsinə təklif edilən yeni düzəlişlərlə bu simvolik əmək haqqından da vergi tutmağa möhtac olan bir hökumət hələ utanıb-qızarmadan bunu “ədalətin bərpası” kimi vətəndaşlara sırımaq istəyir.

Hiç yorum yok: